Dieqo Simeone: Hələ də onun Qızıl top u necə qazanmadığını başa düşmürəm
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 19-cu turunda "Barselona"ya 3-1 hesabı ilə məğlub olduqları oyundan sonra Kataloniya təmsilçisinin hücumçusu Rafinyanın oyununu yüksək qiymətləndirib. Sport24.az xəbər verir ki, argentinalı mütəxəssis bununla bağlı "AS" nəşrinə açıqlama verib:
"Rafinya inanılmaz oyunçudur. O, istənilən mövqedə oynaya bilər. Cinah yarımmüdafiəçisi, yarımmüdafiəçi, hücumçu və ya müdafiəçi kimi. O, qol vura, qol şansları yarada, pressinq edə və sürətli qaça bilər. Hələ də onun "Qızıl top"u necə qazanmadığını başa düşmürəm. Şəxsən mən həmişə onu seçərdim".
Qeyd edək ki, aktivində 37 xal olan "Barselona" la Liqanın lideridir. "Atletiko" isə 31 xalla 4-cü pillədə yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 03 Dekabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















