Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Dil mədəniyyətinin formalaşmasında mətbuatın rolu

Dil mədəniyyətinin formalaşmasında mətbuatın rolu

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 fevral, AZƏRTAC

21 Fevral – Beynəlxalq Ana Dili Günü ərəfəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru Lalə Qurbanova AZƏRTAC-a müsahibəsində Azərbaycan dilinin qorunmasında mətbuatın rolundan danışıb. O bildirib ki, media subyektləri yalnız informasiya yaymır, həm də cəmiyyətin dil zövqünü formalaşdırır. Bu gün milyonlarla insan gündəlik olaraq televiziyanı izləyir, radionu dinləyir, xəbər portallarını oxuyur. Mətbuat dili cəmiyyət üçün bir növ nümunə rolunu oynayır. Aparıcıların, jurnalistlərin və diktorların nitqi insanların danışıq tərzinə birbaşa təsir göstərir. Buna görə də mediada ədəbi dil normalarına, xüsusilə tələffüz, vurğu və intonasiya qaydalarına riayət olunması vacibdir.

L.Qurbanova qeyd edib ki, şifahi nitq yazılı dildən daha təsirli olduğuna görə televiziya və radio aparıcılarının məsuliyyəti daha böyükdür. Düzgün qurulmuş cümlə, yerində vurğu və uyğun intonasiya informasiyanın daha aydın və təsirli çatdırılmasına kömək edir. Əks halda, səhv tələffüz və ya dialekt elementlərinin həddindən artıq istifadəsi dinləyicidə yanlış dil vərdişləri yarada bilər.

Müsahibimiz vurğulayıb ki, mətbuat dilin lüğət tərkibinin zənginləşməsində də mühüm rol oynayır. Yeni sözlərin, terminlərin işlənməsi, arxaik sözlərin yenidən dilə qaytarılması çox vaxt məhz mətbuat vasitəsilə baş verir. Eyni zamanda, alınma sözlərin yerli-yersiz istifadəsi dilin saflığına mənfi təsir göstərə bilər. Bu baxımdan jurnalistlərin söz seçiminə xüsusi diqqət yetirməsi vacibdir.

“Aparıcının ana dilinin hansı səviyyədə bilməsi onun oxuduğu xəbər zamanı üzə çıxır. Burada aparıcını ələ verən onun intonasiyasıdır. Veriliş zamanı ana dilini akademik səviyyədə bilən aparıcıdan öz dil qabiliyyəti və səriştəsi də tələb olunur. Ana dilini yaxşı bilmək yaxşı nitq söyləmək anlamına gəlmir. Nitq qabiliyyəti şəxsin xüsusi istedadıdır. Məsələn, xəbər zamanı gözlənilmədən yeni bir xəbərin oxunması zərurəti yaranır. Bu zaman aparıcı səriştəsi və bacarığı tələb olunur ki o, özünü itirmədən hərəkət etməlidir. Əgər bu zaman aparıcının bacarığı və istedadı olmasa, mütləq onun oxuduğu yeni xəbərdə bədən dili və intonasiyada yayınmalar olacaq.

Telaparıcıların tələffüzündə əsas yayınmalardan biri də şivə və dialektlərlə əlaqədardır. Tok-şou aparıcısı sözləri düzgün tələffüz edib cümlələri düzgün qursa da, onun tələffüzündə dialekt xüsusiyyətləri özünü aydın büruzə verir”, - deyə L.Qurbavova bildirib.

Onun fikrincə, televiziya və radioda yerli-yersiz işlədilən alinma sözlər və terminlər ana dilinin inkişafına təsir edən neqativ amillərdən biridir. Azərbaycan dilinə keçəcək terminləri və sözləri elə seçmək və tələffüz etmək lazımdır ki, dilimizin zəngin leksik tərkibinə və dilin orfoepiya qaydalarına zərər gətirməsin.

Alim qeyd edib ki, televiziya və radio uşaqların dil inkişafına da təsir göstərir: “Erkən yaşlarda uşaqlar eşitdiklərini yamsılayaraq danışmağı öyrənirlər. Buna görə də uşaq proqramlarında ədəbi dil normalarının qorunması xüsusi əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, müasir dövrdə informasiya texnologiyalarının inkişafı dilə yeni təsirlər yaradır: “Bu prosesdə mətbuatın üzərinə daha böyük məsuliyyət düşür. Çünki media subyektləri həm dil normalarını qoruyan, həm də dilin inkişafına istiqamət verən əsas vasitələrdən biridir. Nəticə etibarilə Azərbaycan dilinin qorunması, inkişafı və zənginləşdirilməsində mətbuat, televiziya və radio aparıcı rol oynayır. Dil normalarına riayət olunması həm ünsiyyətin keyfiyyətini artırır, həm də milli dilin gələcək nəsillərə düzgün ötürülməsini təmin edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Fevral 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri