Icma.az
close
up
RU
DİM imtahanlarda yoxlama prosesini daha da sərtləşdirəcək? RƏSMİ

DİM imtahanlarda yoxlama prosesini daha da sərtləşdirəcək? RƏSMİ

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə keçirilən qəbul imtahanlarında 11 abituriyent müxtəlif texniki vasitələrdən istifadə etməkdə ittiham olunub.

Onlardan 9 abituriyentin imtahan nəticəsi ləğv edilib və ixtisas seçiminə buraxılmayıblar. Qalan 2 abituriyent isə binaya daxil olana qədər həmin texniki vasitələri çıxardığından və imtahanda adi qaydada iştirak etdiyindən, onların nəticələri qüvvədə saxlanılıb.

Maraqlıdır, bu il imtahanlarda abituriyentlərin yoxlanışı daha da gücləndiriləcək? Bunun üçün əlavə texniki vasitələrdən istifadə ediləcəkmi?

Redaktor.az azedu.az-a istinadla xəbər verir ki, mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən bildirilib ki, yoxlama prosesi çoxmərhələlidir və yalnız binanın girişində olan hissə ilə məhdudlaşmır. Məhz bunun sayəsində hər hansı bir mərhələdə qadağan olunan cihazları, eləcə də digər qayda pozuntularını və s. aşkar etmək mümkün olur:

"Ancaq bütün qabaqlayıcı tədbirlərin əvvəlcədən elan edilməsi doğru deyil. Əsas məsələ odur ki, imtahan iştirakçıları qaydalara riayət etsinlər. Abituriyent və ya onların valideynləri diqqətli olmalıdırlar. Hər bir imtahandan öncə qaydalarla bağlı iştirakçılara "Yaddaş kitabçası" da təqdim olunur. Bizim əsas məqsədlərimizdən biri hər kəs üçün bərabər şərtlər altında imtahan keçirməkdir.

İmtahan iştirakçıları bilməlidirlər ki, qayda pozuntusuna yol verildikdə bu aşkar olunacaq və müvafiq cəza tətbiq olunacaqdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Yanvar 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri