Icma.az
close
up
RU
Dini dəyərlərlə gizlənən ideoloji işğal

Dini dəyərlərlə gizlənən ideoloji işğal

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Cəmiyyətimiz nağıla, rəvayətə çox meyllidir. Ciddi, elmi, fəlsəfi çıxışı beş adam alqışlayırsa, rəvayəti, nağılı, əfsanəni on min adam alqışlayır. Məkrli düşmənin ideoloji institutları da bunu analiz edərək xalqın psixologiyasının tempini tutublar. Qumdan nəşət tapan həşşaşilik də məhz ölkəmizdə dini camiəni nağıllarla nəşələndirir. Cənub qonşumuz müsəlman ölkələrini təkcə narkotiklə zəhərləmir, eyni zamanda nağıl, uydurma hədis, saxta rəvayət narkotiki ilə də beyinləri zəhərləyir. Canı, qanı narkotiklə zəhərlənmiş adamların bəzisini müəyyən müddət reabilitasiya edib sağaltmaq, cəmiyyətə inteqrasiya etdirmək olur. Ancaq beyni, düşüncəsi, həyata baxışı Qum nağılları ilə zəhərlənmiş adamı isə qaytarmaq çox çətindir. Çünki bu narkotik o birindən daha təhlükəli, daha zərərli və asılılıqda saxlamaq qabiliyyəti daha yüksəkdir.

Həsən Səbbah Qəzvində Ələmut qalasında Hindistandan gətirtdiyi müxtəlif növ narkotikləri istehsal edərək fədailər, dailər yetişdirir həm də onların beynini nağıllarla, əfsanələrlə, bəşəriyyət üçün zəhərli ideoloji ilə doldururdu. Nəhayət onları canavara, ilana, əqrəbə çevirib türk, müsəlman ziyalıların, alimlərin, dövlət adamlarının üstünə göndərirdi. Həsən Səbbah Qumda doğulmuşdu... 

Fars şüubiyyəsinin təbliğat metodu və ideologiyasının əsas ana xəttini insanı olduğu yapıdan çıxarmaq və iki yöndə təsir altına salmaq təşkil edir. Birinci, narkotiklə bədənini zəhərləmək, süstləşdirib təbliğata, nağıllara qulaq asmaq üçün ram etmək. Sonra isə əsl narkotiki, yəni terrorçu məfkurəni, vəhşiliyi, manqurtluğu onun beyninə nüfuz etdirmək. Yəni, insan narkotikin təsirindən haçansa ayıla bilər, amma beyinə yeridilmiş, düşüncəyə xal salmış ideoloji - narkotikin təsirindən heç vaxt çıxa bilmir.

Bax, din, məzhəb adı ilə ölkəmizə ixrac edilən zəhərli ideolojinin narkotiklə paralel gətirilməsinin fəlsəfəsi budur. Bu, Həsən Səbbahın metodudur. Əsəd rejimi çökəndə molla rejimi ilə Əsədin qardaşı Mahirin şərikli narkotik istehsalı zavodları aşkarlandı. Beynəlxalq təşkilatlar onunla bağlı uzun müddət Suriyada araşdırma apardı, digər ölkələrə edilən ixracın miqyası hələ də araşdırılır. Hətta Dəməşqdə Həzrət Əlinin qızı Həzrət Zeynəbin hərəmgahı adı ilə məşhur olan ziyarətgahın zirzəmisindən tonlarla spirtli içki və narkotik vasitələr tapıldı, nümayiş etdirildi. İçkilərin guya Rus əsgərlərinə aid olduğu deyilsə də mahiyyəti etibarı ilə bu, dini dəyərləri ayaq altına almaq idi.

Batini şüubiyyəsinin zəhərli, parçalayıcı, dağıdıcı ideolojisinin yeridilməsi üçün xüsusi modellər, metodologiyalar var. Batinilkdəki "İmami - natiq", "İmami - samit" doktrinasına görə ideolojinin təbliğatı iki paralel qaydada aparılır. Biri danışan, radikal, siyasi, ictimai yöndə özünü önə verən, yeri gələndə həbs edilən lider; biri də susqun, "elmi", "dini" maarifləndirmə aparan, batinilik təfəkkürünü cəmiyyətin iliyinə xas metodlarla yeridən "lider".

Buna dəlil olaraq məxfi batini məxəzlərində açıqlanır ki, Peyğəmbər dövründə o özü İmami- natiq, yəni aktiv lider idi, lakin İmam Əli samit, yəni susqun lider idi. Peyğəmbər vəfat edəndən sonra İmam Əli natiq, aktiv liderə çevrildi, onun samit, yəni susqun İmamı da İmam Həsən oldu. Beləcə bu silsiləni, Əhli Beyti istismar edərək inandırıcı olsun deyə bu yolla təbliğ etdilər. İmamlardan sonra da onların təmsilçiləri, naibləri beləcə natiq və samit imam silsiləsini öz timsallarında davam etdirdilər. Halbuki İslamda belə bir qayda, üsul, doktrina yoxdur. Bu, sadəcə İslam donunda avam kütləyə təqdim olunan fars, Sasani şüubiyyəsinin siyasi, ideoloji təlimidir.

Diqqət edirsinizsə Qumda yetişdirilib ölkəmizə ixrac edilən qruplar da eynilə bu iki paralel xətt üzrə fəaliyyətdədirlər. Bir qrup "natiq"dir, danışır, qarışdırır, siyasətə müdaxilə edir, dövlətə qarşı baş qaldırır, təşkilatlar təsis edir, narkotik ticarətini latent yollarla nəzarətdə saxlayır... Digər qrup isə "samit", susqun dəstədir. Bunlar təqiyyə, özünü, əsl əqidəsini gizlin tutaraq işləyirlər. Hətta özlərini elə gizlədə bilirlər ki, zahiri davranışlarına görə onların din xadimi kimi fəaliyyəti də diqqətdən yayınır. Guya dindar, ilahiyyatçıdırlar, guya psixoloq, kitabçı, maarifçi, hətta filosofdurlar... Guya sadəcə məzhəb təmsilçisidirlər. Amma əslində aktiv olan digər qrup, "natiq" lider üçün zəmin, alt yapı hazırlamaqla görəvlidir. Çünki birinci qrupun istifadə etdiyi "kadrlar"ı bu qrup yetişdirir, hazırlayır, sonra ikinciyə təhvil verir. 

Sanki 10 illik bir məktəbin 5 sinfinə "samit"lər dərs deyir, ibtidai təməlləri beyninə yeridir, sonra isə dailəri, fədailəri, "aşiqlər" i "natiqlər"ə ötürür... 

"Samit"lər özlərini vətənpərvər, şəhidlərə hörmətçil, dəyərlərə sayğılı göstərməklə cəmiyyətin hər təbəqəsindən tərəfdar toplamağı hədəf seçiblər. Çox zaman sosial şəbəkələrdə hissə qapanıb təqiyyədən kənara çıxaraq söyüş və təhqirlə iç üzlərini açsalar da başqa yerlərdə özlərini məharətlə gizlədə, zənni yanılda bilirlər.

Əhalinin yaralı yerinə toxunmaqla, sosial cəhətdən həssas təbəqənin hisslərini istismar etməklə, vaxtilə hind filmlərinə baxıb kövrələn sadəlövh kütləni hind musiqisi üstündə oxunan mərsiyyələrlə, yeri gələndə ağlamaq, sızlamaqla, əzizini itirmiş ailələrin vəfat edənlərini yada salıb nohələr söyləməklə iliyinə qədər işləyirlər. Bu, o şəbəkədir ki, orta əsrlərdən bəri formalaşmış özünəməxsus, xüsusi kəşfiyyat, əks - kəşfiyyat sistemi var. Bu gün bu sistem vatsap qrupları və başqa yollarla davam edir. Siyasi, dini qanadları var. Hələ orta əsrlərdə yağ satan, bal satan, ətir satan, bərbər cildində bütün müsəlman aləmini bürümüşdülər. Bu, metoddan indi də istifadə edilir. Xilafətin, Əyyubilərin, Səlcuqluların hətta sarayına qədər irəliləmişdilər. Həsən Səbbahın hətta elə agentləri vardı ki, 20 ildən artıq özünü gizlədib sultanın sarayında hörmət də qazanmışdı.

Əhalinin inancını, həssas damarını istismar edərək illərlə gizli fəaliyyət göstərirlər. Necə ki, orta əsrlərdə adamları zəhərləmək üçün xüsusi maddəni çox zaman bala, şərbətə qatıb içirirdilər. Batini, şüubiyyənin metodu da bütün müsəlmanların xüsusi sevgisinin olduğunu nəzərə alaraq zəhəri Əhli Beytin adı ilə içirməkdir. İçinə zəhər qatıldığını bilmədiyin bir kuzə suyu sənə təqdim edib desələr ki, bunu İmam Əli, İmam Hüseyn yollayıb, al iç. Suya meylin olmasa da məhz İmamın adı ilə bağlı olduğu üçün alıb içəcəksən. Və ciyərininin parçalanaraq yerdə çabaladığını seyr edən kinli fars şüubiyyəsinin əsl məqsədindən son nəfəsdə də xəbərin olmayacaq.

Peyğəmbər Əhli Beytini əsir və istismar edərək vaxtilə onların adlarına milyonlarla hədis, rəvayət uyduraraq dailəri, "aşiqləri" yoldan çıxarmaq üçün hətta bir-birinə zidd olan istənilən mövzuda "dəlil" qondarıblar. Elə bir baza yaradıblar ki, təsir altına düşən şəxs əsla vaz keçə bilməsin.

Bu şəbəkənin müasir formada inkişaf etməsinə bir qədər də vəhhabi, sələfi hərəkatı təkan verir. Çünki rəqabət yaradıblar. Bir - birinə qarşı mübarizə görüntüsündən istifadə edərək fikirlərini cəmiyyətə yeridirlər. Anti-təbliğatlarını əsl təbliğat metoduna çevirə biliblər. Hər iki cərəyan xalqımız, dövlətimiz üçün ciddən təhlükə mənbəyidir. Biri fars Əhəməni, Sasani ideolojisinin müasir təzahürü, digəri isə şovinist ərəb Əməvi ənənəsinin timsalıdır. Əski fars - ərəb rəqabətini, hətta düşmənçiliyini din pərdəsi altında, bu cərəyanlar vasitəsi ilə meydana sürüyüb xalqın beynini, mədəniyyətini, mənəviyyatını, milli ənənələrini zədələyirlər.

Bu məsələ barədə ciddi düşünməyə, vaxt itirmədən çıxış yolları tapmaqda ləngiməməyə böyük ehtiyac var. Sasani şüubiyyəsi və Əməvi şovinizminin din maskalı ideolojisi ölkəni başına götürməmiş önəmli qabaqlayıcı tədbirlər görülməlidir.

Tural İrfan,

İlahiyyatçı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyun 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see241

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Duma Ukrayna ilə danışıqları mümkün dondurulmasını müzakirə edib...

06 Dekabr 2025 05:28see119

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see119

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri