Icma.az
close
up
RU
Dinamo Moskvada het trik edən azərbaycanlı Ülvi Babayev kimdir?

Dinamo Moskvada het trik edən azərbaycanlı Ülvi Babayev kimdir?

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2022-ci ilin fevralında Rusiyanın Ukrayna hərbi hücumu başlayandan bu ölkənin futbolu beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıldı. O vaxtdan bu Rusiya klubları və çempionatı da əvvəlkitək diqqət mərkəzində deyil. Bununla belə, ölkədə daxili yarışlar davam etdirilir, yeni-yeni gənc futbolçular üzə çıxır.

Bu gün həmin futbolçulardan biri barədə bəhs etmək istəyirik. O səbəbdən ki, bu futbolçu əslən azərbaycanlıdır. Söhbət Premyer Liqada yarışan Moskvanın "Dinamo" komandasının sol vingeri, 21 yaşlı Ülvi Babayevdən gedir.

Babayev 2 gün əvvəl Rusiya kubokunda "Krılya Sovetov"a qarşı matçın qəhrəmanına çevrilib. O, 4:0 hesabı ilə yekunlaşan görüşdə bir-birindən gözəl 3 qol vurub. Bu, onun peşəkar klub karyerasında ilk het-triki olub.

Həmin qolların videosu

İnternet mənbələrindəki məlumatlara əsasən, Ülvi Laçın oğlu Babayev 30 mart 2024-cü ildə Moskva vilayətinin Ximki şəhərində doğulub. Futbolla məşğul olmağa doğma şəhəri Ximkidə başlayıb, eyni adlı klubun yerli futbol sisteminə daxil olub. 2014-cü ilin yayında “Lev Yaşin adına Dinamo Akademiyası”na keçib. Ülvi indiki klubu "Dinamo"nun yetirməsidir. İstedadlı futbolçu 2018-cu ildə Rusiyanın U-15, bir il sonra isə U-16 komandasına da cəlb edilib. O, U-15 millisində 8, U-16-da isə 2 oyun keçirib.

2021/22 mövsümündən "Dinamo"nun gənclərdən ibarət komandasına cəlb edilib. Gənclər Liqasında meydana çıxdığı 23 oyunda 13 qol vurub, 10 qolun isə ötürməsini edib. Sonradan "Dinamo"nun farm-klubu olan "Dinamo-2"yə cəlb olunan Babayev bu komanda ilə birgə 2-ci liqada da inamlı oyun nümayiş etdirib. Onun iki mövsüm ərzində göstəriciləri belə olub: 44 oyun, 16 qol, 6 qol ötürməsi.

2024/25 mövsümündə icarə qaydasında "Krılya Sovetov"da oynayıb, Rusiya Premyer Liqasında 13 oyunda meydana çıxıb.  

2025/26 mövsümündə isə Babayev bir vaxtlar əfsanəvi azərbaycanlı futbolçu Ələkbər Məmmədovun, sonra bir müddət İsgəndər Cavadovun da oynadığı Rusiyanın ən güclü klublarından biri "Dinamo" Moskvanın əsas komandasına cəlb edilib. Babayev "Dinamo"nun heyətində artıq 9 oyunda meydana çıxıb, 4 qol vurub (1 qol Premyer Liqada, 3 qol ölkə kubokunda).

Ülvi kubokdakı 6 oyundan 4-də əsas heyətdə oynayıb, Premyer Liqada isə hələlik 5 matçda sonradan oyuna daxil olub. Amma onun bu uğurlu gedişlə "Dinamo"nun əsas oyunçusuna çevriləcəyi ehtimalı da yüksəkdir.

Milli komandaya gəlincə, güman etmək olar ki, o, öz oyunu ilə AFFA-nın da diqqəti çəkir. Lakin hələlik  Ülvi Babayevin gələcəkdə Rusiya, yoxsa Azərbaycan millisində oynamaq istəməsinə dair dəqiq bir məlumat yoxdur.

Sadəcə, o, "Krılya Sovetov"a 3 qol vurduğu oyundan sonra "Matc TV"nin Rusiya millisinin noyabrdakı təlim-məşq toplanışına cəlb olunma şansının olub-olmamasına dair suala belə cavab verib: " Bu sualı Valeri Georgiyeviçə (Karpinə) (Rusiya millisinin və "Dinamo"nun baş məşqçisi - red.) vermək lazımdır. Burada hər şey sənin özündən asılıdır. Öz üzərində yaxşı işləsən, toplanışa düşəcəksən".

Karpiz özü də "Krılya Sovetov"la oyundan sonra Babayev haqda xoş sözlər deyib, lakin onu həddindən artıq tərifləməməyə çağırıb:

"Bu gün Babayev özünü normal, hətta yaxşı tərəfdən göstərdi. Hər şey ondan asılıdır. Afərin. Amma əvvəllər də belə futbolçular olub - bir il oynayıblar, sonra isə yoxa çıxıblar. Ona görə də hələ təriflər yağdırmağa dəyməz. Gözləyək, görək necə olacaq".

ELNUR,
QOL.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://qol.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri