Icma.az
close
up
RU
İş, yoxsa diplom: Təhsil sisteminin qarşısındakı əsas vəzifə

İş, yoxsa diplom: Təhsil sisteminin qarşısındakı əsas vəzifə

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bu gün Azərbaycan təhsil sistemi ilə real sektor arasında ciddi bir uyğunsuzluq mövcuddur. 

Təhsil sistemi inkişafın lokomotivi olmaq əvəzinə, iqtisadiyyatın arxasınca sürünür. Əslində təhsil gələcəyi formalaşdırmalı, yeni peşələr yaratmalı, texnologiyanın önündə getməli olduğu halda, hazırkı situasiyada yalnız mövcud sənaye və xidmət sahələrinin tələblərinə uyğunlaşmaqla kifayətlənir. Bu isə təhsilin konservasiyasına, yəni mövcud vəziyyətin dəyişməz saxlanmasına səbəb olur”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. 

Ekspert qeyd edib ki, Dövlət Statistika Komitəsinin 2023-cü il hesabatına əsasən, ölkədə hər il ali məktəbləri bitirən təxminən 45 min məzunun yalnız 52%-i iki il ərzində ixtisasına uyğun iş tapa bilir: 

“Qalanları ya işsiz qalır, ya da qeyri-professional sektorlarda çalışır. 2022-ci il məlumatına görə, işəgötürənlərin 61%-i ali məktəblərdən gələn məzunların praktiki bacarıqlarının qeyri-kafi olduğunu bildirir. Bu isə birbaşa tədris proqramlarının əmək bazarının dinamikasına cavab vermədiyini göstərir. 

“Təhsil haqqında” Qanunun 4-cü maddəsində qeyd olunur ki, təhsil sistemi cəmiyyətin sosial sifarişinə uyğun olaraq şəxsiyyətin intellektual və fiziki inkişafını təmin etməlidir. Lakin bu “sosial sifariş” anlayışı çox zaman yalnız mövcud bazar konyunkturası ilə ölçülür. Nəticədə, təhsil strategiyası yeni trendləri müəyyən etmək əvəzinə, olanla yetinmək məcburiyyətində qalır.

Halbuki, bu yanaşma nə innovasiyanı təşviq edir, nə də rəqabətə davamlı iqtisadiyyatın əsasını formalaşdırır”. Ekspertlərin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə təhsil sistemi yalnız mövcud iqtisadi ehtiyaclara deyil, həm də gələcək proqnozlara əsaslanır: 

“Məsələn, Finlandiyada təhsil strategiyası hər beş ildən bir yenilənir və tədris proqramları iqtisadiyyatda gözlənilən texnoloji dəyişikliklərə uyğun proqnozlarla tənzimlənir. Almaniyada “Industrie 4.0” proqramı çərçivəsində peşə və ali təhsildə avtomatlaşdırma, süni intellekt və kibertəhlükəsizlik üzrə ixtisaslar dövlət səviyyəsində prioritet elan olunub. ABŞ-də isə universitetlər texnoloji startaplarla birbaşa əməkdaşlıq edərək, kurrikulumlarını dəyişən bazar ehtiyaclarına çevik şəkildə uyğunlaşdırırlar.

Bütün bu faktlar göstərir ki, universitet yalnız əmək bazarına uyğun mütəxəssis hazırlamaqla kifayətlənməməli, həm də bu bazarın özünü dəyişdirən gücə çevrilməlidir. Əgər təhsil yalnız mövcud reallığa uyğunlaşırsa, bu zaman onun missiyası tükənmiş olur. Bizim universitetlər təkcə “mövcud olan üçün” deyil, “hələ olmayan, amma olacaq” sahələr üçün də kadr yetişdirməlidir. 

Təhsilin real sektordan geri qalması təkcə iqtisadi problem deyil, həm də strateji milli təhlükəsizlik məsələsidir. Çünki sabahın sənayesi, səhiyyəsi, kənd təsərrüfatı və idarəçiliyi bugünkü təhsilin məhsulu olacaq. Əgər bu gün təhsil sistemi bu sahələrə istiqamət verə bilmirsə, sabah ölkə texnoloji asılılıq və rəqabətsizliklə üz-üzə qalacaq. 

Təhsil ya istiqamət verir, ya da geridə qalır. Təəssüf ki, biz hazırda ikinci ssenarini yaşayırıq. Bunu dəyişməyin yolu isə təhsili bazarın arxasınca getməyə məcbur edən konservativ yanaşmadan imtina edib, onu bazara yol göstərən, onu yönləndirən strateji alətə çevirməkdən keçir”. 

Nigar 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri