Icma.az
close
up
RU
“Dinamo”nun qəhrəmanlığı bir işə yaramadı

“Dinamo”nun qəhrəmanlığı bir işə yaramadı

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Fabio Kannavaronun çalışdırdığı Zaqreb “Dinamo”su son turun əsas sürprizini reallaşdırdı.

Birbaşa 1/8 finala vəsiqə qazanmaq üçün qələbəyə ehtiyac duyan “Milan” Zaqrebdə hələ ilk yarıda azlıqda qaldı və yekunda heç 1 xal da qazana bilmədi. Amma bərbad top fərqinə malik olması “Dinamo”nun “evini yıxdı”. Bu komanda ilk turda səfərdə “Bavariya”ya 2:9 yox, məsələn, 2:6 uduzsaydı, 24-cü pillə “Brügge”yə yox, məhz “Dinamo”ya qismət olardı!
“Barselona” ilə “Atalanta”nın dueli, gözlənildiyi kimi, baxımlı alındı. 1/8 finala vəsiqə üçün qələbəyə ehtiyacı olan “Atalanta” pis təsir bağışlamasa da, istəyinə çata bilmədi. Yekun nəticə tərəflərdən heç birini qane etmədi. Belə ki, nə “Barselona” lider ola bildi, nə də “Atalanta” “8-liy”ə düşdü. “Real” mövsümün əsas sürprizi “Brest”lə səfər oyununda ümidləri artıqlamasıyla doğrultdu. 2-ci hissənin əvvəllərində meydan sahibləri qol vurdu, ancaq VAR bu epizodda mikroskopik ofsayd qeydə aldı.
“Kral klubu” yekunda rəqibini darmadağın etsə də, bu, “8-liy”ə vəsiqə üçün kifayət etmədi. Çünki nə “Lill” büdrədi, nə də “Aston Villa”. “Feyenoord”un Fransada pərən-pərən düşməsi bir qədər gözlənilməz oldu. Çünki Rotterdam təmsilçisi ötən tur “Bavariya”ya 3 cavabsız qol vurmuşdu və “Lill” ilə oyuna yüksək əhval-ruhiyyədə çıxmışdı. Özü də “Feyenoord”un da kağız üzərində 1/8 finala vəsiqə qazanmaq şansı pis deyildi. Bunun üçün, təbii ki, ilk növbədə 3 xal qazanmaq tələb olunurdu. Amma komanda tarixi fiaskoya uğrayaraq fanatlarına əsl şok yaşatdı. “Aston Villa” isə Morqan Rocersin het-triki sayəsində Britaniya derbisində parlaq qələbə qazandı.
“Seltik”in ilk yarıdakı geridönüşü bir işə yaramadı. “Atletiko” üçün Avstriya səfəri, gözlənildiyi kimi, asan gəzintiyə çevrildi. “Zaltsburq” “Slovan”la birlikdə əsas mərhələdə ən çox qol buraxan iki komandadan biri oldu. Sürprizə imkan verməyən klublardan biri də “Bayer-04” oldu. Almaniya çempionu öz meydanında iddiasız “Sparta”ya hər hissədə bir qol vuraraq əsas mərhələni 6-cı pillədə tamamladı. Mikel Arteta həftəsonu “Mançester Siti”yə qarşı baş tutacaq çətin oyunu nəzərə alaraq “Jirona” ilə səfər matçında əsas futbolçuları ehtiyatda saxlamışdı. Bu, bir qədər riskli addım idi. Çünki “Arsenal” 1/8 finala vəsiqəni təmin etməmişdi. Üstəlik London nəhəngi hesabda da geri düşdü. Amma komanda hadisələrin axarını xeyrinə dəyişərək hələ ilk yarıda iki qol vurmağı bacardı.
“Yuventus” “Benfika” ilə ev oyununda gözlənilmədən çox aciz təsir bağışladı. Düzdü, Lissabon nəhəngi daha motivasiyalı idi. Çünki portuqaliyalılar pley-offa vəsiqəni təmin etməmişdilər. Amma istənilən halda “Benfika”nın Turində belə asan qalib gəlməsi bir daha göstərdi ki, əvvəlki “Yuve”dən əsər-əlamət də qalmayıb.
Barselona – Atalanta 2:2 (0:0)
Barselona (İspaniya): Şçensnı, Kunde, R.Arauxo, E.Qarsiya (Kubarsi, 69), A.Balde, F.de Yonq, Pedri (Kasado, 80), Yamal (Viktor, 90+6), Qavi (F.Lopes, 69), Rafinya, Levandovski (F.Torres, 69).
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Bellanova (Rucceri, 76), Cimşiti, Hien, Kolaşinats (Skalvini, 55), Zappakosta (Kuadrado, 76), De Roon, Ederson, Paşaliç, De Ketelare (Breşianini, 87), Reteqi (Zanyolo, 76).
Qollar: Yamal, 47 (1:0). Ederson, 67 (1:1). R.Arauxo, 72 (2:1). Paşaliç, 79 (2:2).
Vərəqələr: Kolaşinats, 51. De Roon, 90+3. Ederson, 90+7. Paşaliç, 90+7 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
29 yanvar. Barselona. 42728 tamaşaçı.
Bayer-04 – Sparta 2:0 (1:0)
Bayer-04 (Leverkuzen, Almaniya): Kovarj, Frimponq (Artur, 88), Mukiele, Ta, Tapsoba, Qrimaldo, Caka, Palasios (A.Qarsiya, 83), Virts (Hofmann, 90), Tella (Andrix, 83), Şik (Stepanov, 90).
Sparta (Praqa, Çexiya): Vindal, Visner (Suxomel, 85), Vitik, Şevinski, Sorensen, Zeleni (Krasniqi, 90+3), Sadilek, Kairinen, Laçi (Danek, 85), Olatunyi (Haraslin, 65), Birmançeviç (Penksa, 90+3).
Qollar: Virts, 32 (1:0). Tella, 64 (2:0).
Vərəqələr: Birmançeviç, 36. Olatunyi, 63. Caka, 66. Andrix, 90+2 – sarı.
Hakim: Georgi Kabakov (Bolqarıstan).
29 yanvar. Leverkuzen. 30210 tamaşaçı.
Yuventus – Benfika 0:2 (0:1)
Yuventus (Turin, İtaliya): Perin, Vea, Qatti, Kalulu (Lokatelli, 16), Makkenni, Duqlas Luis, Türam (Koopmayners, 61), Konseysao, Kənan Yıldız, Mbanqula (Niko Qonsales, 61), Vlahoviç.
Benfika (Lissabon, Portuqaliya): Trubin, T.Arauxo (Requ, 90+1), Silva, Otamendi, Bah, Eursnes, F.Luiş, Orkun Kökçü (Rollhayzer, 90+1), Di Mariya (Kərəm Aktürkoğlu, 72), Şelderup (Barreyro, 72), Pavlidis (Amduni, 84).
Qollar: Pavlidis, 16 (0:1). Orkun Kökçü, 81 (0:2).
Vərəqələr: Vlahoviç, 55. Otamendi, 63. Bah, 78 – sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
29 yanvar. Turin. 41402 tamaşaçı.
Dinamo Z – Milan 2:1 (1:0)
Dinamo (Zaqreb, Xorvatiya): Nevistiç, Teofil-Katren, Mmae, Torrente, Pyer-Qabriel (Yakiroviç, 90+2), Mişiç, Ademi (Roq, 70), Stoykoviç (Kordoba, 76), Baturina (Mbuku, 90+2), Pyatsa (Ristovski, 70), Kulenoviç.
Milan (İtaliya): Menyan, Tomori, Pavloviç, Qabbia (Terraççiano, 46), T.Ernandes, Fofana, Reynders (Abraham, 82), Musa, Pulişiç, Leao (Okafor, 82), Morata (Çukvueze, 46).
Qollar: Baturina, 19 (1:0). Pulişiç, 53 (1:1). Pyatsa, 60 (2:1).
Vərəqələr: Pulişiç, 28. Mişiç, 31. Musa, 31. Pyatsa, 34. Menyan, 39. Nevistiç, 90+4 – sarı. Musa, 39 – qırmızı (ikinci sarı).
Hakim: Fransua Letesye (Fransa).
29 yanvar. Zaqreb. 18856 tamaşaçı.
Zaltsburq – Atletiko 1:4 (0:3)
Zaltsburq (Avstriya): Şlager, Dediç, Baydu, Blank, Terziç (Morqalya, 85), Kapaldo (Bayçetiç, 85), Diambu (Kavamura, 58), Yeo (Ratkov, 67), Qlux, Dorjeles (Klark, 58), Daqim.
Atletiko (Madrid, İspaniya): Oblak, Lyorente, Le Norman, Lanqle, Aspilikueta, Koke, De Paul (Qallaxer, 67), Simeone (Molina, 59), Lino (Lemar, 81), Alvares (Sörlot, 59), Qrizmann (Rikelme, 67).
Qollar: Simeone, 5 (0:1). Qrizmann, 13 (0:2). Qrizmann, 45+1 (0:3). Lyorente, 63 (0:4). Daqim, 90+1 (4:1).
Vərəqələr: Kapaldo, 58. Blank, 66 – sarı.
Hakim: Entoni Teylor (İngiltərə).
29 yanvar. Zaltsburq. 23389 tamaşaçı.
Lill – Feyenoord 6:1 (2:1)
Lill (Fransa): Şevalye, Menye, Diakite, Ribeyro, Bakker (Qudmundsson, 83), Buaddi, Mukau, Sahraui (Laşaab, 90+1), Qomes (Haraldsson, 63), Kabella (E.Mbappe, 83), Bayo (David, 63).
Feyenoord (Rotterdam, Niderland): Beylo (Vellenroyter, 35), Niuvkoop (Mitçell, 63), Trauner, Hantsko, Smal, Beelen, Hvan İn Bom (Zexiel, 46), Hac Mussa, Milambo, Payşao (Osman, 62), Ximenes (Ueda, 28).
Qollar: Sahraui, 4 (1:0). Ximenes, 14 (1:1). Trauner, 38-öz qapısına (2:1). Qomes, 57 (3:1). David, 74 (4:1). Trauner, 76-öz qapısına (5:1). Kabella, 80 (6:1).
Vərəqələr: Trauner, 43. Şevalye, 62. Mukau, 65. Kabella, 80 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
29 yanvar. Lill. 44071 tamaşaçı.
Aston Villa – Seltik 4:2 (2:2)
Aston Villa (Birmingem, İngiltərə): E.Martines, Keş (Makqinn, 30), Boqard, Konsa, Din (Maatsen, 74), B.Kamara, Tilemans, Beyli, Rocers, Remsi, Uotkins.
Seltik (Qlazqo, Şotlandiya): Şmeyhel, Conston, Skeyls (Mürrey, 82), Trasti, Teylor, Makqreqor, Hatate (Makkouen, 83), Engels (Bernardo, 73), Kyun, Yan Hyun Cun (Palma, 73), Ayda (Kamminqs, 79).
Qollar: Rocers, 3 (1:0). Rocers, 5 (2:0). Ayda, 36 (2:1). Ayda, 38 (2:2). Uotkins, 60 (3:2). Rocers, 90+1 (4:2).
67-ci dəqiqədə Uotkins penaltidən yararlana bilməyib (yan).
Hakim: Kleman Türpen (Fransa).
29 yanvar. Birmingem. 42824 tamaşaçı.
Jirona – Arsenal 1:2 (1:2)
Jirona (İspaniya): P.Lopes, A.Martines, Xuanpe, Yakobişvili, Franses, Romeu (Errera, 57), Martin (Van de Beek, 68), Tsıqankov (Portu, 68), Asprilya (Solis, 57), Qruneveld, Ruis (Stuani, 57).
Arsenal (London, İngiltərə): Neto, Parti (Y.Timber, 46), Qabriel, Kivior, Kalafiori (Lüis-Skelli, 70, Jorjinyo (Rays, 82), Edeqor, Merino, Nvaneri (Martinelli, 87), Sterlinq, Trossar (Haverts, 70).
Qollar: Danjuma, 28 (1:0). Jorjinyo, 38-p. (1:1). Nvaneri, 42 (1:2).
93-cü dəqiqədə Sterlinq penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Yakobişvili, 51. Sterlinq, 70. Portu, 79. A.Martines, 85. Stuani, 90+3. Rays, 90+3 – sarı.
Hakim: Mauritsio Mariani (İtaliya).
29 yanvar. Jirona. 9048 tamaşaçı.
Brest – Real 0:3 (0:1)
Brest (Fransa): Bizot, Lala, Şardonne, Kulibali, Laje, Manyetti (Les-Melu, 61), E.Fernandeş, M.Kamara (Del Kastilyo, 70), Dumbiya (Fevr, 61), M.Balde (Sima, 70), Ajork (İ.Salah, 79).
Real (Madrid, İspaniya): Kurtua, Vaskes (Asensio, 82), Çuameni (Alaba, 82), Rüdiger, Mendi, Valverde, Modriç (Endrik, 88), Dias (Arda Gülər, 72), Bellingem (Sebalyos, 82), Rodriqo, K.Mbappe.
Qollar: Rodriqo, 27 (0:1). Bellingem, 56 (0:2). Rodriqo, 78 (0:3).
Vərəqələr: Çuameni, 29. Rüdiger, 35. Bellingem, 74 – sarı.
Hakim: Espen Eskos (Norveç).
29 yanvar. Genqam. 15405 tamaşaçı.
1. Liverpul 8 7 0 1 17-5 21
2. Barselona 8 6 1 1 28-13 19
3. Arsenal 8 6 1 1 16-3 19
4. İnter 8 6 1 1 11-1 19
5. Atletiko 8 6 0 2 20-12 18
6. Bayer-04 8 5 1 2 15-7 16
7. Lill 8 5 1 2 17-10 16
8. Aston Villa 8 5 1 2 13-6 16
9. Atalanta 8 4 3 1 20-6 15
10. Borussiya D 8 5 0 3 22-12 15
11. Real 8 5 0 3 20-12 15
12. Bavariya 8 5 0 3 20-12 15
13. Milan 8 5 0 3 14-11 15
14. PSV 8 4 2 2 16-12 14
15. PSJ 8 4 1 3 14-9 13
16. Benfika 8 4 1 3 16-12 13
17. Monako 8 4 1 3 13-13 13
18. Brest 8 4 1 3 10-11 13
19. Feyenoord 8 4 1 3 18-21 13
20. Yuventus 8 3 3 2 9-7 12
21. Seltik 8 3 3 2 13-14 12
22. Mançester Siti 8 3 2 3 18-14 11
23. Sportinq 8 3 2 3 13-12 11
24. Brügge 8 3 2 3 7-11 11
25. Dinamo Z 8 3 2 3 12-19 11
26. Ştutqart 8 3 1 4 13-17 10
27. Şaxtyor 8 2 1 5 8-16 7
28. Bolonya 8 1 3 4 4-9 6
29. Srvena Zvezda 8 2 0 6 13-22 6
30. Şturm 8 2 0 6 5-14 6
31. Sparta 8 1 1 6 7-21 4
32. Leyptsiq 8 1 0 7 8-15 3
33. Jirona 8 1 0 7 5-13 3
34. Zaltsburq 8 1 0 7 5-27 3
35. Slovan 8 0 0 8 6-27 0
36. Yanq Boyz 8 0 0 8 3-24 0
Bombardirlər: Levandovski (Barselona), Girassi (Borussiya D) – 9, Rafinya (Barselona) – 8, Vinisius (Real) – 7.
Faktlar
* Ançelotti “Real”ın başında avrokuboklarda 71-ci oyuna çıxdı. O, bu göstəricidə uzun illərdi klub tarixinin rekordçusu olan əfsanəvi Migel Munyosa çatdı. Yəni növbəti oyunda italiyalı mütəxəssis artıq yeni rekord müəyyənləşdirəcək. Bu siyahıda 3-cü pillədə Visente del Boske (60) qərarlaşıb.
* “Atletiko” ÇL-də ardıcıl 3-cü səfər oyununda qalib gəlməklə şəxsi rekordunu təkrarladı. Komanda daha öncə Avropanın bir nömrəli klub turnirində bir mövsümün gedişində yalnız 1973/74-də ardıcıl 3 səfər qələbəsi əldə etmişdi. Qeyd edək ki, bundan öncə Madrid nəhəngi rəqib meydanında “Sparta” (6:0) və PSJ-ni (2:1) məğlub etmişdi.
* “Feyenoord”lu Trauner ÇL tarixində bir oyunda öz qapısına iki qol vuran ilk futbolçu oldu! Maraqlıdı ki, bu mövsüm ÇL-in əsas mərhələsində “Feyenoord”un iştirakı ilə keçirilən 8 oyunda 6 avtoqol qeydə alındı.
* “Yuventus” ardıcıl 5-ci oyunda “Benfika”nı məğlub edə bilmədi (1 heç-heçə, 4 məğlubiyyət).
* “Aston Villa”lı Rocers 22 yaş 187 günlüyündə ÇL-də het-trik etdi. O, 2004-ün sentyabrında “Fənərbaxça” ilə oyunda 18 yaş 340 günlüyündə 3 qol vuran Ueyn Runinin ardından ÇL-də het-trik edən ən gənc ikinci ingiltərəli futbolçuya çevrildi. Rocers eyni zamanda ÇL tarixində ilk 5 dəqiqədə iki qol vuran birinci futbolçudu!
* “Lill” avrokuboklarda Niderland təmsilçilərinə qarşı keçirdiyi 7-ci oyunda ilk qələbəsini qazandı (1 heç-heçə, 5 məğlubiyyət).
* “Feyenoord” tarixində ikinci dəfə avrokubok matçında 5 top fərqi ilə uduzdu. Daha öncə bu hal 1966-da ÇK-da “Real” ilə oyunda (0:5) baş vermişdi. Bundan başqa “Feyenoord” tarixində ilk dəfə bir avrokubok oyununda 6 top buraxdı!
* PSV-nin sayəsində Niderland klublarının “Liverpul”a qarşı 17 oyunluq qələbəsiz seriyası başa çatdı. Niderland təmsilçilərindən “qırmızılar”ı məğlub edən son kollektiv 1966-da “Ayaks” olmuşdu.
* “Bayer-04”ün avrokuboklarda evdəki məğlubiyyətsiz seriyası 13 oyuna yüksəldi (10 qələbə, 3 heç-heçə). Bu, klub tarixinin yeni rekordudu!
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Komandamın çıxışından razı qaldım. Futbolçular işə çox məsuliyyətli yanaşdılar. Əvvəldən sona qədər oyuna nəzarət etdik və komanda şəklində güclü təsir bağışladıq. Yeni format haqda nə düşünürəm? Formatı bəyənib-bəyənməməyimin önəmi yoxdu. Məni narazı salan məqam oyunların sayının həddən artıq çox olmasıdı. Yenidən “Mançester Siti” ilə qarşılaşa bilərik. Onlara qarşı oynamaq xoşumuza gəlmir. Amma püşk yenə bizi üz-üzə qoysa, həmişəki kimi meydana çıxıb ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. ÇL-i qazanmaq istəyən komanda hər rəqibi məğlub etməyi bacarmalıdı”.


Tyaqo Motta “Yuventus”un baş məşqçisi:

“Oyunun əvvəllərində açıq futbol izlədik. Erkən qol vurmaq üçün əlimizə gözəl fürsət düşmüşdü. Amma “Benfika”nın 90 dəqiqə ərzində bizdən üstün oynadığını etiraf etməliyik. Onların ÇL-də böyük təcrübəsi var. İkinci hissədə daha yaxşı performans sərgilədik. Amma təəssüf ki, hər dəfə rəqibin cərimə meydançası həndəvərində sanki bizə nəsə çatışmırdı. Nə qədər çalışsaq da, oyunun axarını öz xeyrimizə dəyişə bilmədik”.


Unay Emeri, “Aston Villa”nın baş məşqçisi:

“Nəticə bizi çox sevindirdi. Fantastik bir oyun izlədik. İlk 20 dəqiqə çox uğurlu alındı. Amma sonradan oyunun ipini əldən buraxdıq. İkinci hissədə problemləri yoluna qoyduq və yenidən meydanda ağalıq etməyə başladıq. Topu özümüzdə daha yaxşı saxlamağa başlayan kimi qol imkanlarımız da yarandı”.


Canpyero Qasperrini, “Atalanta”nın baş məşqçisi:

“ÇL-də hər oyun bizim üçün böyük təcrübədi. Belə rəqibə qarşı səfər oyununda heç də pis təsir bağışlamadıq. 1/8 finala yüksələ bilməsək də, ən azı pley-offda oynayacağıq. Yəni ÇL-in himnini yenidən öz stadionumuzda eşidəcəyik. Bu, Berqamodakı insanlar üçün böyük bayramdı. Həm bugünkü oyunumuzla, həm də əsas mərhələdəki nəticələrimizlə qürur duya bilərik. Böyük səbirsizliklə növbəti oyunları gözləyəcəyik. Bu mövsüm üçün hədəfimiz nədi? Həm ÇL-i, həm də A seriyasını qazanmaq. Ümid edirəm ki, bu cavabım sizi xoşbəxt edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Fevral 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri