Icma.az
close
up
RU
Dindirmə zamanı özünüzü necə aparmalısınız? Vəkil Məsləhəti

Dindirmə zamanı özünüzü necə aparmalısınız? Vəkil Məsləhəti

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Dindirmə zamanı hüquqlarınızı düzgün şəkildə qorumağı bacarmaq istintaqın gedişatını düzgün yönləndirmək və gələcəkdə özünüzü müdafiə etmək üçün son dərəcə vacibdir. Aşağıda dindirmə zamanı necə davranmalı, hansı hüquqlardan istifadə etməli və hansı taktikalara riayət etməli olduğunuz barədə vəkil məsləhətləri təqdim olunur.

Bununla bağlı vəkil İlhamə Həsənovanın təqdimatında Moderator.az-ın  "Vəkil məsləhəti" rubrikası təqdim edir: 

1. Vəkil ilə əlaqə qurun və hüquqi yardım  alın:

Dindirmə zamanı ən vacib addım vəkilin hüquqi yardımından istifadə etməkdir.

Konstitusiyamızın 62-ci maddəsi hər kəsə hüquqi yardım  almaq hüququ verir və bu dindirmə zamanı da keçərlidir. Əgər siz vəkilin hüquqi yardımı ilə təmin olunmamısınızsa, bu hüququnuzu tələb edin.

Əgər vəkiliniz varsa: Müqavilə bağladığınız vəkilin dəvət olunmasını tələb edin.

Əgər vəkiliniz yoxdursa: Ailənizə və ya dostlarınıza müraciət edərək, onların sizin üçün vəkil tapmalarını və ya sizə hüququ yardım göstərilməsi üçün  müqavilə bağlamalarını istəyin. Dindirmə və ya sorğu başlamazdan əvvəl vəkilin sizin yanınıza gəlməsini gözləyin.

2. Özünüzə və yaxınlarınıza  qarşı  ifadə  verməkdən  imtina  edin:

Hər bir şəxsə özünə və yaxınlarına qarşı ifadə verməkdən imtina etmək hüququ verilir.

Dindirmə zamanı sizə verilən suallara cavab vermək istəmədikdə, bu hüququnuzdan istifadə edərək özünüzü müdafiə etmək vacibdir.

Məsələn, konkret bir şəxslə necə tanış olduğunuz, işiniz və ya vəzifələriniz barədə suallar verildikdə, bu məlumatlar şəxsi həyatınıza aid olduğundan, ifadə verməkdən imtina edə bilərsiniz.

 Dindirmə zamanı  hüquqlarınız:

•Özünüzə qarşı ifadə verməkdən imtina etmək hüququnuz var.

•Yaxınlarınıza qarşı ifadə verməkdən imtina etmək hüququnuz var

3. Sorğuda və dindirmədə  iştirak  etməkdən  imtina  edin

Cinayət-Prosessual Məcəllənin tələbinə əsasən yalnız  şahid olaraq çağırıldığınız halda ifadə verməkdən imtina edə bilməzsiniz.

Əgər siz şahid deyilsinizsə və sorğu əməliyyat-axtarış fəaliyyətləri çərçivəsində aparılırsa,  sorğuda iştirak etməkdən imtina edə bilərsiniz.

Buna görə də, sizi dindirməyə çağıran şəxslərdən və ya orqanlardan soruşun:

•Hansı statusda dəvət edilirsiniz?

•Əgər şahidsinizsə və dindirmə Cinayət-Prosessual Məcəllə çərçivəsində aparılırsa, yenə də  özünüzə və yaxınlarınıza qarşı ifadə verməmək hüququndan istifadə edə bilərsiniz.

• Əgər şahid deyilsinizsə və sadəcə sorğu aparılırsa, heç nə deməmək hüququnuz var.

4. Şifrə və məlumatları  açıqlamamaq:

Telefonlarınızın, kompüterlərinizin, elektron poçt hesablarınızın və sosial şəbəkə hesablarınızın şifrələrini hüquq-mühafizə orqanlarına təqdim etməkdən imtina etmək hüququnuz var.

  Bu hüquq, birbaşa özünüzə qarşı ifadə verməmək hüququnuzdan  irəli gəlir. Şifrələrlə qorunan məlumatlar şəxsi həyatınıza aid olduğu üçün bunları hüquq-mühafizə orqanlarına açıqlamaq məcburiyyətində deyilsiniz.

    Hüquq-mühafizə orqanları sizdən şifrəni istəyə bilər, lakin bununla bağlı məlumat verməmək və şifrələri qorumaq hüququnuz olduğunu unutmayın.

5. Sualara tələsmədən  cavab  verin, aydın danışın:

Dindirmə zamanı verəcəyiniz cavablar son dərəcə vacibdir. Əgər  cavabınız yanlış başa düşülsə, sizin lehinizə deyil, ziyanınıza işləyə bilər.

•Cavab verməyə tələsməyin. Sualları yaxşıca oxuyun, və yalnız düşündükdən sonra cavab verin.

•Yalnız soruşulan məlumatı verin. Uzun-uzadı izahlar verməkdən çəkinin, çünki bu, hüquq-mühafizə orqanlarının sizdən istəmədiyiniz  məlumatları əldə etmələrinə səbəb ola bilər.

•Sadə və dəqiq cavab verin. Cavablarınız qısa və konkret olmalıdır.

•Düşünmədən cavab verməyin. Əgər sual sizə uyğunsuz gəlirsə, cavab verməkdən çəkinin və ya heç bir cavab verməyin. Hər hansı bir suala cavab vermək məcburiyyətində olmadığınızı xatırlayın.

6. Sənədləri diqqətlə  oxuyun  və düzəldin:

Dindirmə zamanı tərtib edilən protokollar və sənədlər çox vacibdir.

Əgər sənədlərdə səhv və ya əskiklik varsa, onları dərhal düzəldin. Sənədlərdə özünüzə aid məlumatların  düzgün şəkildə əks olunmasını yoxlayın.

•Protokola düzəlişlər edin. Əgər protokolda nə isə səhf  yazılıbsa, düzəliş edin və ya bu düzəlişi qeyd edərək imzalayın.

•Sizdən tələb olunan  məlumatı düzgün şəkildə qeyd edin. Əgər hər hansı bir detala toxunulmayıbsa, bu barədə qeyd edin.

•Hüquqi yardımı tələb etməyinizi qeyd edin. Əgər  siz vəkil istəmisiniz , lakin sizə vəkil təqdim olunmayıbsa  , bunu protokolda qeyd edin.

7. Yadda saxlayın:

Dindirmə zamanı hüquqlarınızı qorumaq və istintaqın düzgün aparılmasını təmin etmək üçün soyuqqanlı və diqqətli olmalısınız.

Emosiyalarınızı idarə etmək çətin ola bilər, amma soyuqqanlılıq sizin üçün  hər zaman  faydalıdır. Əgər , hüquqlarınızın pozulmasını  ya prosesin  düzgün aparılmamasını hiss etsəniz, dərhal hüquqi yardım   üçün vəkilə müraciət edin.

Nəticə

Dindirmə və istintaq prosesi zamanı hüquqlarınızı düzgün qorumaq və prosesi doğru yönləndirmək vacibdir. Vəkil köməyindən istifadə etmək, hüquqi səhvlərin qarşısını almaq və hüquqlarınızı düzgün müdafiə etmək üçün ən doğru yanaşmadır. Unutmayın, hüquqi mübarizənizdə sizin tərəfinizdə olan ən vacib şəxs vəkilinizdir!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Dekabr 2024 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri