DİM təcrübəsi BDU ya daşınır? Məleykə Abbaszadədən gözləntilər
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Uzun illər imtahan sisteminə rəhbərlik etmiş bir şəxsin ölkənin ən böyük universitetinə rektor təyin olunması nələri dəyişə bilər? Bu təyinat tələbələr üçün yeniliklər vəd edə bilərmi? Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzində qurduğu sistemin BDU-da da tətbiq olunması gözləniləndirmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Elçin Əfəndi təyinatı yüksək qiymətləndirib.
Onun sözlərinə görə, bu qərardan sonra Bakı Dövlət Universitetində müsbətə doğru dəyişikliklər baş verəcək:
"Məleykə Abbaszadə həm təhsili bilən, həm qəbul prosesini bilən, həm də beynəlxalq əməkdaşlıqda təcrübəli şəxsdir. Onun Bakı Dövlət Universitetinin rektorluğuna müsbətə doğru qatqısı olacaq. Bu isə ümumilikdə təhsil və tələbə mühitinin daha da inkişaf etməsinə təkan vermiş olacaq".

Elçin Əfəndi: İmtahan modeli BDU-da beynəlxalq sistem əsasında keçirilən imtahanlarla uyğunlaşdırıla bilər
Ekspert bildirib ki, xüsusilə imtahan sistemində dəyişikliklər mümkün ola bilər.
"Çox güman ki, Məleykə Abbaszadə tələbələrin akademik göstəriciləri, universitetin tədqiqat istiqamətinin dəyişilməsi və qurulmasına mütləq diqqət yetirəcək. Eyni zamanda Bakı Dövlət Universitetində imtahan modelində də müəyyən qədər dəyişikliklərin tətbiqi mümkündür. Ola bilsin ki, imtahan modeli BDU-da daha müasir və beynəlxalq sistem əsasında keçirilən imtahanlarla uyğunlaşdırılacaq", - deyə müsahibimiz qeyd edib.
Ekspert xatırladıb ki, dəfələrlə BDU tələbələrindən imtahanların əl üsulu ilə və qeyri-obyektiv keçirilməsi ilə bağlı iradlar səsləndirilib:
"Düşünürəm ki, indi Məleykə Abbaszadənin rəhbərliyi dövründə bu məsələyə də aydınlıq gələcək".
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 19 Noyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















