Icma.az
close
up
RU
DİN: Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısı alınıb

DİN: Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısı alınıb

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.

DİN sosial şəbəkədə İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı həqiqəti əks etdirməyən məlumata cavab verib.

Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.

“Yolun kənarında aşkarlanan bağlama yemək çatdırılması ilə məşğul olan şirkətlərdən birinə aid olub”, - DİN-dən bildirilib.

seeBaxış sayı:44
embedMənbə:https://www.xalqcebhesi.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri