Icma.az
close
up
RU
Dini və milli tolerantlığın Azərbaycan modeli

Dini və milli tolerantlığın Azərbaycan modeli

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Müasir dövrümüzdə tolerantlıq yalnız müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, həm də dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, 1995-ci il noyabrında keçirilmiş UNESCO-nun Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olunub.  Bu bəyannamədə “dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”, bununla yanaşı “dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır” fikirləri ifadə olunub.

Müasir anlamda tolerantlıq daha çoxşaxəli mahiyyət kəsb edir. Belə ki, tolerantlığın siyasi aləmlə yanaşı, iqtisadi inkişafa təsiri də qaçılmazdır. Tolerantlıq iqtisadi inkişafa üç yolla təsir edə bilər. Birincisi, tolerant münasibətin birbaşa yönəldiyi şəxs və ya qruplardan başqa digər qruplara təsir göstərə bilər. İkincisi, azlığa qarşı tolerant münasibətin həmin qrupun fəaliyyətinin məhsuldarlığına və innovativ potensialına müsbət təsir göstərə bilər. Üçüncüsü isə yeni ideya və dəyərlər yayıla bilər. Bu kontekstdə Qərb və Şərq sivilizasiyaları arasında əlaqələrin formalaşmasında önəmli rol oynayan Azərbaycanda mövcud olan dinlər və millətlərarası münasibətlər təkcə ölkə üçün deyil, eyni zamanda bütöv dünya üçün zərurətə çevrilib.

Azərbaycanda milli-dini tolerantlıqla, millətlərarası münasibətlərin yüksək səviyyədə formalaşması əsas hədəflərdən birinə çevrilib. Hətta prezident İlham Əliyev multikulturalizmin xalqımızın həyat tərzinə çevrilməsini çıxışlarında dönə-dönə önə çəkib:

"Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir. Ancaq əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür".

Dini və millətlərarası münasibətlərin Azərbaycanda hər zaman müdafiə edilən, qorunan ali dəyər olduğunu nəzərə alsaq, ölkəmizin dövlət-din və millətlərarası münasibətlər məsələləri ilə bağlı siyasəti müasir dünyada dini və milli zəmində baş verən münaqişələrin fonunda multikulturalizmin Azərbaycan modelinin xüsusi əhəmiyyət kəsb etməsi bütün dünya üçün böyük dəyərə malikdir. Ona görə də milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilib.

Azərbaycanın tolerant bir ölkə olması artıq heç kimdə şübhə doğurmur. Bəzi qüvvələr zaman-zaman bu birgəyaşayış prinsiplərini zədələmək istəsələr də, ona müvəffəq ola bilməyiblər.

Bütün hallarda ölkəmizdə dini və milli tolerantlıq millətlərarası münasibətlərin inkişaf etdirilməsinə necə təsir edir?

Çingiz Şahbazi: Dini savad və maarifləndirmə işləri məktəblərdənbaşlamalı, sistemli şəkildə gənclərə çatdırılmalıdır

Mövzu ilə bağlı politoloq Çingiz Şahbazi öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Azərbaycan dövlətçilik tarixində müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin bir arada yaşaması əslində təsadüfi hadisə deyil:

“Bu torpaqlar əsrlər boyu müxtəlif sivilizasiyaların, dini inancların və etnik qrupların qarşılaşdığı coğrafiya olub. İslam dini, xristianlıq, yəhudilik və digər mənəvi ənənələrin və mədəniyyətlərin izləri Azərbaycanın tarixi yaddaşında mövcud olub və bu gün də bu ənənə davam etməkdədir. Bu gün Azərbaycan özünü dünyaya tolerantlıq və multikulturalizm ənənələri ilə təqdim edən ölkələrdən biri kimi göstərir. Dövlət səviyyəsində müxtəlif dini icmaların fəaliyyətinə dəstək verir, kilsə, sinaqoq və məsçidlərin qorunmasını təmin edir. Dinlərarası dialoqun təşviqi və bu istiqamətdə beynəlxalq tədbirlərin keçirilməsinə imkan yaradır. Müxtəlif dini icmalara dövlət büdcəsindən maliyyə paketi ayrılır və bu yardım müsəlman, pravoslav, yəhudi, katolik və Alban-Udin dini icmalarını əhatə edir”.

Müsahibimiz qeyd edib ki, ölkəmiz bu istiqamətdə beynəlxalq platformalarda da fəallığı ilə diqqət çəkir.

“Artıq Bakı bir neçə dəfə dinlərarası və mədəniyyətlərarası dialoq üçün beynəlxalq forumlara ev sahibliyi edib. 2017-ci ildə Bakıda keçirilən 4-cü Dünya Mədəniyyətlər arası Diyaloq Forumunda 125 ölkəndən iştirakçıları Azərbaycan qəbul etdi və bu istiqamətdə uğurlar kifayət qədər çoxdur. Bütün bunlar onu göstərir ki, tolerantlıq mühiti Azərbaycanın milli təhlükəsizlik məsələsidir və millətlərarası münasibətlərdə sabitlik yalnız qanunların mövcudluğu ilə təmin edilməsi kifayət etmir. Bunun üçün cəmiyyətin daxilində hörmət, ədalət hissi və qarşılıqlı aidiyyət duyğusu olmalıdır. İnsan özünü ölkənin tamhüquqlu üzvü hesab edirsə, onun dini, etnik və mədəni mənsubiyyəti qarşıdurma mənbəyinə çevrilə bilməz. Əksinə ölkədə olan bu müxtəliflik dövlətin sosial kapitalına cevrilir. Bu baxımdan da tolerantlıq məsələsinə yalnız humanitar və mənəvi kateqoriya olaraq yanaşmaq doğru olmazdı və bu eyni zamanda milli təhlükəsizlik məsələsidir. Çünki son illərdə dünyada baş verənlər bunu deməyə bizə əsas verir”, - deyə Ç.Şahbazi əlavə edib.

Politoloq vurğulayıb ki, dini və etnik ayrıseçkilik, nifrət və şiddət dili sosial bərabərsizliyin etnik və ya dini kimliklə əlaqələndirilməsi cəmiyyətləri daxildən zəifdir və müxtəlif təbəqələr arasında etimad sarsıldıqda siyasi və sosial problemlər çox asanlıqla milli və dini qarşıdurma müstəvisinə keçə bilir:

“Azərbaycanın ən böyük üstünlüklərindən biri də məhz bu təhlükənin geniş miqyas almasına imkan verməyən tarixi birgə yaşayış mədəniyyətinin formalaşmasıdır. Əlbəttə bu istiqamətdə boşluqlar ola bilər, tolerantlıq bir tək bayramlarda təbrik etməklə bitməməlidir. Tolerantlıq anlayışını bir qədər də dərinləşdirmək mümkündür. Tolerantlıq insanın gündəlik həyatda fərqli olana münasibətində olması lazımdır. Bu baxımdan hər kəsin dözümlülük göstərməsi və fərqliliyi qəbul etməsi, hər bir vətəndaşın özünü bu ölkənin tamhüquqlu hissəsi hesab etməsi baxımından tolerantlığın əsas meyarı hesab edilə bilər. Əlbəttə ki, bu istiqamətdə Azərbaycanın qarşısında duran əsas vəzifələr və görüləsi işlər var. Dini savadsızlıq və dini stereotiplər, xüsusilə sosial şəbəkələrdə təhlükəli nəticələrin baş verməsində bu istiqamətdə xüsusi rol oynayırlar”.

Ç.Şahbazi hesab edir ki, dini savad və maarifləndirmə işləri məktəblərdən başlamalı və sistemli şəkildə gənclərə çatdırılmalıdır. Konkret olaraq bu məsələlər institutlaşmalıdır desək, daha doğru olardı. Bu da Azərbaycanın qarşısında duran əsas vəzifələrdən birinin əsl mənada həyat normasına keçməsi ilə nəticələnə bilər.

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:607
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Avqust 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri