Icma.az
close
up
RU
AMEAnın Nəsimi adına Dilçilik İnstitutunun 2024cü il üzrə illik hesabatı dinlənilib

AMEAnın Nəsimi adına Dilçilik İnstitutunun 2024cü il üzrə illik hesabatı dinlənilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 6-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının 2024-cü il üzrə illik hesabatı dinlənilib.

İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli elmi müəssisədə tədqiqat işlərinin .“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uy­ğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” 2013-cü il 9 aprel tarixli sərəncamlarına  müvafiq olaraq yerinə yetirildiyini diqqətə çatdırıb.

Sonra institutun elmi katibi, filologiya elmlər doktoru Aynel Məşədiyeva 2024-cü  ildə görülən işlər barədə  hesabat məruzəsilə çıxış edib.

Aynel Məşədiyeva bildirib  ki, he­sa­bat ili ərzində institutun 13 şö­bə­sin­də və 1 laboratoriyasında 1 istiqamət üzrə, 14 prob­lem və 17 mövzu davam etdiriliməkdədir, onlardan 3 möv­­­­­­­­zu və 96 iş yerinə yetirilmişdir.   

Nadir Məmmədlinin  (Tərtibçi, giriş söz və şərhlərin müəllifi), “Divanü lüğat-it-türk (Xalid Səid Xocayevin tərcüməsində)”. I, II, III cild, filologiya elmləri doktoru İdris Abbasovun “Ümumi dilçilik. Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları və  “Türk dillərinin funksional morfologiyası “(kollektiv monoqrafiya) kitabları il ərzində ən mühüm elmi nəticələr kimi qiymətləndirilib.

İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2024-cü ildə imzaladığı Sərəncamlara əsasən 24 oktyabrda Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda Respublika konfransı keçirilib.

28 iyun 2024-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Mahmud Kaşğari "Divanü lüğat-it-türk”” - 950 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Ümumiyyətlə, 2024-cü il  ərzində institutda 49 tədbir keçirilmişdir.

Elmi katib vurğulayıb ki, institutun fəaliyyətini virtual aləmdə əks etdirən dilcilik.az və həmçinin institutda Azərbaycan dilinin Dövlət dili kimi ümumi informasiya bazasının www.azerbaycandili.az saytları  fəaliyyət göstərir. 

Tədbirdə fəxri qonaq qismində  akademik Nizami Cəfərov və AMEA Rəyasət Heyəti aparatının vitse-prezisenti xidmətinin elmi katibi dosent Hikmət Quliyev iştirak edib.

Hikmət Quliyev çıxışında .“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uy­ğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işləri yüksək qiymətləndirib. O, dövlət dilinin saflığının qorunmasında dilçi alimlərin mətbuatda və televiziyalarda  çıxışlarını xüsusilə vurğulayıb.

Hikmət Quliyev bildirib ki, Böyük Qayıdış, Qərbi Azərbaycan, Dil korpusu və ekolinqvistika  ilə bağlı Dilçilik İnstitutunun gördüyü işlər olduqca aktualdır və zamanla səsləşir. 

Tədbirdə çıxış edənlər hesabatla bağlı fikirlərini bildiriblər.

Sonda Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının təşəbbüsü ilə bu il yubileyi olan alimlər Fəxri Fərmanla təltif olunub.

Hesabat ili ərzində Dilçilik İnstitutunun əməkdaşlarının 11 monoqrafiyası, 14 kitabı, 235 (52-si xaricdə dərc olmaqla (Türkiyə, Rusiya, Çexiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) məqaləsi çap olunmuşdur.

2023-cü il ərzində tətbiq olunmuş ən mühüm elmi nəticələr sırasına Nadir Məmmədli.  (Tərtibçi, giriş söz və şərhlərin müəllifi), ön sözün müəllifi: akademik İsa Həbibbəyli, elmi redaktor: Osman Mərt. Mahmud Kaşğari. Divanü lüğat-it-türk (Xalid Səid Xocayevin tərcüməsində). I , II, III cildlər, Bakı, “Elm”, 2024, 552 s., Ümumi dilçilik. Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları. Bakı, Füyuzat, 2024, Türk dillərinin funksional morfologiyası (kollektiv monoqrafiya). Bakı, 2024. “Elm və təhsil”, 697 s.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see250

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see183

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see146

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see136

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see136

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see135

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see135

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri