Icma.az
close
up
RU
DİF rezidentləri üçün maarifləndirici vorkşop keçirilib

DİF rezidentləri üçün maarifləndirici vorkşop keçirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Dünya İqtisadi Forumu (DİF) tərəfindən Sumqayıt Sənaye Parkının rezidentləri üçün “Sənaye Klasterlərinə Keçid” (“Transitioning Industrial Clusters”) təşəbbüsünə dair vörkşop keçirilib.

Mərkəzdən XQ-yə bildirilib ki, tədbir “NextGen” sənaye klasterinin məqsədlərinin müzakirəsi, klaster iştirakçılarının təşəbbüs barədə məlumatlandırılması, eləcə də sənaye müəssisələri arasında dekarbonizasiya, innovasiya və dayanıqlı inkişaf üzrə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.

Qeyd edək ki, Azərbaycan cari ilin yanvar ayında Davos Forumu çərçivəsində DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub. Bu istiqamətdə 4SİM-in koordinasiyası ilə İZİA, “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələrinin əməkdaşlığı əsasında Sumqayıt Sənaye Parkında “NextGen” sənaye klasteri formalaşdırılıb.

DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünün rəhbəri Yurgen Sandstrom və DİF-in ekspertləri tərəfindən bu təşəbbüsün üstünlükləri, qlobal təcrübə və klaster idarəetmə modeli barədə təqdimatlar keçirilib. Tədbir çərçivəsində, həmçinin “NextGen” sənaye klasterinin əsas performans göstəriciləri təqdim olunub, klasterin idarəetmə modeli, gələcək inkişaf istiqamətləri və tərəfdaşlıq imkanları müzakirə edilib. Vörkşopda SOCAR-la yanaşı, Sumqayıt Sənaye Parkının 10-dan çox rezident müəssisəsinin nümayəndələri iştirak ediblər.

Səfər çərçivəsində DİF nümayəndə heyəti Sumqayıt Sənaye Parkının infrastruktur və istehsal imkanları və eləcə də “SOCAR Karbamid” və “SOCAR Polymer” müəssisələrinin fəaliyyəti ilə tanış olub.

DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü eyni bölgədə yerləşən və dəyər zənciri üzrə əlaqəli müəssisələrin karbonsuzlaşma, rəqəmsal texnologiyaların tətbiqi və dayanıqlı istehsal modeli üzrə koordinasiyalı fəaliyyətini nəzərdə tutur. Təşəbbüsə qoşulmuş 39 klaster qlobal miqyasda 870 milyon ton CO₂ ekvivalentinin azaldılmasına, 808 milyard ABŞ dolları həcmində ÜDM töhfəsinə və 6,6 milyon iş yerinin dəstəklənməsinə imkan yaradır ki, bu da təşəbbüsün strateji əhəmiyyətini göstərir.

Sumqayıt Sənaye Parkında yaradılmış “NextGen” sənaye klasteri Azərbaycanın sənaye transformasiyası, yaşıl iqtisadiyyata keçid və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkı təxminən 640 hektar ərazini əhatə edir və kimya, polimer, metallurgiya, maşınqayırma və tikinti materialları sahələrində fəaliyyət göstərən rezident müəssisələri bir araya gətirir. “SOCAR Polymer” və “SOCAR Karbamid” parkın əsas rezidentləri sırasında yer alır. Bu günədək parka 5,7 milyard manata yaxın investisiya yatırılıb və parkda 6 000-dən artıq iş yeri yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri