Icma.az
close
up
RU
“Dilim dilim olasan dilim..?”

“Dilim dilim olasan dilim..?”

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lavrovun Ukrayna ilə bağlı bir bəyanatı Rusiya səhmlərinin artımını puç etdi...

...Necə deyərlər, “hər şey yaxşı gedirdi”, amma Lavrov...gül kimi...işi zay elədi..?

Mən, ABŞ-Rusiya danışıqlarının başlaması fonunda və mümkün sülh razılaşması ərəfəsində müşahidə edilən Rusiya səhmlərinin artımı və rublun möhkəmlənməsini deyirdim...

Amma çərşənbə günü xarici işlər naziri Sergey Lavrovun Ukraynanın dörd bölgəsinin ərazilərinin Rusiyaya təhvil verilməsini tələb etməsindən sonra ticarət dayanıb.

SİA-nın məlumatına görə, əslində buna “dayanıb” da demək olmaz, çünki...

Deməli, “The Moscow Times” xəbər verir ki, Moskva birjasının indeksi ən böyük şirkətlərin kapitallaşması baxımından 107 milyard rubl itirərək 1,51 faiz azalıb. Beləliklə, əvvəlki beş ticarət gününün bütün artımı itirilib. Dollarla ifadə edilən RTS indeksi hazırda 4 faiz azalıb, lakin ticarətin bağlanışına qədər enişini 0,7 faizə endirib.

...Hələ ki, buna hazrda demək olarsa, başlanğıc üçün...Rusiya şirkətlərinin səhmlərindəki eniş belə görünür: - Sberbank 1,9, Qazprom - 2,6, Rosneft- 2, Novatek – 2,6; - Sovcomflot isə 3 faiz itiriblər.

Valyuta bazarında vəziyyət belədir: – yuanın məzənnəsi 1,9 faiz artaraq 11,91 rubla çatıb; – Forex bazarında dollar bir gündə 1,6 rubl əlavə edərək 86,82 rubla yüksəlib; – səhər saatlarında 90 rubldan aşağı düşən avro axşam saatlarında 91,28 rubla yüksəlib.

...Bazar iştirakçılarının fikrincə, ABŞ və Rusiya arasında başlayan danışıqlardan gələn eyforiya getdikcə azalır.

Dekabr ayından bəri Moskva Birjası indeksi 39 faiz artdı, lakin bundan əvvəl maydan dekabr ayına qədər 33 faiz azalma oldu.

Gələn ay yeni sanksiyalar və Rusiyanın “Urals” markalı neftinin qiymətinin 60 dollara, büdcə hədəfindən az qala 10 dollar aşağı düşməsi səbəbindən rubla təzyiqin artacağı gözlənilir.

Artıq gələn həftə vergi müddəti başa çatanda dollar 90-93 rubla kimi bahalaşa bilər. Rubl son vaxtlar yalnız psixoloji amillərə görə möhkəmlənir, iqtisadi göstəricilər isə Rusiya valyutasının xeyrinə danışmır.

Qeyd edək ki, Lavrov çərşənbə günü Dohada keçirdiyi mətbuat konfransında bəyan edib ki, Rusiya Federasiyası hazırkı cəbhə xətti boyunca atəşkəs rejiminə qarşıdır və bütün Donbass ərazisinin, eləcə də Xerson və Zaporojye vilayətlərinin ona təhvil verilməsini tələb edir.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri