Diplomat: Trans Xəzər Qaz Boru Kəmərənin Türkmənistan ilə Azərbaycanın əməkdaşlığı nəticəsində reallaşacağına inanırıq
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 28 yanvar, AZƏRTAC
Biz Trans-Xəzər Qaz Boru Kəmərinin Türkmənistan ilə Azərbaycanın əməkdaşlığı nəticəsində reallaşacağına inanırıq. Bu kəmər vasitəsilə Türkmənistan Avropa bazarlarına və Türkiyəyə təbii qaz ixrac etmək imkanına malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Türkmənistandakı səfiri Əhməd Dəmirok Aşqabadda türk iş adamlarının və mətbuatın iştirakı ilə keçirdiyi mıtbuat konfransında deyib.
O bildirib ki, dünyada təmiz enerjiyə transformasiya, ölkələrin ekoloji cəhətdən təmiz enerjidən istifadə etmək istəyi və emissiyanın azaldılması istiqamətində atılan addımlar Trans-Xəzər Qaz Boru Kəmərənin çəkilməsini şərtləndirib.
“Qaz ixracı üçün yaradılacaq bu infrastruktur bütün iştirakçı tərəflər üçün səmərəlidir. Bu boru kəməri regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq və iqtisadi inkişafı təmin edəcək”, - deyə səfir vurğulayıb.
Diplomat Türkmənistanın böyük alternativ enerji istehsalı potensialına toxunaraq bildirib ki, Azərbaycan və Türkiyə tələbatdan artıq istehsal olunan elektrik enerjisini də Qərbə ixrac etmək funksiyasını öz üzərinə götürə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 28 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















