Icma.az
close
up
RU
Dinamik inkişaf edən strateji bağlar

Dinamik inkişaf edən strateji bağlar

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında münasibətlər çoxəsrlik mehriban qonşuluq ənənələrinə, qarşılıqlı hörmətə və ortaq tarixi-mədəni dəyərlərə əsaslanır. Hər iki dövlətin 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, müasir dövrdə isə regionun geosiyasi reallıqlarını müəyyən edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

İki ölkə arasında diplomatik münasibətlər 18 noyabr 1992-ci ildə qurulmuşdur. Azərbaycan və Gürcüstanın xarici siyasət kursunda qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınması əsas prinsip kimi çıxış edir. Bu yanaşma ikitərəfli münasibətlərin dayanıqlı və etibarlı zəmin üzərində inkişafını təmin edən başlıca amillərdəndir.

Tarixi köklərə söykənən Azərbaycan–Gürcüstan münasibətləri bu gün geniş spektrli əməkdaşlıqla xarakterizə olunur. Azərbaycan Respublikası Gürcüstanla əlaqələrin inkişafına xüsusi önəm verir və qarşılıqlı əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirilməsində maraqlıdır. Ali səviyyədə formalaşmış intensiv siyasi dialoq təhlükəsizlik, müdafiə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, turizm, eləcə də mədəni-humanitar sahələrdə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaratmışdır. Hazırda iki ölkə arasında əməkdaşlıqdan kənarda qalan hər hansı sahə demək olar ki, mövcud deyildir.

Xüsusilə enerji və nəqliyyat-logistika sahələrində həyata keçirilən birgə layihələr ikitərəfli münasibətlərin strateji mahiyyətini daha da gücləndirir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri və Cənub Qaz Dəhlizi kimi transmilli layihələr Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Eyni zamanda, Bakı–Tbilisi–Qars dəmir yolu xətti Şərq və Qərb arasında səmərəli və etibarlı nəqliyyat bağlantısı yaradaraq regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artırır.

İkitərəfli əlaqələrin inkişafında müxtəlif institusional mexanizmlər də mühüm rol oynayır. Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya, eləcə də parlamentlərarası dostluq qrupları əməkdaşlığın sistemli və ardıcıl şəkildə inkişafına xidmət edir.

Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi platformalarda tərəflər bir-birinin milli maraqlarına həssas yanaşır və qarşılıqlı dəstək nümayiş etdirirlər.

 Azərbaycan–Gürcüstan münasibətləri Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın əsas dayaqlarından biri kimi çıxış edir. Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış çoxsaylı sənədlər möhkəm hüquqi baza formalaşdıraraq bu əməkdaşlığın gələcək perspektivlərini daha da genişləndirir. Bu strateji tərəfdaşlıq “Güclü Azərbaycan – Güclü Gürcüstan – Güclü region” prinsipinə əsaslanaraq dinamik şəkildə inkişaf etməkdədir.

Şamo Qasımov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri