Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Dindirmə zamanı özünüzü necə aparmalısınız? Vəkil Məsləhəti

Dindirmə zamanı özünüzü necə aparmalısınız? Vəkil Məsləhəti

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dindirmə zamanı hüquqlarınızı düzgün şəkildə qorumağı bacarmaq istintaqın gedişatını düzgün yönləndirmək və gələcəkdə özünüzü müdafiə etmək üçün son dərəcə vacibdir. Aşağıda dindirmə zamanı necə davranmalı, hansı hüquqlardan istifadə etməli və hansı taktikalara riayət etməli olduğunuz barədə vəkil məsləhətləri təqdim olunur.

Vəkil ilə əlaqə  qurun  və hüquqi  yardım  alın:

Dindirmə zamanı ən vacib addım vəkilin hüquqi yardımından istifadə etməkdir.

Konstitusiyamızın 62-ci maddəsi hər kəsə hüquqi yardım  almaq hüququ verir və bu dindirmə zamanı da keçərlidir. Əgər siz vəkilin hüquqi yardımı ilə təmin olunmamısınızsa, bu hüququnuzu tələb edin.Əgər vəkiliniz varsa: Müqavilə bağladığınız vəkilin dəvət olunmasını   tələb edin.

    Əgər vəkiliniz yoxdursa: Ailənizə və ya dostlarınıza müraciət edərək, onların sizin üçün vəkil tapmalarını və ya sizə hüququ yardım göstərilməsi üçün  müqavilə bağlamalarını istəyin. Dindirmə və ya sorğu başlamazdan əvvəl vəkilin sizin yanınıza gəlməsini gözləyin.

Özünüzə və yaxınlarınıza  qarşı  ifadə  verməkdən  imtina  edin:

Hər bir şəxsə özünə və yaxınlarına qarşı ifadə verməkdən imtina etmək hüququ verilir.

Dindirmə zamanı sizə verilən suallara cavab vermək istəmədikdə, bu hüququnuzdan istifadə edərək özünüzü müdafiə etmək vacibdir.Məsələn, konkret bir şəxslə necə tanış olduğunuz, işiniz və ya vəzifələriniz barədə suallar verildikdə, bu məlumatlar şəxsi həyatınıza aid olduğundan, ifadə verməkdən imtina edə bilərsiniz.

Dindirmə zamanı  hüquqlarınız:

Özünüzə qarşı ifadə verməkdən imtina etmək hüququnuz var. Yaxınlarınıza qarşı ifadə verməkdən imtina etmək hüququnuz var Sorğuda və dindirmədə  iştirak  etməkdən  imtina  edin

Cinayət-Prosessual Məcəllənin tələbinə əsasən yalnız  şahid olaraq çağırıldığınız halda ifadə verməkdən imtina edə bilməzsiniz.Əgər siz şahid deyilsinizsə və sorğu əməliyyat-axtarış fəaliyyətləri çərçivəsində aparılırsa,  sorğuda iştirak etməkdən imtina edə bilərsiniz.

Buna görə də, sizi dindirməyə çağıran şəxslərdən və ya orqanlardan soruşun:

Hansı statusda dəvət edilirsiniz? Əgər şahidsinizsə və dindirmə Cinayət-Prosessual Məcəllə çərçivəsində aparılırsa, yenə də  özünüzə və yaxınlarınıza qarşı ifadə verməmək hüququndan istifadə edə bilərsiniz. Əgər şahid deyilsinizsə və sadəcə sorğu aparılırsa, heç nə deməmək hüququnuz var. Şifrə və məlumatları  açıqlamamaq:

Telefonlarınızın, kompüterlərinizin, elektron poçt hesablarınızın və sosial şəbəkə hesablarınızın şifrələrini hüquq-mühafizə orqanlarına təqdim etməkdən imtina etmək hüququnuz var.

 Bu hüquq, birbaşa özünüzə qarşı ifadə verməmək hüququnuzdan  irəli gəlir. Şifrələrlə qorunan məlumatlar şəxsi həyatınıza aid olduğu üçün bunları hüquq-mühafizə orqanlarına açıqlamaq məcburiyyətində deyilsiniz.

   Hüquq-mühafizə orqanları sizdən şifrəni istəyə bilər, lakin bununla bağlı məlumat verməmək və şifrələri qorumaq hüququnuz olduğunu unutmayın.

Sualara tələsmədən  cavab  verin, aydın danışın:

Dindirmə zamanı verəcəyiniz cavablar son dərəcə vacibdir. Əgər  cavabınız yanlış başa düşülsə, sizin lehinizə deyil, ziyanınıza işləyə bilər.

Cavab verməyə tələsməyin. Sualları yaxşıca oxuyun, və yalnız düşündükdən sonra cavab verin. Yalnız soruşulan məlumatı verin. Uzun-uzadı izahlar verməkdən çəkinin, çünki bu, hüquq-mühafizə orqanlarının sizdən istəmədiyiniz  məlumatları əldə etmələrinə səbəb ola bilər. Sadə və dəqiq cavab verin. Cavablarınız qısa və konkret olmalıdır. Düşünmədən cavab verməyin. Əgər sual sizə uyğunsuz gəlirsə, cavab verməkdən çəkinin və ya heç bir cavab verməyin. Hər hansı bir suala cavab vermək məcburiyyətində olmadığınızı xatırlayın. Sənədləri diqqətlə  oxuyun  və düzəldin:

Dindirmə zamanı tərtib edilən protokollar və sənədlər çox vacibdir.

Əgər sənədlərdə səhv və ya əskiklik varsa, onları dərhal düzəldin. Sənədlərdə özünüzə aid məlumatların  düzgün şəkildə əks olunmasını yoxlayın.

Protokola düzəlişlər edin. Əgər protokolda nə isə səhf  yazılıbsa, düzəliş edin və ya bu düzəlişi qeyd edərək imzalayın. Sizdən tələb olunan  məlumatı düzgün şəkildə qeyd edin. Əgər hər hansı bir detala toxunulmayıbsa, bu barədə qeyd edin. Hüquqi yardımı tələb etməyinizi qeyd edin. Əgər  siz vəkil istəmisiniz , lakin sizə vəkil təqdim olunmayıbsa  , bunu protokolda qeyd edin. Yadda saxlayın:

Dindirmə zamanı hüquqlarınızı qorumaq və istintaqın düzgün aparılmasını təmin etmək üçün soyuqqanlı və diqqətli olmalısınız.

Emosiyalarınızı idarə etmək çətin ola bilər, amma soyuqqanlılıq sizin üçün  hər zaman  faydalıdır. Əgər , hüquqlarınızın pozulmasını  ya prosesin  düzgün aparılmamasını hiss etsəniz, dərhal hüquqi yardım   üçün vəkilə müraciət edin.

Unutmayın!

Dindirmə və istintaq prosesi zamanı hüquqlarınızı düzgün qorumaq və prosesi doğru yönləndirmək vacibdir. Vəkil köməyindən istifadə etmək, hüquqi səhvlərin qarşısını almaq və hüquqlarınızı düzgün müdafiə etmək üçün ən doğru yanaşmadır. Unutmayın, hüquqi mübarizənizdə sizin tərəfinizdə olan ən vacib şəxs vəkilinizdir!

İlhamə Həsənova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2026 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri