Azərbaycanda MARKETLƏR bu halda CƏRİMƏLƏNƏCƏK
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Satışda olan malların üzərində qiymət kağızlarının və xidmət və ya işlər üzrə qiymət cədvəllərinin düzgün tərtib edilməməsi ciddi cərimə ilə nəticələnə bilər.
Avtosfer.az xəbər verir ki, satışda olan malların üzərində qiymət kağızlarının, göstərilən xidmətlər və ya görülən işlər üçün qiymət cədvəllərinin və menyuların olmaması və ya düzgün tərtib edilməməsinə görə 800 manatdan 1 000 manatadək cərimə tətbiq edilir.
Bundan əlavə, Azərbaycanda satılan malların, işlərin və xidmətlərin qiymətlərinin manatla göstərilməməsinə görə 1 100 manatdan 1 650 manatadək cərimə nəzərdə tutulur.
Beləliklə, qiymətlərin manatla göstərilməməsi halında tətbiq edilən cərimənin yuxarı həddi 1 650 manat, qiymət kağızlarının və ya qiymət cədvəllərinin olmaması və düzgün tərtib edilməməsinə görə isə 1 000 manat təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 12 Sentyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















