Icma.az
close
up
RU
DİM fəlsəfə doktoru imtahanı keçirəcək

DİM fəlsəfə doktoru imtahanı keçirəcək

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyat  prosesi başa çatır.
Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

İddiaçılar DİM-in internet saytında (//ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün bu gün saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2026-cı il fevralın 15-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə fevralın 16-da keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 19 fevral 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, imtahan elektron formada kompüterlər vasitəsilə keçiriləcək. Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı isə ənənəvi qaydada kağız daşıyıcılar vasitəsilə keçirilıəcək.

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoru imtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan dili imtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir.

İddiaçılar xarici dillər üzrə fəlsəfə doktoru imtahanı proqramları ilə aşağıdakı keçidlərdə tanış ola bilərlər: (Azərbaycan dilində, rus dilində); Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı proqramı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri