Icma.az
close
up
RU
Azərbaycanın artan rolu Vitse spiker YAZIR

Azərbaycanın artan rolu Vitse spiker YAZIR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən etibarlı körpü olan Azərbaycanın region və dünya siyasətində rolu daim artır. Bu baxımdan cənab Prezidentimiz İlham Əliyevin qardaş Qazaxıstan Respublikasına dövlət səfəri təkcə ikitərəfli deyil, həm də regional və beynəlxalq məsələlərin müzakirəsi, imzalanan sənədlər baxımından mühüm rol oynadı. Səfərə xüsusi əhəmiyyət verən Prezident Kasım-Jomart Tokayevin dövlət başçımıza görkəmli dövlət xadimi deyərək müraciət etdiyi aşağıdakı fikirləri münasibətlərin xarakterini göstərir: 

“Qardaş Azərbaycan xalqının liderini, görkəmli dövlət xadimi Prezident İlham Əliyevi qazax torpağında qəbul etmək bizim üçün böyük şərəfdir”. 

Bu fikirlərə əlavə şərh verməyə ehtiyac yoxdur. Hər şey deyilmişdir.

Səfər ümumi etnik kökləri və tarixi olan iki qardaş millətin, etibarlı strateji tərəfdaş dövlətin münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi, dostluğun gələcəkdə hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığına təkan verilməsi məqsədinin həyata keçirilməsinə kömək edəcək hadisədir. Qarşılıqlı münasibətlərdə yeni səhifə açan səfər münasibətlərin maddi təməllərini daha da möhkəmləndirir.

İmzalanan sənədlər, müştərək müəssisələrin yaradılması niyyətinin ifadə edilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizin reallaşdırılmasının gedişinin nəzərdən keçirilməsi, yüklərin ixracı üçün yeni Trans-Xəzər bərə sisteminin yaradılması imkanının müzakirə edilməsi, Qazaxıstan neftinin Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəməri ilə nəqli üzrə birgə iş, informasiya texnologiyaları sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır, bizi biri-birimizə daha sıx bağlayır. Eyni zamanda qardaş ölkənin müstəqilliyini gücləndirir. Azərbaycandan keçən qardaş Qazaxıstan Avropaya çıxır.

Ötən illər ərzində Azərbaycanın haqq işini həmişə müdafiə edən Qazaxıstanın ərazilər işğaldan azad edildikdən sonra Füzulidə tikdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi uşaqların təhsili və inkişafı ocağı kimi həm də qardaşlığımızın, birliyimizin rəmzi, gələcək nəsillərə isə bir örnəkdir. Səfər göstərdi ki, mədəniyyət, elm, təhsil, informasiya sahələrində qarşılıqlı fəaliyyətin geniş perspektivləri vardır.

Bu səfər eyni zamanda dövlətlərarası münasibətlərdə şəxsiyyət amilinin müstəsna rol oynadığını bir daha sübut etdi. Prezident Kasım-Jomart Tokayevin dövlət başçımız haqqında dediyi aşağıdakı fikirlər yalnız qürur hissi yaradır:

“İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir”.

Qardaşlığımız əbədi və sarsılmaz olsun!

Musa Qasımlı,
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri