Icma.az
close
up
RU
Dilim, farağat dayan da...

Dilim, farağat dayan da...

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Mətanət Məmmədova

Müasir gənclərin bizi bəzən qınaması, vallah, heç də yersiz deyil. Son zamanlar onların üstünə çox gedirik, bəzi məsələlərdə çox deyinirik, onları tənbeh edirik. Onlar da bizə “siz geridə qalmısınız, bu, belə deyil, bizim bildiyimiz, etdiyimiz kimidir”,-deyirlər.

Məsələn, bəzi gənclərimiz var ki, ictimai yerlərdə ucadan danışırlar, deyib-gülürlər. Biz də onları görəndə cin atına minirik. İstər-istəməz onlar barədə danışanda, qınayanda, cavabımızı belə alırıq ki, ay yazıqlar, müasir dövrdür, indi alçaqdan yox, ucadan danışmaq lazımdır ki, hər kəs eşitsin, gülsün, kefi açılsın. Bir də ki, ucadan danışmaq, gülmək dəbdir.

Tez-tez yolda, metroda, avtobusda, mağazada ağzında saqqız şövqlə çeynəyən gənclər görürsən. Yadına düşür ki, valideynlərimiz deyərdi, ictimai yerdə saqqız çeynəmək mədəniyyətsizlikdir, insanlara qarşı hörmətsizlikdir. İstəyirsən ki, bu tövsiyəni bəzi gənclərə edəsən. Qayıdıb nə desələr yaxşıdır? Saqqız çeynəmək müasirlikdir. İndi artıq sizin dövrünüz deyil. Saqqız təravətli nəfəsdir... Həm də dəbdir, məxsusilikdir.

Bu cavabı eşidəndə nə edirsən, matın-qutun quruyur.

Hazırkı cəmiyyətin müasirliklərindən biri də bəzi gənclərimizin geyimləridir ki, qızların yay-qış göbəkləri bayırdadır. Deyirsən, ay bala, bu nə geyimdir, axı sənə soyuq dəyər, xəstə olarsan, sabah bir qapını açıb gəlin gedəcəksən, ana olacaqsan. Nə üçün qorxmursan ki, səni bu geyimlə bəyənən olmaz? Nə desələr yaxşıdır? Cəhənnəmə bəyənsin, gora bəyənsinlər. İndi belə geyim bütün dünyada dəbdir. Bu, mənim tərzimdir, kim məni bəyənərsə, bu geyimlə də qəbul etməlidir.

Aldın cavabını, gözüm kəllənəmi çıxdı?

Bir də baxırsan ki, qarşıdan bir dəstə gənc oğlan gəlir. Birinin şalvarının dizi yoxdur, birinin saqqalı sinəsində, birinin saçı qalxıb göyün yeddinci qatına, o birinin saçı bir neçə rəngdədir, o birinin corabının bir tayı bir rəng, o biri tayı başqa rəngdir. Baxırsan-baxırsan, vallah, bilmirsən güləsən, ağlayasan, nə edəsən. Yeri gələndə söhbət açıb deyirsən ki, ay bala, kişinin kişi geyimi olar. O dizi yox şalvarı kişi əyninə geyinər məgər? O qadın saçı ilə kişi bayıra çıxar? Niyə o saçlarını qaydasında kəsdirmirsən? O corabı geyinəndə görmürsən ki, taykeşdir? Və yaxud da o saçını niyə çəhrayı rəngə boyamısan?

Hə, bunları deyib öyüd-nəsihət verəndə adamın üzünə elə qabarırlar ki, yerindəcə donub qalırsan. Cavabları isə bu olur ki, ay yazıq, sən keçmişdən gəlmisən. Biz isə bu gündə yaşayırıq. Bugünü dəbi budur. Həm də ki, kim istəyir cırıq şalvar geyinməsin, corabını taykeş yox, cüt geyinsin, saçını göyə qaldırmasın, yerə endirsin, rəngləməsin, öz rəngində saxlasın, onlardan bizə nə? Bu, bizim tərzimizdir.

Sən də udquna-udquna qalırsan, söz tapıb deyə bilmirsən. Bir də ki, axı nə deyəsən? Səni elə yerində oturdurlar ki, cınqırın da çıxmır.

Hə, elə qızlarımız var ki, əyinlərindəki bir qarışdan da qısa ətəklərini görəndə, deyirsən ki, İlahi, yəqin bunlar evdən çıxanda analarının başı mətbəxdə iş-gücə qarışıbmış, yoxsa... Fikirləşirsən ki, mən də olum bunun anası, nə olar, gəncdir, başa salım, düz yol göstərim. Deyirsən ki, qızım, bu ətəyin bir azacıq uzun olsa, sənə çox gözəl yaraşar. Qayıdıb sənə nə desə, yaxşıdır? “Sən get öz qızına yol göstər. Mən evdən çıxanda görənim var. Bir də axı sən nə bilirsən, müasirlik nədir, dəb nədir? Sizlər XX əsrdə qalmısınız, indi XXI əsrdir”.

Deyirsən ki, dilim, dilim-dilim olasan, farağat dayan da. Düz deyir də, anası var, evdən çıxanda görməyib məgər? Görməyib də özü bilər, görərdi də...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri