Icma.az
close
up
RU
DİN MƏNƏVİYYAT SİSTEMİ, YOXSA İDARƏETMƏ ALƏTİDİR?

DİN MƏNƏVİYYAT SİSTEMİ, YOXSA İDARƏETMƏ ALƏTİDİR?

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Din və dinə münasibət, onun tarixi funksiyası, siyasi və sosial rolu yüzillərdir fəlsəfi, sosioloji və tarixi müzakirələrin mərkəzində olmuşdur. Tarix boyu sivilizasiyaların qurulmasında din mühüm rol oynamışdır. Bu rolun müsbət və mənfi tərəfi olmuşdur.

Müsbət tərəfi:

Din ilkin dövrlərdə cəmiyyətin birlik, əxlaq və nizam-intizam sistemini formalaşdırmaq üçün "yuxarıdan , yəni Allahdan gələn göstəriş" effekti yaratmışdır.

Mənfi tərəfi: 

Hökmdarlar və ruhanilər dini ideologiyanı kütlələri itaətə gətirmək, sorğulamağa məcbur etmək və müxalif düşüncələri "küfr" damğası ilə əzmək üçün istifadə etmişlər.

Məsələn, Misirdə fironlar özlərini tanrı elan edir, kahinlər vasitəsilə xalqı itaətə çağırırdı.

Avropada Orta əsrlərdə "Katolik kilsəsi" kralları belə diz çökdürəcək gücə malik idi. Qara paltarlı və qübbəli keşişlər, inkvizisiya məhkəmələri qurur və "Tanrının iradəsi" adıyla minlərlə insanı yandırır, öldürürdülər.

İslam dünyasında da bir çox hakimiyyətlər dini öz legitimlik aləti kimi istifadə etmişdir. 

Belə ki, Abbasilər,  Osmanlılar və  Səfəvilər  dövründə  HÖKMDARLAR VƏ DİN XADİMLƏRİ  "xəlifə", "imam", "müqəddəs soy" anlayışları ilə  özlərini Tanrının yer üzündəki təmsilçisi kimi təqdim etmişlər.

Bu istiqamətdə baş verən hadisələrdən biri də KƏRBALA FACİƏSİ VƏ "AŞURA" HADİSƏSİdir.

Tarixi Faktlara görə, Hicri 61-ci il (miladi 680) tarixində  Kərbala hadisəsi baş verir.

İmam Əlinin oğlu - İmam Hüseyn ibn Əli, Yezidin xilafətini, yəni hakimiyyətini tanımır. Onu ədalətsizlikdə, zülmkarlıqda və  əxlaqsızlıqda  ittiham edirdi.

Miladi tarixi ilə 680-ci ilin Məhərrəm ayında Küfə xalqının dəvəti ilə yola çıxan İmam Hüseyn ailəsi ilə birlikdə Kərbala çölündə Yezidin ordusu tərəfindən mühasirəyə alınır. Nəticədə Hüseyn və 70-dən çox yaxınları, o cümlədən körpə uşaqlar da daxil olmaqla, şəhid edilir. Bu hadisə "İslam" dini tarixində ilk böyük parçalanma ilə nəticələndi.

Din tərəfdarları Sünni və Şiə olmaqla iki yerə  bölündü. Şiə təlimində Kərbəla hadisəsi "haqqın batilə qarşı mübarizəsi", məzlumun zülmə baş əyməməsi kimi təqdim olunur. Sonralar bu hadisə təkcə dini deyil, həm də siyasi xarakter daşımağa başladı. Xüsusilə, Səfəvilər dövründə "Aşura" mərasimləri dövlət səviyyəsində təşviq edilərək, şiə ideologiyasının əsas dayağına çevrilmişdi.

Bugünkü İran İslam Respublikasının molla rejimi də İmam Hüseynin "şəhadət ideologiyasını" siyasi vasitə kimi istifadə edir. Rejimə qarşı çıxanlar “Yezidçi”, rejimə dəstək verənlər “Hüseynçi” kimi etiketlənir.

İslam dininə etiqad edən bəzi ölkələrdə iqtidarda olan rejimlər "Aşura" gününü şəhidlik və itaət üzərində qurulmuş ruhani silah kimi təqdim edirlər. Ən acınacaqlı və təhlükəlisi isə – "Aşura" günündə  uşaqların, qadınların "özünü döyməyə" cəlb edilməsi, bədənə zərər verən əməllərin "ibadət" adı ilə təbliğ olunmasıdır. Bu, artıq dinin manipulyasiyası, ondan sui-istifadə olunması deməkdir.

Əslində isə, dinin mahiyyəti insanları mənəviyyata, ədalətə, mərhəmətə yönəltməkdir. Təəssüf ki, tarix boyunca dinlər, xüsusən də  məzhəblər – siyasi və ideoloji alətlərə çevrilmişdir. Kərbəla faciəsi də bir inanc fəlsəfəsindən çox, siyasi alətə çevrilmişdir. Düşünürük ki, əgər Kərbalada baş vermiş "Aşura" hadisəsinin mahiyyəti düzgün izah olunsa və düzgün anlaşılsa, bu, insanlara zülmə qarşı qətiyyətli dayanma dərsi verə bilər.

Qəvami SADIQBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 İyul 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri