Icma.az
close
up
RU
Diasporla İş üzrə Dövlət Komitəsində Ulu Öndərin əziz xatirəsi anılıb AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsində Ulu Öndərin əziz xatirəsi anılıb AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 dekabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsində müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Liderin büstü önünə gül dəstəsi qoyulub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda, diasporun formalaşmasındakı misilsiz xidmətlərindən bəhs edib. O, Heydər Əliyevin siyasi xəttinin Azərbaycanın uğurlarının əsası olduğunu və bu xəttin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini bildirib. Dövlət başçısının tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və diaspor quruculuğu” filmi nümayiş olunub.

Diaspor fəalları və komitənin gənc əməkdaşları çıxışlarında Azərbaycan xalqının onun taleyində və tarixində silinməz izlər qoyan Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad etdiyini bildirib, Ümummilli Liderin xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacağını söyləyiblər.

Sonda Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı, pianoçu, bəstəkar Vüsal Aydəmirovun Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “İthaf” adlı videoçarx göstərilib.

Dövlət Komitəsinin kollektivi, eləcə də diaspor fəalları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıblar. Ulu Öndərin məzarı üstünə əklil və gül dəstələri qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri