Icma.az
close
up
RU
Dinc insanlara qarşı amansız hərbi cinayət

Dinc insanlara qarşı amansız hərbi cinayət

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

20 Yanvar faciəsindən 36 il ötür

Ötən əsrin doxsanıncı illərinin əvvəlində XX yüzillikdə ikinci dəfə müstəqilliyini bəyan etməsi Azərbaycan xalqının tarixi nailiyyətidir. Müstəqilliyə, öz taleyimizin sahibi olmağa gedən yolumuz isə asan olmayıb. Bədxahlarımız bizə maneə olmaq üçün dəridən-qabıqdan çıxıblar, min cür məkrli planlar qurublar. Bu yolda faciələrlə üzləşmişik, şəhidlər vermişik. Həmin faciələrdən birini də tarixin bu günündə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə yaşamışıq. O məşum gecədə Bakının küçələri şəhidlərin qanı ilə sulandı, qərənfillər ağladı. Artıq qanlı 20 Yanvar faciəsindən bizi 36 il ayırır. Ancaq 20 Yanvar tariximizin yalnız kədər deyil, həm də ləyaqət və milli qürur səhifəsidir.

Generalların xüsusi qəddarlıqla həyata keçirdikləri əməliyyat

İmperiya qüvvələrinin Bakıda törətdikləri məlum qırğınları sadəcə bir gecənin faciəsi kimi dəyərləndirmək doğru olmazdı.  1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. O da təkzibolunmaz faktdır ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni əsilli zabit və əsgərlər, həmçinin hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.

Bütün bunlar məkrli mətləblərdən xəbər verirdi.  “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə müvafiq fərman imzalandığı andan bu barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin Bakıda fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridilib. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçiririblər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Kütləvi insan qırğını törədildikdən sonra - yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyətin tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verib. Halbuki yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilib, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülüb.

Bakı ilə paralel şəkildə, respublikanın bölgələrində də qırğınlar törədilib. Ümumilikdə Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs olunub. Bu, dinc insanlara qarşı törədilən qanlı hərbi cinayət idi.

Heydər Əliyev xalqı tək qoymadı

Həmin dövrdə faciə yaşayan Azərbaycan tək qalmışdı. Keçmiş ittifaq rəhbərliyi yerli kosmopolit məmurlarla birlikdə respublikamızın ətrafında, sözün əsil mənasında, informasiya çəpəri çəkmişdi.

Belə ağır məqamda o dövrdə keçmiş ittifaqdakı bütün vəzifələrindən uzaqlaşdırılsa da, Moskvada yaşayan Heydər Əliyev bir milli mücadilə nümunəsi ortaya qoydu. O, faciənin ertəsi günü hədə-qorxulara, təhdidlərə məhəl qoymayaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və Bakıda baş verənlərlə bağlı informasiya blokadasını yarıb, bütün dünyaya bir sıra mesajlarını çatdırıb. Doğma xalqı ilə bir yerdə olduğunu bildirən Heydər Əliyev Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya yabançı, humanizmə və respublikada elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addım kimi dəyərləndirib və  günahkarların  cəzalandırılmasını tələb edib.

Faciəyə hüquqi-siyasi qiymət verilməsi

Müstəqilliyimizin ilk illərində Azərbaycanın siyasi hakimiyyətində müxtəlif qüvvələr təmsil olunsalar da, onların heç biri 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verməyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə insanları meydanlara səsləyən “liderlər”in bir çoxu 1992-ci ilin yazında respublikada qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarında təmsil olunurdular. Təəccüblüdür ki, onlar da 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi təşəbbüsü ilə çıxış etməyiblər.

Yalnız Heydər Əliyevin səyləri sayəsində 20 Yanvar faciəsi özünün hüquqi-siyasi qiymətini alıb. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verib. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Heydər Əliyev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə  ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilib. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra Onun qətiyyətli siyasi iradəsinə uyğun olaraq 20 Yanvar faciəsi ilə bağlı mühüm sənədlər imzalanıb. O cümlədən sabiq Prezident Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı fərman verib. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırıb. Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edilib. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə siyasi-hüquqi qiymət verilib.

Tariximizdə əbədi qalacaq qələbələr

Bu gün Vətənin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu şaddır. Havadarlarının dəstəyinə arxalanan Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərindən başladığı işğalçılıq siyasətini üç onillik ərzində davam etdirməyə nail olub, ərazilərimizin 20 faizi işğal altında qalıb. Xalqımız bu işğal faktı ilə barışa bilməzdi və barışmadı da. 2003-cü ildə xalqın etimadını qazanaraq dövlət başçısı seçilən İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı ərazilərimizin işğaldan azad olunmasına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və suverenliyimizin bərpası. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü sayəsində Zəfərlə sona çatdı. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu bütünlüklə kapitulyasiyaya məruz qoydu. Müharibənin nəticələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü hərbi-siyasi yolla təmin edildi.

2023-cü il sentyabrın 19-da başlayan antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünün və hərbiçilərimizin peşəkarlığının növbəti təzahürü oldu. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyimiz tam bərpa edildi. Hazırda Xankəndi və Xocalı da daxil olmaqla ölkəmizin bütün ərazisində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Şanlı zəfərlərimiz tariximizdə əbədi qalacaq!

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Yanvar 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri