DİM: “Bu gün saat 15:00 da imtahanın düzgün cavabları təqdim olunacaq” KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
Mərkəzdən KONKRET.az-a verilən məlumata görə, bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər onları maraqlandıran sualları “Youtube”da yerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.

Bu gün saat 15:00 da imtahanın düzgün cavabları təqdim olunacaq
01 İyun 2025 14:22
Bu gün keçirilən imtahanın düzgün cavabları açıqlanıb
01 İyun 2025 16:16
Bu gün saat 15:00 da... DİQQƏT
01 İyun 2025 13:46
Bugünkü imtahanın düzgün cavabları açıqlandı
25 May 2025 20:25
Əhaliyə XƏBƏRDARLIQ: Bu gün saat 10:00 dan 15:00 dək...
10 Mart 2025 11:35

