Dieqo Simeone La Liqa tarixində rekordçu oldu
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi 13-cü turda səfərdə “Xetafe”ni 3:0 hesabı ilə məğlub edib.
Bu nəticə Simeone üçün İspaniya çempionatında 345-ci qələbə olub. O, 344 qələbəsi olan Luis Araqonesi geridə qoyub.
56 yaşlı mütəxəssis bu göstəriciyə 567 oyunda nail olub. Araqones isə 344 qələbə üçün 757 matç keçirib.
Qeyd edək ki, Simeone 2011-ci ilin sonundan “Atletiko”ya rəhbərlik edir. Onun baş məşqçiliyi dövründə Madrid klubu iki dəfə La Liqanın, bir dəfə İspaniya Kubokunun, iki dəfə Avropa Liqasının və iki dəfə UEFA Superkubokunun qalibi olub. Komanda Simeonenin rəhbərliyi altında iki dəfə Çempionlar Liqasının finalına da yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 Noyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















