Icma.az
close
up
RU
Dilçilik İnstitutunun illik hesabatı: 96 tədqiqat işi yerinə yetirilib AZƏRTAC

Dilçilik İnstitutunun illik hesabatı: 96 tədqiqat işi yerinə yetirilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının 2024-cü il üzrə hesabatı dinlənilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İclasda Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli elmi müəssisədə tədqiqat işlərinin dövlət başçımızın 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ına müvafiq olaraq yerinə yetirildiyini diqqətə çatdırıb.

İnstitutun elmi katibi filologiya elmlər doktoru Aynel Məşədiyeva bildirib ki, hesabat ili ərzində 13 şöbə və 1 laboratoriyada 1 istiqamət üzrə 14 problem və 17 mövzu davam etdirilməkdədir, onlardan 3 mövzu və 96 iş yerinə yetirilib.

Nadir Məmmədlinin tərtib etdiyi, giriş söz və şərhlər yazdığı 3 cilddə “Divanü lüğat-it-türk (Xalid Səid Xocayevin tərcüməsində)”, filologiya elmləri doktoru İdris Abbasovun “Ümumi dilçilik. Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları və “Türk dillərinin funksional morfologiyası “(kollektiv monoqrafiya) kitabları il ərzində ən mühüm elmi nəticələr kimi qiymətləndirilib.

İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumat diqqətə çatdırılıb. Qeyd edilib ki, institut Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı, “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirib. Ümumiyyətlə, 2024-cü il ərzində institutda 49 tədbir keçirilib.

Tədbirdə fəxri qonaq qismində akademik Nizami Cəfərov və AMEA Rəyasət Heyəti Aparatının vitse-prezidenti xidmətinin elmi katibi dosent Hikmət Quliyev iştirak ediblər. Görülən işlər yüksək qiymətləndirilib. Dövlət dilinin saflığının qorunmasında dilçi alimlərin mətbuatda və televiziyalarda çıxışları xüsusi qeyd olunub. Bildirilib ki, Böyük Qayıdış, Qərbi Azərbaycan, Dil korpusu və ekolinqvistika ilə bağlı Dilçilik İnstitutunun gördüyü işlər olduqca aktualdır.

Tədbirdə çıxış edənlər hesabatla bağlı fikirlərini bildiriblər.

Sonda Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının təşəbbüsü ilə bu il yubileyi olan alimlər fəxri fərmanlarla təltif olunublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri