Icma.az
close
up
RU
Din memdir? Doukinzin böyük ideyası

Din memdir? Doukinzin böyük ideyası

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

“Mem nəzəriyyəsi” – XX əsrin ən maraqlı elmi ideyalarından biridir. Onu elmə müasir ateizmin lideri, Təkamül Təliminin usanmaz təbliğatçısı, böyük alim, bioloq Riçard Doukinz daxil edib.
Soruşacaqsınız ki, sosial şəbəkədə paylaşılan mırt şəkillərlə Təkamül Təliminin nə əlaqəsi ola bilər?! Demişdik axı, məsələ göründüyü qədər sadə deyil.
3 mexanizmin işi
Təkamül Təlimi şübhəsiz ki, elmi tarixinin ən böyük ideyalarından biridir. Təkamülün 3 mexanizmi var: İrsiyyət, Dəyişkənlik, Təbii Seçmə. Bu 3 mexanizm bir-birinin işini balanslaşdırır. İrsiyyət əvvəlki nəsillərdə indiyə qədər yığılmış xüsusiyyətləri yeni nəslə ötürür; dəyişkənlik həmin xüsusiyyətlərə mutasiya yolu ilə yenilik əlavə edir; Təbii Seçmə isə baxır, əgər bu mutasiya növün həyatda qalmağına kömək edəcəksə, onu saxlayır, əks təqdirdə çıxdaş edir.
Bu, həqiqətən mükəmməl işləyən bir mexanizmdir. Təkamül artıq çoxdan nəzəriyyə deyil, elmi faktdır. Çünki bu prosesi nəsilləri sürətlə dəyişən canlıların timsalında gözlə müşahidə etmək mümkündür. Məsələn, mikroblarda və ya bəzi milçəklərdə.
Amma ən maraqlı sual budur: Təkamülün mexanizmləri ancaq biologiyadamı işləyirlər? Axı bu mexanizm çoxalaraq yayılan varlıqlara aiddir, çoxalan isə heç də təkcə bioloji növlər deyillər. Məsələn, bəzi kompüter proqramları, fikirlər, dini ideyalar, siyasi təlimlər, sosial şəbəkədə yayılan şəkillər, şayiələr, feyklər də çoxalaraq, yayıla bilir. Elə isə Təkamülün mexanizmləri onlar üçün də keçərlidirmi?!
Bu sualı 1976-cı ildə “Eqoist gen” adlı məşhur kitabını yazarkən Riçard Doukinz də vermiş və belə qərara gəlmişdi ki, bəli! Bütün bu saydıqlarımız da irsiyyət, dəyişkənlik, təbii seçmə mexanizmlərinin təsiri ilə mutasiya
edir və uğurlu variant alınanda sürətlə çoxalmağa başlayır. Eynilə viruslar kimi!
Psixi viruslar
Elə “mem” terminini də “Eqoist gen” adlı gözəl əsərində Riçard Doukinz təklif etmişdi. Onun tərifinə görə mem – mutasiya etməklə çoxalan, başqa sözlə, təkamül edən informasiya obyektidir.
Bunu lap sadə, necə deyərlər, türkəçarə dildə izah etməyə çalışaq.
Məsələn, bir virus düşünün. Götürək elə COVİD-i. O, əsrlərdir ki, var. Təbii ki, fasiləsiz mutasiya edir, edir, edir... Həmin mutasiyaların çoxu onun yayılması üçün xüsusi əhəmiyyət daşımadığından, saxlanılmır. Amma günlərin birində virus çox uğurlu mutasiya edir (“Uğurlu” deyəndə təbii ki, virusun özü üçün uğurlu). Vəssalam, bununla da virus partladır. Bütün dünyanı girinc eləyir.
İndi isə bir lətifə düşünün. Ağızdan-ağıza keçir, hərə nəsə artırır, əskildir, dəyişir, əlavə edir... Lətifə adamdan-adama keçdikcə mutasiyalara uğrayır. İrsiyyətini də saxlayır, yeni xüsusiyyətlər də qazanır. Gedir, gedir, gedir... Və günlərin birində elə bir mutasiya baş verir, kimsə ona elə bir əlavə eləyir ki, tutuzdurur və bununla da vəssalam, lətifə partladır. İldırım sürətilə çoxalır, hər yerə yayılır, hamı onu danışır...

Qəribədir. Lətifə aşağı-yuxarı, bir informasiya obyektidir. Biz misal üçün lətifə dedik, amma istənilən başqa bir informasiya obyekti də ola bilərdi – məsələn, şayiə, sitat, sosial şəbəkə statusu, şəkil, video... Maral Tahirqizi, Roza Zərgərli, Hacı Nuran, Baboş, Velizar... Bunlar da sosial şəbəkədə informasiya obyektləridirlər. Ümumiləşdirsək, belə alınmırmı ki, informasiya obyektlərinin çoxalması mexanizmilə virusun çoxalma mexanizmi eynidir?
Bəli. Məhz belə alınır!
Mem – bir növ şüur paraziti, zehni virusdur. Xatırladaq ki, bioloji virus da özü çoxala bilmir, çoxalmaq üçün hansısa hüceyrəyə daxil olmalıdır. Eynilə psixoloji virus çoxalmaq üçün hansısa şüura yoluxmalıdır, bundan sonra həmin şüuru daşıyan beyin özü onu çoxaldacaq və yayacaq.
Mədəniyyətə tərs baxış
Ümumiləşdirsək, insandan-insana yayıla-yayıla çoxalan, bu zaman dəyişən, mutasiyaya uğrayan bütün informasiya obyektləri memdirlər. Məsələn, xalq mahnıları. Heç kim oturub “Ay ana, bu yarım niyə gəlməz oldu” mahnısı üçün melodiya yazmayıb. Melodiyanın bizim bilmədiyimiz hansısa ilkin variantı ağızdan-ağıza keçə-keçə hansısa kəramətli bir ağızda elə dəyişklənliyə uğrayıb ki, həmin mutasiya onun sürətlə yayılmasına və tarixdə qalmasına səbəb olub.
Tutaq ki, qrip virusu necə yayılır? Eynilə bu qaydada.

Amma bu zaman bir sual çıxır ortaya: Mədəniyyəti həqiqətənmi biz yaratmışıq, yaradırıq?! Yoxsa o, bizdən asılı olmadan yayılan və mutasiya edən psixi virusların əsəridir?! Bədənimiz genlərin təkamülün nəticəsi olduğu kimi, şüurumuz da bəlkə memlərin təkamülünün nəticəsidir?!
Bu, dünya kulturoloqlarının yuxusunu qaçırdan çox böyük və ağır sualdır. Riçard Doukinz özü ona çox isti yanaşır və göstərirdi ki, ən böyük mem elə dindir. Daha doğrusu, din – uğurlu memlərin kompleksidir. Allah, o dünya, cənnət, cəhənnəm, mələklər və sair ideyalar əsrlərlə mutasiya oluna-oluna gəliblər. Nəhayət, son 3 mutasiyaları xüsusilə qalıcı və yoluxucu olub. Yoluxuculuq baxımından din digər psixi viruslardan qat-qat güclüdür, çünki özü birbaşa bunu tələb edir: Yay məni! Təbliğ et məni!
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 Sentyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri