Dinə etiqad, yoxsa nə? İlahiyyatçıları çaş baş salan məqamlar...
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan olunur.
Bu məsələ yeni hazırlanan "Uşaq hüquqları haqqında" Qanun layihəsində əks olunub. Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər.
Qeyd olunub ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.
Sənəddə bildirilib ki, yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.
Uşaqların dinə etiqad etməyə məcbur olunması deyəndə nə nəzərdə tutulur? Bu proses hansı formalarda həyata keçirilir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, Quranın “Bəqərə” surəsinin 256-cı ayəsində dində məcburiyyətin olmadığı xüsusi vurğulanır. Bu məsələnin yeni qanunla necə tənzimlənəcəyi ona da maraqlıdır:
“Çünki valideynlərin övladlarını müəyyən yaşa qədər öz dini etiqadlarına uyğun tərbiyə etmələri beynəlxalq hüquqda öz əksini tapan məsələdir. Qanun layihəsi ilə əlaqəli olaraq ortaya çıxan bəzi suallarımı qeyd etmək istərdim.
Uşaqların dinə etiqad etməsi və ya dinsizliyə məcbur edilməsi necə əsaslandırılacaq?
Bunun üçün uşaqlar özlərimi şikayət etməlidirlər? Bu barədə məktəbdə müəllimlərəmi müraciət edəcəklər? Yoxsa polisə zəng edərəkmi bu barədə məlumat verəcəklər? Birinci bunları müəyyənləşdirmək lazımdır.
İkincisi, uşaqlar valideynlərinə uyğun olaraq, valideynlərin zərərli qruplaşmaların üzvü olmalarından qaynaqlanan etiqadları necə müəyyənləşdiriləcək?
Uşaqlar da həmin zərərli düşüncələrlə “könüllü” olaraq yetişdirilərsə, uşaqlar tərəfindən də bu qəbul edilərsə, məsələnin öhdəsindən necə gəlinəcək?
Bundan başqa, dini etiqad deyiləndə nə nəzərdə tutulur?
Bu gün ölkədə rəsmi və ya qeyri-rəsmi dini etiqad varmı? Yoxsa bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ya Qafqaz Müsəlmanları İdarəsinin fikirlərimi əsas alınacaq? Bəs ordakıların fikirləri yanlışdırsa, bu işin içindən necə çıxılacaq?
Məsələn, Əfqanıstanda mövcud rəsmi dini etiqadla Quranda bildirilənləri eyniləşdirmək mümkündürmü? Bu məsələdə, ümumiyyətlə, övladlarımızı edəcəyimiz hansısa təzyiq sabah onların öz ayaqları dayanmalarından sonra fərqli baxışlara gətirib çıxaracaq.
Gənclər dindən yorulacaq və din yorğunluğu onları alternativlərə müraciət etmələrinə səbəb olacaq”. İlahiyyatşı bildirib ki, övladlarımızı gözəl insan olmağa yetişdirməyə çalışmalıyıq:
“Əqlindən və dilindən insanlığa faydalı sərbəst vətəndaş olaraq yetişdirməliyik. Onlar bu münasibətin nəticəsi olaraq doğru olanı seçəcəklər”. İlahiyyatçı Tural İrfan isə bildirib ki, dini tərbiyə adı altında çox zaman uşaqlar istismar olunur:
“Əksər hallarda uşaqları radikal dini inanclı valideynləri öz inandıqları əqidəyə, ibadətə və həyat tərzinə məcbur edirlər.
Bu, dində də doğru qəbul olunmur. Çünki insan tam həddi-buluğa çatandan sonra öz arzusu ilə könüllü olaraq hansısa əqidəyə, dinə, inanca sahib ola bilər. Uşaqları sadəcə düz istiqamətə yönəltmək, təşviq etmək olar.
Lakin məcbur etmək olmaz. Dini tərbiyə adı altında çox zaman uşaqlar istismar olunur, məcburi şəkildə hicaba, sinə vurmağa məcbur edilir ki, bu da uşaqların həm psixologiyasına, həm də fiziki sağlamlığına ciddi zərbə vurur. Xarici dini təsirlərdə olanlar uşaqları qabağa verərək müəyyən ayin və tədbirlərdə onlardan sui-istifadə edirlər”.
O qeyd edib ki, ümumiyyətlə, insan dini mükəlləfiyyətə həddi-buluğa çatandan sonra məsul olur:
“Öz ağlı ilə müstəqil qərar vermək qabiliyyətinə çatana qədər uşaqları nəyəsə inanmağa, yaxud inanmamağa məcbur etmək dini cəhətdən günah, qanuni cəhətdən də cinayətdir”. İlahiyyatçı yeni qanunu təqdir edir:
“Düşünürəm ki, bu qanun bizim mənəvi dəyərlərə hörmətdən yaranır, zəruri ehtiyacdan ortaya çıxır və uşaqların din pərdəsi altında istismar olunmasının qarşısını alır.
Yaxşını pisdən tam ayıra bilməyən uşaqların məcburi şəkildə hansısa inanca yönəldilməsinin qarşının alınması həm də dini dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Çünki dinin əsli, təhrif olunmamış mahiyyəti də bunu deyir. Din insan azadlığını məhdudlaşdırmır, əksinə, ona sərbəstlik verir.
Lakin təəssüf ki, tarix boyu dinləri təhrif ediblər və insanlar öz şəxsi maraq və mənafeləri, siyasi ambisiyaları üçün dinləri məzhəblərə bölüb, təhrif edib, xurafat, siyasət qatıblar”. İlahiyyatçı əlavə edib ki, nəticədə qadınlar hüquqlarından məhrum olub:
“Lakin ölkəmizdə qəbul edilən qanunların dinimizə, mənəvi dəyərlərə də önəm verib nəzərə alması baxımından demək olar ki, bu qanun da dinin mötədil əməllərinə qayıdışın tərkib hissəsidir. Uşaqlar elmə, təhsilə yönəldilməlidir.
Dini inanc barədə seçimi isə tam müstəqil qərar vermək yaşına çatanda, kənar təsirlər olmadan müəyyən etməlidirlər. Bu zaman o şəxslərin inancı da müstəqil, sağlam və düşünülmüş olacaq”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: dini etiqad Elşad Miri Tural İrfan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 28 Yanvar 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















