Icma.az
close
up
RU
Dilimizin saflığının yol göstəricisi Vitse spiker YAZIR

Dilimizin saflığının yol göstəricisi Vitse spiker YAZIR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Millətimizin sərvəti, varlığının göstəricisi, qürur mənbəyimiz olan ana dilimizin saflığının qorunması indiki şəraitdə hamımızın, xüsusən ziyalıların borcudur.

Ulu öndər Heydər Əliyevin sistemdən, ideologiyadan asılı olmayaraq, həm sovet dövründə, həm də müstəqillik illərində ana dilimizin saflığının qorunması yolundakı fəaliyyətləri bir örnəkdir. Azərbaycan Yazıçılar İttifaqının 1981-ci il iyunun 7-də keçirilən VII qurultayındakı nitqində Azərbaycan KP KM-nın Birinci katibi, Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Heydər Əliyevin aşağıdakı fikirləri millətimiz və dövlətimiz mövcud olduqca həmişə aktual olacaqdır:  "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir...

 Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır...

Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. Dilimizin dialekt ifadələrlə zibillənməsinə yol vermək olmaz. Yazılı dilin, nitq mədəniyyətinin ədəbi normasının qanunvericisi olmalıdır. Təəssüf elə yazıçılar var ki, bu tələblər səviyyəsində dura bilmirlər. Üstəlik ayrı-ayrı yazıçılar təkcə danışıqlarında yox, həm də əsərlərində dil xətalarına yol verirlər."

Bu sözlərin yazılaraq hər bir qəzetin, saytın redaksiyasının, yaradıcı birliklərin, universitetlərin, məktəblərin və b. divarlarında asılması faydalı olmazdımı? Dilimizin saflığını qorumaq milli borcumuzdur!

Musa Qasımlı

Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Aprel 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri