Din xadimlərinə yeni məhdudiyyət qoyulub? Şuradan açıqlama
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Din xadimləri ilə bağlı Dövlət Qulluğu Məcəlləsində yeni məhdudiyyətin tətbiq edildiyinə dair bəzi media subyektləri və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Modern.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.
Şura qeyd edib ki, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda həmin vəzifəni tutduqları müddətdə peşəkar dini fəaliyyətlərini dayandırmalıdırlar. Bu tələb “Dini etiqad azadlığı haqqında” Qanunun 4-1.3-cü maddəsində artıq təsbit olunub.
Açıqlamaya əsasən, Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi də həmin hüquqi normaya əsaslanır və mövcud tələbi sistemləşdirir.
“Qeyd olunan müddəa vətəndaşların dini etiqadına və ya dini təhsilinə deyil, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir. Bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsi qanunvericiliyin mahiyyətini təhrif edir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır”, – açıqlamada vurğulanıb.
Şura mövcud qanunvericilik nəzərə alınmadan yayılan bu cür məlumatları ictimai rəyi çaşdıran manipulyasiya kimi qiymətləndirib.
Media subyektləri və sosial şəbəkə istifadəçiləri hüquqi aktlarla bağlı məlumat yayarkən rəsmi mənbələrə istinad etməyə, normaları əvvəlki hüquqi tənzimləmələrlə müqayisəli təhlil etməyə və yalnız dəqiq, təsdiqlənmiş informasiya təqdim etməyə çağırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Noyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















