Icma.az
close
up
RU
Dini konfessiyaların rəhbərlərindən Prezidentə müraciət

Dini konfessiyaların rəhbərlərindən Prezidentə müraciət

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Globalinfo.az müraciəti təqdim edir:

“Möhtərəm cənab Prezident.

Cənabınızı salamlamaqdan, səmimi arzu və xeyir-dualarımızı Sizə yetirməkdən şərəf duyuruq.

Zati-aliləri, “Konstitusiya və Suverenlik İli” elan etdiyiniz 2025-ci ildə – Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığınız misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını Cənabınıza ifadə etməkdən böyük şərəf duyuruq. Sizin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulunuz zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onun tarixi əhəmiyyətini müəyyən edir.

Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz beynəlxalq müstəvidə Qələbəmizin manifestini dünyanın bir nömrəli siyasi ofisində bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Haqq-ədalət öz yerini tutdu, Azərbaycana qarşı qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sizin iştirakınızla nümayişkaranə şəkildə aradan qaldırılması Zati-alinizə olan ehtiram və etimadın təcəssümü, Sizin şəxsinizdə Azərbaycan dövlətinə edilən mühüm jest oldu. Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığın təməlinin qoyulması ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsi, siyasi, iqtisadi qüdrətinin artması yönündə həlledici amil olub, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

Möhtərəm cənab Prezident, Siz Azərbaycan xalqına dünyamiqyaslı daha bir Zəfər bəxş etdiniz, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə nail oldunuz. Uca Allah müqəddəs kitab olan “Qurani-Kərim”də buyurur: “Həqiqətən biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik”. (Fəth surəsi, 1). Uca Allah hər zaman Zati-alinizi zirvədə qərar versin!

Zati-aliləri, biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri hər zaman fəxr hissi duyuruq ki, Sizin beynəlxalq müstəvidə insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz, yüksəksəviyyəli dövlət-din münasibətləri sayəsində Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model kimi təqdir olunur. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir. Azərbaycanın dövlət başçısı olaraq hər zaman bölgədə sülh, əmin-amanlıq, iqtisadi tərəqqi və əməkdaşlıq ideyalarına sadiqliyiniz, bu istiqamətdə dəyərli səyləriniz, mükəmməl siyasi xəttiniz öz bəhrəsini verir. Əmin ola bilərsiniz, Azərbaycanın din xadimləri, bütün dindarlar hər zaman Zati-alinizin yanındadırlar, Sizin müdrik daxili və xarici siyasətinizi dəstəkləyirlər və duaları həmişə Sizinlədir.

Həmçinin oxuyun:

Prezidentə təbriklər davam edir

Zati-aliləri, Azərbaycan üçün daha bir misilsiz qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən Öndərimizin, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər Liderimizin səy və əməllərinə Ulu Rəbbimizdən rəvac diləyirik. Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri

ALEKSİY
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan yepiskopu

Yepiskop Vladimir FEKETE
Roma Katolik Kilsəsinin
Azərbaycandakı Apostol prefekturasının ordinarisi

Milix YEVDAYEV
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr ŞAROVSKİ
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert MOBİLİ
Alban-udi Xristian Dini İcmasının sədri

Zamir İSAYEV
Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri