Icma.az
close
up
RU
“Yalan danışmamağa borclu olduğum ana dilim... Doğransam da dilim dilim...“

“Yalan danışmamağa borclu olduğum ana dilim... Doğransam da dilim dilim...“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Bu müqəddəs dildə yalan danışıb onun saflığını bulandırmaq, doğma kəlmələri saxtakarlığa alət etmək Yaradan qarşısındakı ən böyük günahımızdır...”

“Anladım ki, ana dildə

Bir yalan da deməz dilim —

Doğransam da dilim-dilim...”

“Bu gün paytaxtda və digər iri şəhərlərimizin küçələrində Azərbaycan Respublikası Prezidentinin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununa tamamilə zidd olaraq, bir sıra dükan, restoran, kafe və digər iaşə obyektlərinin adları nəinki ingilis, həmçinin rus dilində yazılır...”

...Düz 25 ildir ki, 1 avqust tarixini Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edirik. Bu əlamətdar gün Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə təsis edilmişdir... 

Artıq dörddəbir əsrdir ki, hər il dilimizin müqəddəsliyindən, onun zərərli xarici və daxili təsirlərdən qorunmasının vacibliyindən söz açırıq. Təmtəraqlı tədbirlər, elmi konfranslar və müxtəlif  gecələr keçiririk. Ancaq nə yazıqlar ki, çoxumuz Ana dilimizin – Azərbaycan türkcəsinin qarşısındakı ən fundamental borcumuzu unuduruq. Hər bir insanın, Allah bəndəsinin və vətəndaşın öncə onu Yaradanın, sonra eyni dildə danışdığı ata-anasının, ailəsinin, daha sonra isə mənsub olduğu xalqının, dövlətinin və riayət etməli olduğu Konstitusiyanın, daxili və beynəlxalq qanunların qarşısında müqəddəs bir öhdəliyi var: Allahın ona həm bir orqan, bir nitq vasitəsi kimi bəxş etdiyi dil vasitəsi ilə xalqı üçün formalaşdırdığı sözlər, ifadələr və cümlələr toplumunda — Ana Dilində yalnız gerçəkləri söyləmək, başqa sözlə, yalan danışmamaqdır! Fəqət, gəlin etiraf edək; hələ keçmişi bir kənara qoyuruq, elə bu son 25 ildə Allahın bizə verdiyi dillə yeri gələndə öz ata-anamıza, doğmalarımıza, dostlarımıza, iş yoldaşlarımıza, rəhbərliyimizə və ya tabeliyimizdə olanlara nə qədər yalanlar söyləmişik? Müəllimə, şagirdə, xəstəyə, polisə, hakimə, məhkəməyə, eləcə də küçədə qarşılaşdığımız adi vətəndaşlara qarşı nə qədər gerçəkləri ört-basdır etmişik... Nəyin və nələrin naminə? Bir qarın çörəyin, üç-beş qəpik pulun, 200 qram ərzağın, bir evin, maşının, yaxud vəzifə kürsüsünün, lap elə milyonların, nəhəng obyektlərin, mehmanxanaların, zavodların və şirkətlərin xatirinə... Bu minvalla bu Vətən, bu Xalq, bu Dövlət və bu Dil qarşısında nə qədər günahlar, bəzən də hər kəlməsi ağır cinayətlərə tən gələn suçlar işləmişik...

Hər dəfə ana dilindən bəhs edəndə, öncə rəhmətlik Xəlil Rza Ulutürkün “Ana dilim” şeirindəki bu sarsıdıcı misralarını xatırlayıram:

"... İllər ötdü, yaşa doldum. Anladım ki, ana dilim

Ürəyimdən çıxmaz mənim- 

Doğransam da dilim-dilim.

Anladım ki, sinəmdəki sözlər deyil,

Babaların nəfəsidir.

Kim qoruya bilmeyirsə

Öz yurdunu, yuvasını,

Udmasın yurd havasını.

Kim qorumur öz dilini,

Itsin mənim gözlərimdən ilim-ilim..."

Mərhum şair gərək bu gözəl şeirinə Ana dilində yalan danışmamağa borclu olduğumuzu əks etdirən belə fikir ifadə edən misralar da əlavə edəydi:

“Anladım ki, ana dildə

Bir yalan da deməz dilim —

Doğransam da dilim-dilim...”

Bəli, hər bir insan, bəndə və vətəndaş, hansı şəraitə düşməsindən, , iqtisadi-sosial çətinlik, hansı əzab-əziyyət, işgəncələrə və s. düçar olmasına rəğmən bacardığı son həddə qədər Allahın ona danışıq orqanı kimi verdiyi dillə — dünyaya göz açdığı ata-anasının dilində yalan danışmamağa, yalnız və yalnız gerçəkləri deməyə çalışmalıdır... 

Ana dilimizdən – Azərbaycan türkcəsindən danışanda bir məqamı da xatırlatmaq qəlbimdən keçir. Və həmin məqamda rəhmətlik Bəxtiyar Vahabzadənin “Ana dili” şeirindən bu misralar yadıma düşür:

"Ey öz doğma dilində danışmağı ar bilən,

Bunu iftixar bilən modalı ədəbazlar,

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.

Qoy bunlar mənim olsun -

Ancaq Vətən çörəyi, 

Bir də ana ürəyi

Sizlərə qənim olsun!.."

Nə yazıqlar ki, bu gün ölkəmizdə belələri də az deyil. Bu manqurtlar hələ də bizə istər bu gün, istərsə də tarixən düşmən kəsilən Rusiya imperiyasının dilində danışmağı və Azərbaycan türkcəsində danışanlara “çuşka” ayaması verməyi özləri üçün böyük bir fəxarət sanırlar... 

Ustad şair "Hara gedir sabahımız?" adlı şeirində Azərbaycan türkcəsi haqda digər bir ağrılı məqama da toxunur:

“Bir vaxt rusca idi, bütün reklamlar,

Indi ingiliscə dürtülür gözə.

Itin də dilinə hörmətimiz var-

Bircə öz dilimiz yaramır bizə!..”

Doğrudan da, bu gün paytaxtda və digər iri şəhərlərimizin küçələrində Azərbaycan Respublikası Prezidentinin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununa tamamilə zidd olaraq, bir sıra dükan, restoran, kafe və digər iaşə obyektlərinin adları nəinki ingilis, həmçinin rus dilində yazılır. Bakının mərkəzindəki yalnız İstiqlal(!)(keçmiş Kommunist) və Məhəmməd Əmin Rəsulzadə(!) küçələrini gəzsək, bu qanun pozuntularının bariz və ağrılı nümunələrinin şahidi olarıq...

Deməli, milli mənliyimizin pasportu olan ana dilimizi qorumaq yalnız lövhələrdəki hərfləri düzgün düzmək deyil, həm də bu dildə yalan danışmamaq, mənəvi təmizliyimizi qorumaqdır. Fəqət bu gün öz doğma dilində danışmağı özünə yaraşdırmayan, əcnəbi kəlmələrlə cəmiyyətə yuxarıdan aşağı baxanların mənəvi korluğu ürək ağrıdır. Ən acınacaqlısı isə odur ki, bu təbəqə öz övladlarına və qazanc mənbəyi olan obyektlərinə yad, parıltılı əcnəbi adlar qoymaqla özünü elitar sanır, bununla lovğalanır. Bu manqurtlar anlamırlar ki, özgənin lələkli libası ilə bəzənmək insanı kübar etmədiyi kimi, yad dillərin kölgəsində daldalanmaq da heç bir millətə ucalıq gətirmir... 

Bu gedişlə biz gələcək nəsillərə təkcə yad adların işğal etdiyi küçələr deyil, həm də ruhu yadlaşmış, kökündən qopmuş bir cəmiyyət miras qoymaq təhlükəsi ilə üz-üzəyik. Odur ki, bu müqəddəs dildə yalan danışıb onun saflığını bulandırmaq, doğma kəlmələri saxtakarlığa alət etmək Yaradan qarşısındakı ən böyük günahımızdır. Biz bu ana dilini həm yad təsirlərdən göz bəbəyi kimi qorumalı, həm də onunla yalnız və yalnız həqiqətləri pıçıldamağı, haqqa xidmət etməyi müqəddəs bir vətəndaşlıq borcu bilməliyik...

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Avqust 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri