DİN bayram günlərində Tbilisidə etiraz aksiyalarına icazə verib, lakin yürüşlər qadağandır
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, nazirliyin rəsmi saytında dərc olunan sənədə əsasən, aksiya iştirakçıları parlament binasının qarşısındakı pilləkənlərdə və onun ətrafında etiraz edə bilərlər. Bununla yanaşı, onlar piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdırlar.
Həmçinin, ictimai təhlükəsizlik qaydalarına riayət olunması təmin edilməli, dövlət orqanlarının, müəssisələrin, idarə və təşkilatların normal fəaliyyətinə əngəl törədilməməlidir.
Gürcüstanda 28 noyabr 2024-cü ildən etibarən hakimiyyətin ölkənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların açılmasını 2028-ci ilə qədər gündəlikdən çıxarmaq qərarına cavab olaraq etiraz aksiyaları başlayıb.
Aksiya iştirakçıları hökuməti Avropa inteqrasiyasından imtina etməkdə ittiham edərək bu qərarın ləğvini tələb ediblər. Sonradan tələblərə daha ikisi əlavə olunub: saxlanılanların azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi.
Gürcüstan hakimiyyəti bu tələbləri yerinə yetirməkdən imtina edib və cavab olaraq aksiyaların keçirilməsi qaydalarını sərtləşdirmək qərarı qəbul edib. Bu qaydalar arasında strateji obyektlər qarşısında məqsədli piketlərin qadağan edilməsi, avtomobil yollarının və səkilərin əsassız bağlanması, maska taxılması, habelə bu qaydaların pozulmasına görə cərimələrin və cinayət məsuliyyətinin artırılması yer alır.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Dekabr 2025 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















