Icma.az
close
up
RU
Dilimiz kimliyimiz, əlifbamız yolumuz

Dilimiz kimliyimiz, əlifbamız yolumuz

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

1 Avqust təkcə təqvimdə bir tarix deyil. Bu gün Azərbaycan xalqının tarixi yaddaşını, mənəvi varlığını, mədəni irsini yaşadan ən müqəddəs dəyərlərdən birinə – ana dilimizə və əlifbamıza həsr olunub. Bu gün biz təkcə bir yazı sistemi və ya danışıq vasitəsi deyil, bir xalqın şəxsiyyətini, mənəviyyatını, dirənişini və inkişafını simvolizə edən dil bayramını qeyd edirik.

Azərbaycan dili minilliklərə söykənən bir tarixə malikdir. Bu dil türkdilli xalqların böyük bir qolunun davamçısı olmaqla yanaşı, həm də Yaxın Şərqin, Qafqazın və Avrasiya mədəniyyət coğrafiyasının formalaşmasında mühüm rol oynayıb. Ədəbiyyatımızda Nizami, Xaqani, Füzuli, Vaqif kimi dahilər bu dilin poetik imkanlarını göstərmiş, XIX-XX əsrlərdə isə dilimiz maarifçilik, milli oyanış və istiqlal hərəkatlarının başlıca silahına çevrilmişdir.

XX əsrdə Azərbaycan dili bir neçə dəfə siyasi və ideoloji sınaqlardan keçdi. Əlifbamız da bu dalğalanmalardan kənarda qalmadı: ərəb qrafikasından latına, oradan kirilə və nəhayət, 1991-ci ildən etibarən yenidən latın qrafikalı Azərbaycan əlifbasına keçdik. Məhz 1 avqust 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu əlifba rəsmi olaraq ölkə həyatına daxil oldu. Bu, sadəcə texniki və ya simvolik dəyişiklik deyildi. Bu, milli ruhun yenidən doğuluşu, müstəqil dövlətin mədəni suverenliyini təsdiq edən qəti və strateji qərar idi.

Əlifba – sadəcə hərflər toplusu deyil, bir xalqın düşüncə tərzini, dünyanı dərk etmə formasını, yaddaşını özündə əks etdirən kod sistemidir. Latın qrafikasına keçid Azərbaycanı həm də qloballaşan dünyada informasiya texnologiyaları və beynəlxalq ünsiyyət sistemlərinə uyğunlaşdırdı. Bu gün gənclərimiz dünya dillərini öyrənməklə yanaşı, Azərbaycan dilində də sərbəst danışır, yazır və düşünür.

Dil yalnız ədəbi əsərlərdə deyil, həyatın hər anında yaşamalıdır: ailədə, məktəbdə, universitetdə, küçədə, sosial şəbəkələrdə, məhkəmə salonunda, tibb müəssisəsində, dövlət idarələrində... Əgər biz dilimizi yalnız bayramlarda yada salırıqsa, o zaman onu yaşatmaqdan çox, xatırlamış oluruq. Yaşatmaq üçün isə sevgi və məsuliyyət lazımdır.

Təəssüf ki, bəzən sosial mediada, reklam lövhələrində, gündəlik ünsiyyətdə Azərbaycan dilinə qarşı biganəlik və ya saymazlıq müşahidə olunur. Xarici dildə danışmaq savadlı olmaq demək deyil, Azərbaycan dilinə yuxarıdan baxmaq isə milli kimliyə hörmətsizlikdir. Gənclərin öz dilində fikrini ifadə etməkdə çətinlik çəkməsi narahatedici tendensiyadır və bu, yalnız təhsil sistemi ilə deyil, ümumi mədəni mühitlə, ailə tərbiyəsi ilə, cəmiyyətin dəyərlərə yanaşması ilə bağlıdır.

Bu gün dövlətimiz Azərbaycan dilinin inkişafı və qorunması üçün mühüm addımlar atır. “Dövlət dili haqqında” Qanun, lüğət islahatları, dilçilik institutlarının fəaliyyəti, media və təhsil sahəsindəki nəzarət mexanizmləri – bütün bunlar dilimizin zənginliyini qorumağa xidmət edir. Lakin bu iş təkcə dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur.

Azərbaycan dilini yaşadan müəllimlərimiz, yazıçılarımız, jurnalistlərimiz, şairlərimiz, eləcə də gündəlik ünsiyyətdə bu dilə dəyər verən hər bir vətəndaş bu müqəddəs işin daşıyıcısıdır. Dil – millətin nəfəsidir. Əgər bu nəfəs kəsilərsə, xalq da susar.

Bu gün Azərbaycan dünyada öz sözü olan, güclü ordusu və siyasi nüfuzu olan bir dövlətdir. Bu gücün təməlində isə dil və kimlik birliyi dayanır. İstər Qarabağda, istərsə də Qərbi Azərbaycanda haqq səsimizi ucaltdığımız zaman, ilk olaraq dilimizlə öz varlığımızı bəyan edirik.

Qoy 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü yalnız təqvimdə bir bayram kimi qalmasın. Qoy bu gün bizi düşündürsün, silkələsin, hər birimizi öz dilimizə bir daha, bu dəfə daha dərindən bağlasın.

Əli Hüseynov

YAP Yasamal rayon təşkilatının fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri