Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisinin açılış mərasimi baş tutub

Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisinin açılış mərasimi baş tutub

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisinin açılış mərasimi baş tutub. Sərgi Meksikanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Anauakali Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Dünyaca məşhur meksikalı rəssam Dieqo Riveraya (1886–1957) həsr olunmuş sərgi Anauakali Muzeyini beynəlxalq miqyasda təqdim etdiyi ilk layihədir. Burada Dieqo Riveranın bədii irsini əhatə edən təxminən 100-ə yaxın fotoqrafik reproduksiya — divar rəsmləri, rəsm və eskizlər, eləcə də arxiv fotoşəkilləri və sənədlər nümayiş etdirilir. Bu materiallar tamaşaçılara XX əsrin ən böyük sənətkarlarından birinin unikal yaradıcılığı ilə yaxından tanış olmaq imkanı verir.

Bizimyol.info muzeyə istinadən xəbər verir ki, sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov və Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin direktoru Teresa Moya çıxış edərək sərginin əhəmiyyətindən danışıblar. Onlar Dieqo Rivera yaradıcılığının bəşəri dəyərləri əks etdirdiyini və Meksikanın mədəni irsinin ayrılmaz hissəsi olduğunu vurğulayıblar. Çıxışlarda sərginin Azərbaycan və Meksika arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyi bildirilib və təşkilatçılara minnətdarlıq ifadə olunub.

Qeyd edək ki, sərginin ekspozisiyası beş əsas tematik bölmədən ibarətdir. Bu bölmələr rəssamın Meksikanın sosial transformasiyasındakı əsas rolunu müəyyən edir. Burada rəssamın incəsənət haqqında düşüncələri, muralist hərəkatındakı mövqeyi, rəssamlıq və memarlığın sintezi və inqilabdan sonrakı Meksikada incəsənətinin ictimai rolu izlənilir, Riveranın Meksika inqilabına, ictimai təhsilə və incəsənətin vətəndaş cəmiyyəti üçün vasitə kimi roluna dair dərin marağını əks etdirir. Ziyarətçilər Riveranın Meksika divar sənətinin aparıcı fiquru kimi necə formalaşdığını, incəsənəti təkcə estetik deyil, həm də təhsil və ictimai şüurun formalaşdırılması vasitəsi kimi dəyərləndirdiyini əyani şəkildə müşahidə edə biləcəklər.

Riveranın Meksika Milli Hazırlıq Məktəbində işlədiyi "Yaradılış" (1922) adlı divar rəsminə dair fotoqrafik reproduksiyalar sərgidə xüsusi yer tutur. Bu monumental əsər Meksika muralizminin başlanğıcı hesab olunur və Renessans üslubunun yerli motivlərlə sintezini nümayiş etdirir. Riveranın daha sonrakı monumental layihələri arasında Çapingo və Meksika İctimai Təhsil Nazirliyi binalarındakı divar rəsmləri də yer alır.

Bundan əlavə, Meksika şəhərindəki Milli Saray və Kuernavakadakı Kortes sarayında çəkilmiş divar rəsmlərinin reproduksiyaları Riveranın tarixi sosial mübarizə kimi təqdim etmə bacarığını və bu əsərlərdə yerli mədəniyyətə verdiyi önəmi əks etdirir.

Riveranın beynəlxalq fəaliyyəti də sərgidə əhatəli şəkildə təqdim olunur. 1933-cü ildə Nyu-Yorkdakı Rokfeller Mərkəzində çəkdiyi “İki yolayrıcında qalan insan” adlı divar rəsmi böyük mübahisələrə səbəb olmuş və əsər məhv edilmişdir. Lakin sənətkar bu rəsmi yenidən  Meksikada İncəsənət Sarayında "İnsan, kainatın idarəçisi" adı ilə yenidən yaratmışdır. Bu əsərin sənədli görüntüləri də sərginin xüsusi diqqəti cəlb edən hissələrindən birini təşkil edir.

Sərginin mərkəzi bölməsi Riveranın şəxsi təşəbbüsü ilə yaradılmış Anauakali Muzeyinə həsr olunub. Mexiko şəhərində yerləşən bu unikal məkan Rivera tərəfindən layihələndirilmişdir. Vulkanik daşlardan inşa edilmiş muzey qədim yerli irs, müasirlik və gələcək arasında körpü yaratmaq məqsədi daşıyırdı. Sərgidə təqdim olunan memarlıq planları, eskizlər və fotoşəkillər Riveranın mədəni kökləri qoruyaraq gələcək nəsillərə ilham vermək ideyasını dolğun şəkildə göstərir.

Qeyd edək ki, sərgi layihəsinin həyata keçirilməsi səfir Viktoriya Romeronun təşəbbüsü ilə Meksikanın Azərbaycandakı Səfirliyi, Meksika Xarici İşlər Nazirliyi, Mədəni Diplomatiya Baş İdarəsi və Anauakali Muzeyinin birgə səyləri sayəsində reallaşmışdır. Bu təşəbbüs sənətin mədəni diplomatiya vasitəsi kimi rolunu nümayiş etdirərək Riveranın Meksika xalqının sosial mübarizələrinə əsaslanan sənət dünyasını beynəlxalq ictimaiyyətlə çatdırır.

Sərgi 30 dekabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Oktyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see202

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see168

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see141

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri