Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Dinamizmin olmaması keyfiyyət prolemlərinə gətirib çıxarır”

“Dinamizmin olmaması keyfiyyət prolemlərinə gətirib çıxarır”

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliya tədricən qitə futbol arenasındakı mövqeyini əldən verir.

"Football-plus.az" xəbər verir ki, bu, Çempionlar Liqasında (ÇL) yenicə başa çatan liqa mərhələsinin yekun cədvəlində aydın görünür. Apennin yarımadasını təmsil edən 4 komandadan heç biri 1/8 finala birbaşa vəsiqə qazana bilmədi. İtaliyanın son çempionu isə fiaskoya uğradı.
1/8 final İtaliya üçün əlçatmazdı
“Atalanta” 13,4 faiz, “Yuventus” 6,8 faiz, “İnter” 6,3 faiz – “Opta” statistika şirkətinin superkompüteri liqa mərhələsinin 8-ci turu ərəfəsində İtaliya klublarının ilk “8-liy”ə düşmək şansını belə qiymətləndirmişdi. “Napoli”nin şansı isə 16 komandanın vəsiqə qazanacağı pley-off üçün 50 faizlik dəyərə layiq bilinmişdi. Heç bir komanda birbaşa 1/8 finala çıxa bilmədi: “İnter” 10-cu, “Yuventus” 13-cü, “Atalanta” 15-ci yeri tutaraq pley-offa yollandı. 8 oyuna elə bu qədər xal toplayan “Napoli” isə vahid liqanı 30-cu yerdə başa vuraraq avrokubok mövsümünə erkən “əlvida” dedi!..
Turnirin ötən mövsümünün analoji mərhələsində də indikinə bənzər vəziyyət yaranmışdı. Yalnız “İnter” birbaşa 1/8 finala çıxmış, “Milan” və “Yuventus”, uyğun olaraq, 13-cü və 20-ci yeri tutmuş, debütant “Bolonya” isə liqanı 28-ci yerdə başa vuraraq ÇL-lə vidalaşmışdı. Bir il əvvəl “İnter”dən başqa heç bir komandanın 1/8 finalda görünməməsi İtaliya klub futbolu üçün həyəcan siqnalı kimi dəyərləndirilmişdi. Bu dəfə necə olacağını isə zaman göstərəcək.
Doğrudu, “İnter” son üç mövsümdə iki dəfə finalda oynayıb. Ümumi rəyə görə, milanlıların bu uğuru böyük ölçüdə bir sıra təcrübəli futbolçuların fədakarlığı və Simone İnzaqinin ağıllı taktiki gedişlərinin nəticəsi kimi dəyərləndirilmişdi. Bəzi epizodlarda bəxt amili də “qara-göylər”in işinə yaramışdı. Ümumilikdə isə İtaliya nəhənglərinə hələ də “Real”, “Barselona”, “Mançester Siti”, “Bavariya” və “Arsenal” kimi ambisiyalı klubların yanında autsayder gözü ilə baxılır. Bu qitə nəhənglərindən hansısa birini məğlub etmək İtaliya komandası üçün böyük nailiyyət sayılır.
Bu mövsüm Kristian Kivunun çalışdırdığı “İnter” ÇL-də keçirdiyi ilk 4 oyunda maksimum nəticəyə nail oldu. Amma etiraf edək ki, milanlıların rəqibləri (Ayaks, Slaviya, Yunion, Kayrat) heç də onlara tay tutula bilməzdi. Kivunun komandası sonrakı üç matçda daha sanballı rəqiblərdən (Atletiko, Liverpul, Arsenal) xal ala bilmədi və vahid liqanı 10-cu yerdə başa vurdu. Əksinə, “Yuventus” ilk 4 matçda 3 xal qazanmaqla zəif startla yadda qaldı. Turinlilər Luçano Spallettinin baş məşqçi vəzifəsinə təyinatından sonra xal ehtiyatını artırsa da, yenə pley-offa vəsiqə ilə kifayətləndi. Əslində “Atalanta” ilk 7 turda 13 xal toplamaqla hətta ilk “8-liy”ə iddia edirdi. Lakin son iki oyundakı məğlubiyyətlər berqamoluları da pley-off sınağına sürüklədi. “Napoli”nin fiaskosu isə Antonio Kontenin avrokuboklardakı növbəti uğursuzluğu kimi dəyərləndirilməlidi. Qısası, indiki məqamda A seriyasının heç bir təmsilçisi ÇL-in favoritlərinin siyahısına yaxın belə düşə bilmir!
Rəhbərlik və heyət problemi
Ortaya təbii sual çıxır: apenninlilərin əsas problemləri nələrdi? Görünür, bu planda kompleksləri var. İlk səbəb kimi məşqçi heyətinin müntəzəm dəyişməsi və idarəçilikdəki inzibati qeyri-sabitlik göstərilməlidi. Bunlar ardıcıllığın və uzunmüddətli strateji planlaşdırmanın olmamasına gətirib çıxardı və komandaların potensialını məhdudlaşdırdı. Bu, bir qədər sonra toxunacağımız klubların çətin maliyyə vəziyyəti ilə birlikdə dəhşətli nəticələrə gətirib çıxarır. “Yuventus” və “Milan” kimi bəzi klubların bütöv strategiyaları var, amma ümumilikdə komandaların məşqçiləri daim dəyişir. Bu isə digər komponentlərlə yanaşı, heyətin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. “İnter” son vaxtlar heç bir böyük transfer etməyib, “Milan” əsasən gənc oyunçuları hədəfə alır, “Yuventus” isə ötən mövsümün gedişində istefaya göndərdiyi Tyaqo Motta, həmçinin Teun Koopmeyners və Duqlas Luislə nə edəcəyini tam bilmir.
Nəticədə İtaliya klubları heyətlərində həm kəmiyyət, həm də keyfiyyət baxımından azalma yaşayırlar. Bu, xüsusilə də yeni turnirlərin yağışdan sonra göbələk kimi ortaya çıxdığı rotasiya dövründə vacibdi. Komandaların bütün turnirlərdə ardıcıl çıxış etmək üçün imkanları çatışmır və bu, onların sabit şəkildə xal qazanmalarına mane olur.
Pulu hardan əldə etmək olar?
Əlbəttə, demək olar ki, hər şey maliyyə ilə bağlıdı. Bu plandakı fərq xüsusilə göz qabağındadı. “Transfermarkt” portalının versiyasına görə, hazırda Avropada ən güclü heyətə malik olan 10 klubun siyahısına nəzər salsaq, orda bir İtaliya təmsilçisini də görə bilmərik. İllik gəlirlər planında böyük klublarla müqayisədə fərq iki dəfədən də çoxdu. Məsələn, illik gəliri 1,35 milyard avro olan “Real” 1-ci yerdədi. “Mançester Siti” 1,31 milyard, “Arsenal” 1,27 milyard, PSJ 1,2 milyard, “Çelsi” 1,19 milyard avroluq göstərici ilə növbəti sıralardadı. İtaliya təmsilçilərindən “İnter” 0,67 milyard avroluq illik gəlirlə 12-ci, “Yuventus” 0,55 milyardla 14-cü, “Milan” 0,49 milyardla 18-ci, “Atalanta” 0,429 milyarla 25-ci, “Napoli” isə 0,428 milyard avro ilə 26-cı yeri tutur.
Bu göstəricilərə uyğun olaraq İtaliya artıq illik gəlir baxımından qitənin ilk 10 klubu sırasında təmsil olunmur. “Deloitte Sports Business Group” 2025-ci ildə yalnız “İnter”, “Milan” və “Yuventus”un ilk “20-liy”ə daxil ola biləcəyini açıqlayan bir araşdırma aparıb. “İnter” ötən il ÇL-in finalına çıxmaqla üç pillə irəliləyib. Lakin hətta burda da real pul qazananlarla müqayisədə fərq gözə çarpır.
Ümumilikdə isə klubların gəlirləri durğunluq içindədi. “Forbes” nəşrinin məlumatına görə, Klublararası Dünya Çempionatı və avrokubokların formatının genişlənmə planında dəyişməsi media hüquqları üzrə gəlirlərin azalmasının qarşısının alınmasına kömək edib.
Populyar jurnal həmçinin idman hüquqları üzrə ekspert Pyer Maesin dediklərini sitat gətirir:

“Televiziya hüquqları bazarında oyunçuların sayının məhdud olması səbəbindən rəqabətin olmaması yayın şirkətlərinin liqalara və klublara daha çox təklif edə bilməməsi səbəbindən əyləncənin bitdiyini göstərir”.

Bundesliqanın maliyyə planında vəziyyəti o qədər də yaxşı deyil. Amma burda daha çox gənc oyunçu çıxış edir və onların böyük əksəriyyəti satış üçün yetişdirilir. İtaliya isə indi əsasən karyerasının qürub çağını yaşayan futbolçuların üz tutduqları liqaya çevrilib. Bundan əlavə, Almaniyada daha müasir, çoxfunksiyalı stadionlar var ki, bu da yerli klublara əlavə gəlir əldə etmək imkanı verir. İtaliyadakı arenalar isə A seriyasının çoxdan yığılıb qalan problemləri sırasındadı.
İtaliya klubları çox qazana bilmirlər. Ona görə ki, top-oyunçuların diqqətini cəlb etmirlər və az qazanc ulduz futbolçularla onların ən yaxşı vaxtlarında müqavilə bağlanmasına mane olur. Ölkə çempionatında rəqabət də zəifləyib. ÇL-də müntəzəm çıxış edən “Yuventus”un hegemonluğuna son qoyulub.
Apenninlilər yeni reallığa uyğunlaşmalı olacaqlar. Onlar buna məcburdular, çünki indi ÇL standartlarına görə “2-ci eşelon”a daxildilər.
Reaksiya
Filip Lam, Almaniya yığmasının sabiq müdafiəçisi:

“Əvvəllər hamı İtaliyaya getmək istəyirdi. Milan dünyanın futbol paytaxtı idi. Almaniyada Andreas Möllerin ifadəsi məşhur “Milan və ya Madrid, təki İtaliya olsun!” deyimi halına gəldi. Onların üstünlüyünün təməli Arriqo Sakkinin topa yönəlmiş zona müdafiəsi idi. Bu, indi də futbolda əsas oyun sistemi kimi qalır. Bu sistemi tədricən bütün İtaliya qəbul etdi və yerli komandalar üstünlük qazandılar. Göstəricilərin aşağı düşməsi müxtəlif amillərlə bağlıdı. Məsələn, İtaliyanın bir çox klubları yerli himayədarlarından ABŞ-dən olan sərmayədarların əlinə keçib. İngiltərədə xarici kapital xoş qarşılanır, lakin İtaliyada belə satışlar nəticəsində klubların kimliyi və mövcudluq səbəbi itirilmiş kimi görünür. Bu, köhnəlmiş stadionlarda özünü daha aydın göstərir. Bu hal məni təəccübləndirir; axı söhbət Kolizeyin vətəni olan ölkədən gedir. Bu da var ki, AÇ-2032-ni Türkiyə ilə şərikli təşkil edəcək İtaliya stadionlarını tədricən modernləşdirəcək. Bir vaxtlar “futbolun La Skalası” sayılan “San Siro”nun yenidən qurulması planlaşdırılır. İtaliyadakı futbolçular digər 4 aparıcı liqada çıxış edən həmkarlarıyla müqayisədə az qaçırlar. Bir neçə il əvvəl oxumuşdum ki, bundisliqada ən az qaçış göstəricisinə malik komanda A seriyasında ən yüksək göstərici ilə öyünən komandanı üstələyib. İtaliya əməliyyat sistemini yeniləməyib: bu sistem çox yavaş işləyir. Dinamizmin olmaması keyfiyyət prolemlərinə gətirib çıxarır. Rəqibin təzyiqi çox zəif olan yerdə heç bir oyunçu dünya səviyyəli idmançı səviyyəsinə çatmır. Bax, İtaliyada bu səbəbdən Bacco, Del Pyero, Kannavaro, Maldini, Barezi, Qattuzo və ya Pirlo kimi futbolçular artıq yetişmir. Bugünkü İtaliya komandaları mənə gücü kəskin şəkildə azalmış və yanacaqsız qalmış “Ferrari”ləri xatırladır. Burda hətta ən gözəl dizayn belə kömək etməyəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri