Icma.az
close
up
RU
DİKTATORUN FACİƏSİ AzPolitika onlayn siyasiictimai qəzet

DİKTATORUN FACİƏSİ AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nurəddin İSMAYIL

Bəşər Əsədin son aqibəti bütün diktatorların bu və ya digər formada sonda yaşayacağı aqibətdir və nə yazıqlar ki, heç bir diktator özündən əvvəlki diktatorun acınacaqlı həyatından nəticə çıxarmaq istəmir.

Görünən o ki, diktatorların qərbə, şərqə mənsubluğundan asılı olmayaraq hamısı eyni taleni yaşamağa məhkumdur. Hakimiyyət hərisliyi, qəddar idarəetmə üsulu, xalq adından danışrkən xalqdan aralı düşmə, sərvət düşkünlüyü, demokratik proseslərin gözardı edilməsi, insan hüquq və azadlıqlarını saya salmama, sonucda diktatorların ya Səddam kimi tuneldə gizlənməsinə, ya Qəddafi kimi kötüklənməsinə, ya da Yanukoviç, Əsəd kimi başqa bir diktatorun boyunduruğunu qəbul etməsinə səbəb olur.

Yüzillərdir Yaxın və Ota Şərqi, müstəmləkə hədəfinə daxil edən, müstəmləkə erası bitdikdən sonra bu region dövlətlərini “parçala, hökm sür” siyasətinin qurbanına çevirən Rusiya, Fransa, İngiltərə və ABŞ-nin cızdığı aşkar-gizli planlar məhz Bəşər Əsəd kimi diktatorların başıboşluğundan həmin ölkə xalqlarını bugünkü acınacaqlı, dövlət təsisatları dağılmış vəziyyətlə üz-üzə qoyub. Son 13 ili vətəndaş müharibəsi ilə müşayitə edilən altmış illik diktatura rejimi 12 günün təlatümü içində sabun köpüyü kimi əriyib getdi. Dünya mədəniyyətinin nadir töhfəsi olan qosqoca bir diyar Əsədin yaramaz, rəzil siyasəti nəticəsində minillərdir özündə barındırdığı maddi, mənəvi dəyərləri itirmək təhlükəsi qarşısında qaldı. İşğalçı orduların dağıtdığı, alt-üst etdiyi, xarabazarlığa çevrdiyi əyalətlər, şəhərlər, bu ərazidə məskunlaşan milyonlarla insanın köçə zorlanması, onminlərlə insanın qətlə yetirilməsi, qaranıq zindanlarda çürüdülməsi, zəngin bir ölkə əhalisinin miskin vəziyyətə düçür olması, indi Əsəd rejiminin özündən sonra geri buraxdığı acı mənzərələrdir. Allah bilir, bu hərbi dağıntılardan, talandan, insan resurslarının məhv edilməsindən sonra Suriyanın özünə gəlməsi, yenidən şəkillənməsi, dövlət quruluşunu bərpa etməsi üçün nə qədər vaxt və səy tələb olunacaq.

Bütün bunlara baxmayaraq Suriya xalqının axıdılan qanlar, verilən qurbanlar bahasına qanlı bir rejimdən qurtulub özgürlüyünə qovuşması, suverenliyinə, ərazi bütövlüyünə sahib çıxması, milli kimliyini qorumaq üçün mücadilə aparması diktatura rejimindən qurtulmaq istəyən xalqlar üçün tarixi örnəkdir. Əsədin unutduğu, kor yaddaşından sildiyi, dar gündə ona arxa ola biləcək öz xalqı idi. Adam anlamalı idi ki, onun dövlət ərazisini proksi müharibələrin qaynar nöqtəsinə, terror yuvasına, hərbi poliqona çevirən İran, Rusiya, Fransa, ABŞ kimi dövlətlər, maraqları uzlaşan bir gün onu keçi qiymətinə sata bilər. Və satdılar. Suriyanı talayan, onun ərazisini hərbi platsdarma çevirən heç bir ölkə - nə bu ölkəni “şiə hilalı”na daxil edən İran, nə də Əsəddən bala Əsədə qədər bu sülalənin arxasında duran Rusiya, nə də Yaxın Şərq sömürgəçisi Qərb ölkələri Əsədin taleyinin həlledici anında ona dəstək olmadı. Təkcə ölkəsindən milyardlarını daşıyıb təhvil verdiyi Putin Rusiyası, xanımı və övladları ilə birgə ona naməhrəm qucaq açdı.

İndi müharibənin bitdiyi, lakin müharibə yaralarının uzun müddət sağalmasına ehtiyac duyulduğu Suriya üçün yeni sabitlik dövrü başlayır. Hansı idarə üsulu seçiləcək, ölkənin suverenliyi, ərazi bütövlüyü üçün hansı ölkələr beynəlxalq təminat verəcək, ölkəni iqtisadi dağıntılardan xilas etmək, əsaslı bərpa işləri aparmaq, sabitliyi qorumaq naminə hansı ölkələr dəstək olacaq, bütün bunlar Suriyada formalaşacaq yeni hakimiyyəti dərindən düşündürən məsələlər olacaq. Əlbəttə, Əsəd rejiminin çöküşündə mühüm yer alan bugünkü Özgür Suriya Ordusunun formalaşmasında, peşəkar yetişməsində, hərbi cəhətdən təchiz edilməsində Türkiyə istihbaratının apardığı kəşfiyyat işini, müharibə başladığı andan isə bu dövlətin açıq şəkildə verdiyi dəstəyi əldə edilən qələbənin vacib elementi kimi dəyərləndirməliyik.

Ərazi bütövlüyünün, suverenliyin otuz ildən artıq xiffətini yaşayan Azərbaycanın, vaxtı ilə erməni terrorçularının qol-qanad açdığı, bu ölkə ərazisində yetişdirilən terrorçuların sonradan separatçı Qarabağ rejiminə dəstək olaraq göndərildiyi Suriyadan fərqli olaraq yeni qurulan Suriya ilə hərtərəfli əlaqələr qurmasında, ona öz suverenliyi, ərazi bütövlüyünü əldə etməsində maraqlı olacağı şübhə doğurmur. 

Dövlət başçısı İlham Əliyevlə Türkiyə Prezidenti Ərdoğanın son telefon görüşü zamanı Cənubi Qafqazla yanaşı, Suriya mövzusunun da gündəmə gətirilməsi, Suriyanın ərazi bütövlüyü, suverenliyi naminə birgə səylərin artırılması, humanitar yardım göstərilməsi, bu ölkədə sabitliyin əldə edilməsi üçün dəstək verilməsi sahəsində anlaşmalar təqdir edilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri