Icma.az
close
up
RU
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollegiya iclası KEÇİRİLDİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollegiya iclası KEÇİRİLDİ

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə Redaktor.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

İclasda kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

Dövlət Komitəsinin kollegiya sədri Ramin Məmmədov bildirib ki, 2024-cü ildə Azərbaycanda dini qurumların fəaliyyəti diqqət mərkəzində saxlanılıb, bu sahədə dövlət tərəfindən bir çox mühüm addımlar atılıb. Azərbaycan Prezidentinin 1 oktyabr 2024-cü il tarixli Fərmanı ilə “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Dini İşlər üzrə Dövlət Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin “Dini mənəvi xidmət” ixtisasına ilk dəfə tələbə qəbulu həyata keçirilib. Komitənin sifarişi ilə hazırlanmış “Nicat tapanlar”, “Həmişə bizimləsiniz!” filmləri və Baku TV-də yayımlanan “AMİN” verilişi geniş ictimaiyyətə təqdim olunub. “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu və Mərakeşdə ICESCO-nun mənzil-qərargahında “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans, “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı fotosərgi, Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilib. Dini qurumlarla iş sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə AMİN elektron xidmətlər və informasiya sistemləri portalının yaradılması ilə bağlı işlərə başlanılıb.

Ramin Məmmədov dövlət başçısının dini sahə ilə bağlı tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Kollegiya iclasında “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki qurumların 2024-cü ildə fəaliyyətinin yekunlarına dair” hesabatı təqdim edilib. Hesabat dövründə həyata keçirilən tədbir və layihələr, hazırlanan təhlillər və əldə olunan nəticələrlə bağlı statistik göstəricilər diqqətə çatdırılıb. Bildirilib ki, 2024-cü il ərzində 1 dini icma qeydiyyata alınıb, 6 dini icmanın qeydiyyatı ləğv olunub, 60 dini icmanın sənədlərində dəyişiklik edilib. İslam dininə aid ibadət yerləri və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə təşkil olunub, din xadimlərinin attestasiyası keçirilib. Dövlət Komitəsi tərəfindən ehtiyat kadr siyahısından 72 nəfər din xadimi təyin edilib. Bununla da müsahibə yolu ilə təyin olunmuş din xadimlərinin sayı 276 nəfərə (52 nəfər qadın, 224 nəfər kişi) çatıb.

Hesabat dövründə Ramazan ayı, Qurban bayramı və Məhərrəmlik mərasimləri zamanı vətəndaşların dini etiqad azadlığının təmin olunması, xurafat, mövhumat elementlərinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər, maarifləndirmə işləri həyata keçirilib. Ümumilikdə il ərzində Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə istiqamətində təxminən 45 000 nəfərin cəlb olunduğu 900-dən artıq tədbir təşkil edilib.

Dini fanatizm, radikalizm, ekstremizmin və dini siyasiləşdirmənin qarşısının alınması ilə bağlı 201, tolerantlıq, multikulturalizm, dinlərarası və məzhəblərarası yaxınlaşma ilə bağlı 56, milli-mənəvi dəyərlərin qorunması və gənclərə vətənpərvərlik ruhunun aşılanması ilə bağlı 90, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı 12, tarixi günlərlə bağlı 132, Ramazan bayramı ilə bağlı 28, Məhərrəm ayı ilə bağlı 60 tədbir keçirilib.

Hesabat dövründə ölkəyə idxal edilməsi məqsədilə rəy verilməsi üçün Komitənin Ekspertiza şöbəsinə təqdim edilmiş 3 906 adda dini məzmunlu ədəbiyyata baxılıb.

Komitənin beynəlxalq əlaqələrinin genişləndirilməsinin diqqətdə saxlanıldığı, Dövlət Komitəsi sədrinin rəhbərliyi ilə 12 xarici ölkəyə səfər çərçivəsində 40-a yaxın, Dövlət Komitəsində isə 25-dən çox xarici qonaqla görüş keçirildiyini deyib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun hesabat dövründə müvafiq istiqamətlərdə fəaliyyətini davam etdirdiyi, Fondun maliyyə dəstəyi ilə Ramazan ayında ölkəmizin bir sıra şəhər və rayonlarında iftar süfrələrinin təşkil olunduğu qeyd edilib.

Azərbaycan İlahiyyat İnstitutunda Ərəb dili kursunun fəaliyyətə başladığı, mübadilə proqramı çərçivəsində tələbələrin “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində, Türkiyədə İstanbul 29 Mayıs Universitetində təhsilini davam etdirdiyi vurğulanıb. İnstitutun professor-müəllim heyətinin və əməkdaşlarının 20-yə yaxın metodik vəsait, fənn proqramları və kitablarının nəşr olunduğu bildirilib.

İclasda Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin və tabeliyindəki qurumların 2024-cü ildə fəaliyyətinin yekunları barədə hesabat təqdim olunub. Hesabatda dini durumun öyrənilməsi, dini və məzhəb ayrı-seçkiliyi zəmnində baş verə biləcək halların qarşısının alınması istiqamətində profilaktik tədbirlər, din xadimləri üçün təkmilləşdirmə kurslarının nəticələri haqqında məlumat verilib. Dini xadimləri ilə görüşlərdə İslam dininin düzgün formada təbliği, yas mərasimlərinin idarə olunması istiqamətində müvafiq tövsiyələrin verildiyi, 60-dan çox maarifləndirmə tədbirinin keçirildiyi bildirilib.

Kollegiya iclasında “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatı, regional bölmələri və tabeliyində olan qurumların 2025-ci il üçün Fəaliyyət Planı” haqqında məruzə təqdim olunub. Bildirilib ki, sənəddə müxtəlif illərdə və fərqli istiqamətlərdə qəbul olunmuş dövlət proqramları, fəaliyyət planları, o cümlədən Komitə ilə digər dövlət qurumları arasında imzalanmış tədbirlər planları barədə məlumatlar əksini tapıb. Cari il ərzində Zaqatala, Qəbələ, Qusar, Lənkəran və Gəncə şəhərlərində 5 regional konfransın keçirilməsi nəzərdə tutulur.

Daha sonra AMİN (Azerbaijan Multicultural Information Network) elektron xidmətlər və informasiya sistemləri portalının təqdimatı olub.

Bildirilib ki, elektron xidmətlər və İnformasiya ehtiyatları altsistemindən ibarət olan AMİN portalı vasitəsilə vətəndaşlar dini qurumların qeydiyyatı, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması ilə bağlı müsahibə və din xadimlərinin attestasiyası üçün sənədlərin qəbulu, dini məzmunlu materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsi və digər elektron xidmətlərdən istifadə edə biləcəklər. İnformasiya altsistemi dini ibadətgahlar, dini icmalar, din xadimləri barədə məlumatları əldə etmək imkanı yaradacaq.

İclasda qəbiristanlıqların idarə olunması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq dövlət orqanları ilə aparılan məsləhətləşmələr və hazırlanmış təkliflər barədə məlumat verilib.

Daha sonra cari il ərzində keçirilməsi planlaşdırılan regional konfranslara hazırlıq, normativ hüquqi sənədlərin icrası, habelə gündəlikdə duran digər məsələlər barədə məruzələr dinlənilib. Aparılmış müzakirələr zamanı irəli sürülmüş rəy və təkliflər əsasında kollegiyanın gündəliyindəki məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Aprel 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri