Icma.az
close
up
RU
Dinamo nun azərbaycanlı hücumçusu: AFFA dan mənə maraq var idi MÜSAHİBƏ

Dinamo nun azərbaycanlı hücumçusu: AFFA dan mənə maraq var idi MÜSAHİBƏ

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Dinamo"nun (Tbilisi) əvəzedici heyətinin hücumçusu, ara-sıra əsas komandaya da cəlb edilmiş Yusuf Mehtiyev Sportal.az saytına müsahibə verib. Gürcüstanda dünyaya gələn və orada yaşayan 19 yaşlı həmyerlimiz Tbilisi klubundakı perspektivindən danışıb. Bununla yanaşı, o, Azərbaycan yığmasında oynamaq ehtimalından bəhs edib.

- Mövsümün qalan hissəsində də səni "Dinamo"da görəcəyik? Maraqlıdır, fərqli klublardan təkliflərin var idi ki, ən azından icarəyə yollanasan?

- Mənim “Dinamo” ilə müqaviləm davam edir. Başqa kluba getmək haqda isə düşünmürəm. Məşqlərimi burada edirəm və “Dinamo”da oynamaq haqda fikirləşirəm.

- “Dinamo"nun əsas komandasında bu sezon debüt etmək şansın var? Komandanın baş məşqçisi Vladimer Kakaşvinin sənə güvəndiyini hiss edirsən?

- Hər şey məndən asılıdır. “Dinamo”nun əvəzedici heyətinə diqqətlər hər zaman böyükdür. Son mövsümdə əsas komandada debüt etmişdim, meydana çıxmışdım. “Dinamo”da hər zaman əvəzedici heyətdə oynayanlara diqqət ayrılır, oynamaq şansı yaradılır. Bu mövsüm yenidən əsas komandaya yüksəlməyi ümid edirəm.

- Komanda yoldaşlarından olan Otar Aptsiauri Azərbaycanda oynayacaq, "Kəpəz"lə anlaşdı. Onunla bu haqda danışmışdınız və səncə "Kəpəz"ə xeyir verərək, Azərbaycanda özündən söz etdirəcək?

- Bəli, onu yaxşı tanıyıram. Düzü, “Kəpəz”ə keçəcəyindən xəbərim yox idi. Oto perspektivli, bəyəndiyim futbolçudur. “Kəpəz”də özünü göstərəcinə ümid edirəm. Ona yeni komandasında uğurlar arzulayıram.

- Bir ara Belçikada “Gent”, “Standard” klublarında baxışda olmuşdun. Maraqlıdır, bu klublardan təkliflərin yenə də var?

- Bəli, menecerim daimi kontaktdadır klublarla. Amma hələlik indi əsasən “Dinamo”ya fokuslanmışam. Əsas komandada oynamağa can atıram.

- AFFA səninlə maraqlanırdı, U-21 yığmasına cəlb etmək istəyirdilər. Son vaxtlarda var belə söhbət? Gürcüstanın U-19 və ya U-21 yığmasına necə, cəlb olunmaq dəvəti gəlib?

- Bəli, AFFA-dan mənə maraq var idi. Eyni zamanda Gürcüstan yığmalarının məşqçiləri də məni tanıyır. Amma hələ ki, rəsmi dəvət hələlik almamışam. Necə olacağını zaman göstərəcək.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 İyul 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri