Icma.az
close
up
RU
Dilçilik İnstitutunda bu il 107 tədqiqat işi yerinə yetirilib

Dilçilik İnstitutunda bu il 107 tədqiqat işi yerinə yetirilib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 2025-ci ildə görülmüş işlərə dair hesabat təqdim olunub.

İnstitutdan 525.az-a bildirilib ki, elmi katib Aynel Məşədiyeva il ərzində 13 şöbə və 1 laboratoriyada ümumilikdə 107 tədqiqat işinin yerinə yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tədqiqatlar Azərbaycan dilçiliyinin müxtəlif istiqamətlərini ‒ müasir dilçilik, nəzəri dilçilik, dialektologiya, türk dilləri, sosiolinqvistika və psixolinqvistika, toponimika, terminologiya, tətbiqi dilçilik, eksperimental fonetika sahələrini əhatə edib. İnstitutun direktoru professor Nadir Məmmədlinin 2025-ci ildə elmi və akademik fəaliyyəti xüsusi yer tutub. Onun il ərzində iki mühüm kitabı nəşr olunub. Bu əsərlər institutun elmi nailiyyətləri sırasında xüsusi qeyd edilib və dilçilik elminə mühüm töhfə kimi dəyərləndirilib.

Hesabatda xüsusi qeyd olunub ki, 2025-ci ildə Süni intellekt və kompüter dilçiliyi şöbəsi tərəfindən Azərbaycan dilinin milli korpusu üzrə mühüm bir mərhələ tamamlanıb. Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanmasında süni intellektin tətbiqi də il ərzində əsas yeniliklərdən biri olub.

İl ərzində institut əməkdaşlarının bir sıra monoqrafiya, lüğət və dərslikləri çap olunub, o cümlədən AMEA-nın 80 illik yubileyinə həsr olunmuş nəşrlər hazırlanıb. Eyni zamanda, institut alimləri Türkiyə, Qazaxıstan, Rusiya və Moldovanın ali təhsil müəssisələri və elmi mərkəzlərində keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış ediblər. Ümumilikdə il ərzində institutun iştirak etdiyi tədbirlərin sayı 50-dən artıq olub.

Sonda akademik Nizami Cəfərov və AMEA Rəyasət Heyətinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Sevil Adıgözəlova institutun gördüyü işləri yüksək qiymətləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri