Icma.az
close
up
RU
“Diplom naminə ali təhsil” düşüncəsi cəmiyyəti sosial fəlakətə sürükləyir...

“Diplom naminə ali təhsil” düşüncəsi cəmiyyəti sosial fəlakətə sürükləyir...

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mətləb Salahov: “Azərbaycan cəmiyyətində əsl peşə sahibləri əvəzinə yalançı diplomlular ordusu yaratmaq "ənənəsi" davam edir”

“Sovet dövründən qalma “gənclər mütləq universitetə qəbul olunmalıdır” streotipi min dəfə təəsüf olsun ki, hazırda daha biabırçı şəkildə davam edir. Övladları universitetə qəbul olunmayan validenylərin gənclərə qarşı şiddət və nifrət dolu münaibəti onunla nəticələnir ki, tələbə adını qazanmayan bu gənclər sonda intihara və cinayətlərə əl atırlar. Bu, olduqca dəhşətli prosesdir. Sanki universitetə qəbul yeganə hədəf və seçimdir. Ən dəhşətlisi odur ki, valideynlər övladlarının mükəmməl peşə sahibi olmasına heç maraq da göstərmirlər. Halbuki universitetlərə qəbul ola bilməyən hazırkı gənclərin sıralarında kifayət qədər istedadlı, peşə təhsilində uğur qazanacaq gənclər var. Digər baxımdan, hazırda bazarlarda piştaxta arxasında satıcılıq edən savadsız diplomlular yetərincədir.”

Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. Jurnalist-ekspert qeyd edib ki, mütəxəssis yetişdirmək əvəzinə diplom xatirinə savadsız təhsil yolunu tutmaq gec-tez sosial fəlakət yaradacaq.

“Bu gün Azərbaycanda öz işinin sahibi olan mükəmməl peşə sahibləri ən çox qazanan və çıraqla axtarılan insanlardır. Çox çox təəsüf ki, Azərbaycan cəmiyyətində peşə sahibi olan mütəxəssis əvəzinə yalançı diplomlular ordusu yaratmaq "ənənəsi" davam edir. Əlbəttdə düzgün qurulmayan təhsil strategiyası, əmək bazarına uyğun real peşələrin təşviq edilməməsi, sağlam rəqabət mühitinin olmaması peşə təhsilinin inkişafına balta vurur. Əmək bazarının tələbləri göstərir ki, peşə sahiblərinə böyük ehtiyac var, lakin cəmiyyətin bir qismi hələ də bu istiqaməti ikinci dərəcəli sayır. Dövlət proqramları, müxtəlif layihələr və beynəlxalq əməkdaşlıqlar vasitəsilə peşə təhsilinin nüfuzunu artırmaq üçün addımlar atılsa da, valideynlər və gənclər arasında formalaşmış stereotiplər problemin kökündə dayanır.

Digər bir məqama toxunaq. Ötən ilin statistikasına görə, hər il ali məktəblərə qəbul olanların sayı 50 min nəfəri keçsə də, peşə təhsilinə gedənlərin sayı 10 min nəfəri belə çətinliklə aşır. Bu nisbət əmək bazarının tələbləri ilə uzlaşmır və nəticədə yüzlərlə ixtisas üzrə peşəkar çatışmazlığı yaranır.

Digər bir baxımdan, "Təhsil haqqında" Qanunun 22-ci maddəsində peşə təhsili ayrıca pillə kimi təsdiqlənir və orada açıq şəkildə göstərilir ki, peşə təhsili əmək bazarının tələblərinə uyğun kadr hazırlamalıdır. Ancaq qanunda yazılanlarla real vəziyyət arasında boşluq var. Hər il sanki ali məktəbə hazırlıq üçün yarış başlayır. Bunun əkdinə olaraq gənclərin diqqətini cəlb etmək üçün peşə təhsilinin keyfiyyətli reklamına rast gəlinmir. Bütün bunlardan kim uduzur?-cəmiyyət olaraq hamımız!”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri