DİN: Kiberdələduzluq hallarına qarşı diqqətli olaq! AZƏRTAC Video Azərbaycan Dövlət İnformasiya Agentliyi
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıt şəhərində polis əməkdaşları kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə əhali arasında maarifləndirmə işini daha da gücləndirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu mövzuda xəbərdarlıqlar əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında asılıb, sakinlərə paylanıb. Diqqətə çatdırılıb ki, vətəndaşlar sosial şəbəkələrdə, saxta sayt və səhifələrdəki şirnikləndirici vədlərə aldanmamalı, onlayn üsulla satılan məhsul və əmlaka baxış keçirmədən beh verməməlidirlər. Şübhəli linklərə keçid edilməməli, mobil cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır. Heç bir halda bank və şəxsi məlumatlar qarşı tərəfə ötürülməməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 31 Dekabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















