Icma.az
close
up
RU
Aİ nümayəndəsi: Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdiririk

Aİ nümayəndəsi: Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdiririk

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət yetirir və müttəfiq dövlətlərə bu sahədə köməklik göstərir. Aİ-nin məqsədi daha səmərəli müdafiə sistemlərinin yaradılmasıdır. Bu sistemlər texnologiyaların inkişafına təkan verməklə yanaşı kibertəhdidlərin də aradan qaldırılmasını təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni ntellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransın panel müzakirəsində çıxışı zamanı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius deyib.

Onun sözlərinə görə, Aİ-nin Azərbaycanla əməkdaşlığı siyasi dialoq çərçivəsindən kənara çıxır.

“Biz bu sahədə əməkdaşlıq əlaqələrimizi davam etdiririk. Hazırda Aİ Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlığın artırılması üzrə layihənin ikinci mərhələsini həyata keçirir. Layihə praktiki fəaliyyətləri dəstəkləyir və yerli səviyyədə konkret imkanların formalaşdırılmasına xidmət edir. Azərbaycan ilə əməkdaşlıq çərçivəsində 2025-ci ildə Bakıda “Kritik İnfrastrukturun Müdafiəsi Çağırışı” adlı tədbir keçirildi. Tədbirdə bank, dövlət qurumları və digər strukturların təmsilçiləri üçün səmərəli kibertəlim oldu. Belə praktiki təlimlər milli imkanların və kibertəhdidlərə qarşı mübarizənin gücləndirilməsinə töhfə olur. 2026–2030-cu illəri əhatə edən yeni Aİ–Azərbaycan Tərəfdaşlıq Prioritetlərini həyata kerirməyə hazırlaşırıq. Hazırda danışıqların yekun mərhələsində olan bu prioritetlərdə enerji təhlükəsizliyi, regional bağlantılar, rəqəmsallaşma və dayanıqlı infrastruktur məsələlərinə mühüm yer ayrılır. Sənəd Aİ–Azərbaycan Bağlantı Tərəfdaşlığı çərçivəsində süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığı da nəzərdə tutur. Bütün bunlar təcrübə mübadiləsi aparmaq, praktiki həllər hazırlamaq və əməkdaşlığımızı daha da möhkəmləndirmək üçün möhkəm zəmin yaradır”, - deyə Aİ nümayəndəsi qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri