Dilimizdə işlənən bəzi alınma sözlərin mənşəyi haqqında
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
1. “Bu, jurnaldır, kino hələ qabaqdadır.”
Leksikamıza rus dili vasitəsilə fransız dilindən bir xeyli söz daxil olub. Belə sözlərdən biri jurnal (fransızca journal) sözüdür. Sözdəki jour fransızca həm işıq, həm də gün mənasındadır, papier jurnal, yəni hərgünkü qəzet (rusca ежедневная газета).
“Jurnal (journal)” sözündəki “jur (jour)” hissəciyinə bizə tanış olan bir sıra digər sözlərin tərkibində də rast gəlmək mümkündür:abajur - “işığı zəiflədən” mənasında, tujurka- hər gün geyilən(rus dilində “повседневная”) paltar mənasında. Bizim bəzi bölgələrdə bu sözü təhrif edib “dejurka” kimi tələffüz edirlər, yeri gəlmişkən rus dilindəki “дежурный” sözünün tərkibindəki "jur" da həmin o "jour"dandır.
Nümunə kimi verilmiş sözlərə nisbətən az rast gəldiyimiz ajur (naxış növü) sözünün də jurnala qohumluğu çatır.
2. Əsgi-üsgü məskəni
Məişətimizdə işlənən şifoner sözü də leksikamıza fransız dilindən rus dili vasitəsilə daxil olmuşdur. Fransız dilində chiffon sözü “əsgi, parça qırıqları” (rusca “тряпка, лоскут”) mənasını ifadə edir. Bir qədər əcaib səslənsə də, qeyd edək ki, hərfi mənada şifoner sözü “əsgi-üsgü üçün dolab” mənasını verir. Xalq arasında geyim-gecimə çox pul xərcləyən, paltar dolabında - şifonerində cürbəcür geyimlərinin sayı-hesabı olmayan adamlar, xüsusilə qadınlar haqqında işlədilən “qazandığını da elə əsgi-üsgüyə verib qara gününə bir qəpik saxlamır” kimi ifadələrə də rast gəlmək mümkündür.
3. “-Kurorta hazırdır çamadan!
-De, hanı bəs sənin “putyovkan?”
Mənası çox adama məlum olan və bizim dilimizdə sadə söz sayılan kurort sözü alman dilində iki hissədən ibarətdir: kur və ort.
Almanca “kur” müalicə, “ort” isə yer deməkdir, yəni “kurort” sözü “müalicə yer” mənasını ifadə edir.
Sözün birinci hissəsi “kur” mənşəcə latın sözüdür. Bu dildə söz “cura” formasındadır, “cura” isə latınca “qayğı” deməkdir.
Dilimizdə “kurort” sözündəki “kur” hissəciyinin “müalicə” mənasında işləndiyi digər sözlər də var: kurs (müalicə kursu) - müəyyən müddət davam edən müalicə mənasındadır. “Kurator” sözü indi rəhbər mənasında işlənir, ilkin mənası isə “xəstənin müalicəsinə əsas qayğı göstərən həkim” deməkdir. Tibb termini olan “kurasiya” sözünün tərkibindəki “kur” sözü də müalicə mənasını ifadə edir.
İmarət Cəlilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 Oktyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















