Icma.az
close
up
RU
DİN əhaliyə yenidən XƏBƏRDARLIQ EDİB

DİN əhaliyə yenidən XƏBƏRDARLIQ EDİB

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bir müddət əvvəl bank kartlarından oğurluqlar ölkənin ən çox müzakirə edilən mövzularından idi. Demək olar ki, hər gün Daxili İşlər Nazirliyi (DİN) kart fırıldaqçılığı ilə bağlı rəqəmlər açıqlayır, sosial şəbəkələrdə isə onlarla vətəndaş başına gələn hadisələri paylaşırdı. İnsanların hesabından ani şəkildə pulun silinməsi, naməlum şəxslərə kart məlumatlarının ötürülməsi və telefon zəngləri vasitəsilə aldatma halları gündəlik reallığa çevrilmişdi. Hətta bu məsələ o qədər aktual idi ki, ictimai rəydə bank kartından istifadə etmək qorxu və narahatlıq doğururdu. Amma son vaxtlar mənzərə dəyişib: nə əvvəlki kimi statistik məlumatlar açıqlanır, nə də sosial şəbəkələrdə "kartım soyuldu" tipli paylaşımlar gözə dəyir. Sanki problem birdən-birə yoxa çıxıb. Burada təbii olaraq bir sual yaranır: görəsən, bu sakitliyin səbəbi real olaraq fırıldaqçılıq hallarının azalmasıdırmı?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Hər bir müraciət diqqət mərkəzində saxlanılır"

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, internet resursları və sosial şəbəkələrdə vətəndaşların aldatma yolu ilə şəxsi və bank kartı məlumatlarının, daha sonra isə maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı polis orqanlarına daxil olan hər bir müraciət diqqət mərkəzində saxlanılır: "Müraciətlər əsasında polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılaraq belə əməlləri törədən şəxslərin yeri müəyyən olunur. DİN tərəfindən kiberdələduzluqla mübarizə sahəsində maarifləndirmə, təbliğat-təşviqat işləri də həyata keçirilir. Respublikanın şəhər və rayonlarında ərazi polis orqanları tərəfindən kibertalamalara qarşı mübarizə üsulları ilə bağlı mütəmadi görüşlər təşkil olunur. Həmçinin əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında bu mövzuda məlumatverici lövhələr asılır, vətəndaşlarla profilaktik söhbətlər aparılır, üzləşə biləcəkləri kibertəhlükələrlə bağlı zəruri məlumatlar verilir".

E.İbrahimovun sözlərinə görə, araşdırmalar zamanı müəyyən edilib ki, vətəndaşlar naməlum xarici nömrələrdən gələn zəng və ya mesajlara inanaraq, dəqiqləşdirmə aparmadan bank kartı hesabları ilə bağlı tanımadıqları şəxslərin istədikləri əməliyyatları yerinə yetirirlər: "Bank kartlarının üzərindəki CVV/CVC kodları, SMS-lə göndərilən OTP şifrələri məxfi məlumatlardır və üçüncü şəxslərlə bölüşdürülməməlidir. Bu məlumatların paylaşılması bank hesablarından pul vəsaitinin oğurlanmasına, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə səbəb ola bilər. Bir daha vətəndaşlara müraciət edərək diqqətli olmağa, naməlum nömrələrdən gələn zəng və mesajlara inanmamağa, şübhəli linklərə daxil olmamağa və bank kartı məlumatlarını heç bir halda paylaşmamağa çağırırıq".

"2024-cü ildə 22 milyon, 2025-ci ildə 6 milyon manat"

Maliyyə və bank məsələləri üzrə ekspert İsmayıl Məmmədov düşünür ki, rəqəmlərdə azalma olsa da, problem hələ də qalmaqdadır: "Rəsmi statistikaya görə, 2024-cü ildə kart fırıldaqçılığı nəticəsində vətəndaşlara təxminən 22 milyon manat zərər dəyib. 2025-ci ilin ilk dörd ayında isə bu rəqəm altı milyon manatı keçib. Deməli, tam səngimə yoxdur. Sadəcə, son dövrdə ictimaiyyətin diqqəti başqa mövzulara yönəldiyi üçün bu mövzu mediada daha az görünür. Mərkəzi Bank və banklar tərəfindən aparılan maarifləndirici kampaniyalar, "OTP-ni paylaşma", "naməlum linkə girmə" kimi xəbərdarlıqlar insanlarda müəyyən davranış dəyişikliyi yaradıb. Amma xüsusən yaşlı və texnologiyadan az istifadə edən qruplar hələ də risk altındadır".

İ.Məmmədovun fikrincə, bu halların qarşısı sosial reklamlar, təlimlər, bankların xəbərdarlıqları, 3D-Secure, iki faktorlu təsdiq, real vaxt bildirişləri, DİN və beynəlxalq əməkdaşlıqla cinayətkarların izlənməsi nəticəsində alına bilər: "Vətəndaş, bank, hüquq-mühafizə orqanları hamısı birgə məsuliyyət daşıyır. Çünki vətəndaş kart məlumatlarını qorumalıdır. Bank sistemlərini daim yeniləməlidir. Hüquq-mühafizə orqanları fırıldaqçı şəbəkələri ifşa etməlidir".

Bank eksperti biometrik ödənişlərin təhlükəni azalda biləcəyini bildirdi: "Çünki unikal identifikasiya oğurlanması çətin olan üsuldur. Amma risk sıfır deyil. Biometrik məlumat sızarsa, onu dəyişmək olmur. "Deepfake" texnologiyaları (süni intellekt və dərin öyrənmə ("deep learning") alqoritmləri vasitəsilə insanın üzünü, səsini və hərəkətlərini reala çox oxşar formada saxtalaşdırmaq) da əlavə təhlükə yarada bilər. Ona görə biometrik sistemlər mütləq iki və ya çox faktorlu autentifikasiya ilə birlikdə işləməlidir".

"Rəqəmsal təhlükəsizlik daim inkişaf etdirilməlidir"

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə qeyd etdi ki, bank kartları ilə bağlı fırıldaqçılıq halları hələ də mövcuddur, sadəcə indi əvvəlki qədər açıq görünmür: "Statistikanın az paylaşılması və sosial şəbəkələrdə bu barədə statusların azalması hələ problemin tam həll olunduğu anlamına gəlmir. İnsanların maariflənməsi, bankların təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi və hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti müəyyən qədər nəticə verib. Əslində bu tip risklərin qarşısının alınması üçün üç əsas faktor önəmlidir. Hüquq-mühafizə orqanlarının mübarizə tədbirləri, bankların texnoloji və təhlükəsizlik mexanizmləri, eləcə də vətəndaşların öz məsuliyyəti. Hansısa birinin zəif qalması bütövlükdə sistemdə boşluq yarada bilər".

E.Abbasovun sözlərinə görə, gələcəkdə nağdsız ödənişlərin artması müəyyən klassik fırıldaq üsullarını azalda bilər, amma eyni zamanda yeni kiber risklər də ortaya çıxacaq: "Buna görə də rəqəmsal təhlükəsizlik daim inkişaf etdirilməlidir. Biometrik identifikasiya texnologiyalarının (barmaq izi, üz tanıma və s.) geniş tətbiqi ilə riskləri minimuma endirə bilərik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Sentyabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see241

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see241

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see240

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see226

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see222

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see211

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see208

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see201

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see197

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see193

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see190

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see180

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see179

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see173

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see172

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see169

Fazil Mustafadan hadisə kimi MÜSAHİBƏ: “Onlar səadəti Mehdinin zühurunda axtarır”

08 Avqust 2026 09:24see169

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see168

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see163

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri