Icma.az
close
up
RU
Digital mühitdə PR in yeni qaydaları: müasir kommunikasiya strategiyalarının formalaşması

Digital mühitdə PR in yeni qaydaları: müasir kommunikasiya strategiyalarının formalaşması

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Müasir informasiya cəmiyyətində ictimaiyyətlə əlaqələr (PR) sahəsi əsaslı dəyişikliklər mərhələsindən keçir. Rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial şəbəkələrin kommunikasiya mühitində aparıcı mövqe qazanması və informasiya istehlakçısının davranış modelinin transformasiyası PR fəaliyyətinə yanaşmanı köklü şəkildə yeniləyib. Artıq klassik PR alətləri müasir tələblərə cavab vermir və digital mühitlə inteqrasiya olunmadan effektiv nəticə əldə etmək mümkün deyil.
Ənənəvi PR uzun illər ərzində əsasən kütləvi informasiya vasitələri üzərindən qurulub. Press-relizlər, mətbuat konfransları, rəsmi açıqlamalar və mediada dərc olunan materiallar kommunikasiya prosesinin əsas alətləri hesab olunurdu. Bu modeldə informasiya əsasən bir istiqamətdə – qurumdan ictimaiyyətə doğru ötürülürdü. Auditoriyanın geri dönüş imkanları məhdud idi və PR fəaliyyəti daha çox məlumatlandırma funksiyası daşıyırdı.
Digital mühitin formalaşması ilə bu yanaşma əhəmiyyətli dərəcədə dəyişib. Sosial şəbəkələr informasiya yayımını sürətləndirib, auditoriyanı isə passiv dinləyicidən aktiv iştirakçıya çevirib. İstifadəçilər artıq təkcə məlumat almır, eyni zamanda onu şərh edir, paylaşır, müzakirə edir və ictimai rəyin formalaşmasına birbaşa təsir göstərirlər. Bu reallıq PR mütəxəssislərindən daha çevik, operativ və şəffaf kommunikasiya strategiyaları tələb edir.
Sosial şəbəkələr müasir PR-in əsas platformalarından birinə çevrilib. Brendin, qurumun və ya təşkilatın reputasiyası bu gün yalnız rəsmi media materialları ilə deyil, sosial şəbəkələrdə aparılan kommunikasiya, istifadəçi rəyləri, şərhlər və reaksiyalar vasitəsilə formalaşır. Sosial platformalar ictimaiyyətlə birbaşa dialoq qurmaq, etibar yaratmaq və açıq kommunikasiya mühiti formalaşdırmaq üçün geniş imkanlar yaradır.
Eyni zamanda, sosial şəbəkələrin düzgün idarə olunmaması reputasiya risklərini də artırır. Kiçik bir yanlış ifadə, gecikmiş cavab və ya neqativ rəylərə qeyri-peşəkar münasibət qısa müddətdə genişmiqyaslı kommunikasiya böhranına səbəb ola bilər. Bu baxımdan digital PR fəaliyyəti sistemli yanaşma, aydın strategiya və əvvəlcədən hazırlanmış böhran planı tələb edir.
PR-in əsas məqsədi ictimai etibarın və müsbət reputasiyanın formalaşdırılmasıdır. Marketinq isə əsasən məhsul və ya xidmətin satışına, kommersiya nəticələrinə fokuslanır. SMM bu iki istiqamətin alətlərini birləşdirərək sosial şəbəkələrdə kontentin idarə olunmasını və irəlilədilməsini həyata keçirir.
PR yanaşması olmadan aparılan SMM fəaliyyəti qısamüddətli nəticə versə də, uzunmüddətli reputasiya üçün risklidir. Sosial şəbəkələrdə yalnız satış və reklam yönümlü kontentin üstünlük təşkil etməsi auditoriyanın etibarını azaldır və brendin imicinə mənfi təsir göstərir. Buna görə də müasir kommunikasiya strategiyalarında PR və SMM vahid sistem kimi planlaşdırılmalıdır.
Müasir PR artıq sadəcə informasiya ötürmək funksiyasını daşımır. Bu gün PR ictimaiyyətlə davamlı münasibət qurmaq, açıq dialoq aparmaq və qarşılıqlı etimada əsaslanan kommunikasiya mühiti yaratmaq sənətidir. Digital mühitdə uğur qazanan qurumlar auditoriyanı dinləməyi bacaran, şəffaf və məsuliyyətli kommunikasiya aparan, dəyişən informasiya mühitinə operativ uyğunlaşan təşkilatlardır.
Bu baxımdan PR mütəxəssisləri üçün digital bacarıqların inkişaf etdirilməsi, sosial şəbəkələrdə strateji və peşəkar fəaliyyətin qurulması, reputasiya risklərinin vaxtında qiymətləndirilməsi müasir dövrün əsas peşəkar tələbləri sırasında yer alır. Digital PR-in düzgün tətbiqi yalnız imic və etibarın möhkəmlənməsinə deyil, eyni zamanda ictimaiyyətlə sağlam və uzunmüddətli münasibətlərin formalaşasına xidmət edir.

Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Yanvar 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri