Icma.az
close
up
RU
Azərbaycan Türkmənistan əməkdaşlığı Xəzər regionunda, bütövlükdə Avrasiyada inkişafa və rifaha xidmət edir ŞƏRH

Azərbaycan Türkmənistan əməkdaşlığı Xəzər regionunda, bütövlükdə Avrasiyada inkişafa və rifaha xidmət edir ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri ölkələrimizin ikitərəfli münasibətlərinin və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin dərinləşməsində mühüm rol oynayan əlamətdar hadisədir.

İlk növbədə, qeyd etməliyik ki, Mərkəzi Asiya, Qafqaz və bu kimi region anlayışları şərti xarakter daşıyır. Heç bir regional çərçivə bir dövlətin siyasi, tarixi və mədəni identikliyini tam şəkildə əhatə edə bilməz. Bu baxımdan Qafqazda yerləşən Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tarixi-mədəni bağlarının dərinliyi, ortaq maraqlar və əməkdaşlıq potensialı xüsusi vurğulanmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.

Deputat bildirib ki, Mərkəzi Asiya ölkələrinin hər biri Azərbaycan üçün böyük dəyərə malikdir. Onların arasında Türkmənistan özünəməxsus yer tutur. Qardaş Türkmənistan ilə əməkdaşlığımız mühüm inkişaf potensialına malikdir. İki xalqı birləşdirən ortaq köklərin, tarixin və mədəniyyətin təbliği gələcək əməkdaşlığın əsas dayaqlarından biridir.

İki ölkə rəhbərləri arasında formalaşmış qarşılıqlı etimada əsaslanan münasibətlər və xalqlarımızın yaxınlığı praktiki əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. Bu kontekstdə energetika sahəsində əməkdaşlıq xüsusilə diqqət çəkir.

Türkmənistan zəngin karbohidrogen ehtiyatlarına görə dünyanın aparıcı ölkələrindən biridir. BP-nin qiymətləndirməsinə görə, hazırkı bazar qiymətləri ilə 5 trilyon ABŞ dolları dəyərində hesablanan 19,5 trilyon kubmetr təbii qaz ehtiyatı ilə Türkmənistan dünyada 4-cü yerdədir. Ötən dövrdə Türkmənistan öz qaz yataqlarının işlənməsi və dünya bazarına çıxarılması istiqamətində xeyli uğur əldə edib. Eyni zamanda, bu ölkənin malik olduğu nəhəng qaz ehtiyatları ona qlobal enerji bazarlarında daha geniş rol oynamaq imkanı yaradır.

"Azərbaycan özünün konstruktiv və çevik siyasəti ilə Avrasiya enerji resurslarının işlənməsində və ixracında mühüm rol oynayır. Burada istehlakçı dövlətlər arasında olduğu kimi, istehsalçı ölkələrin əməkdaşlığının inkişaf etdirilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma istehsalçı dövlətlərin maraqlarının uzlaşdırılmasına, qarşılıqlı əlaqələndirilmiş ixrac infrastrukturunun qurulmasına və nəticə etibarilə ədalətli, sabit və balanslı energetika bazarının formalaşmasına xidmət edir. Bu baxımdan Azərbaycan–Türkmənistan enerji əməkdaşlığının inkişafı Xəzər regionu, həmçinin bütövlükdə Avrasiyada sabitlik, inkişaf və rifah üçün böyük əhəmiyyət daşıyır.

Səfər çərçivəsində diqqətçəkən məqamlardan biri də Azərbaycan, Türkmənistan və Özbəkistan rəhbərlərinin üçtərəfli görüşü oldu. Bu görüş bir neçə səbəbdən əlamətdardır: ilk növbədə, onun Türkmənistanda keçirilməsi bu ölkənin regional məsələlərdə və Türk dünyası çərçivəsində əməkdaşlıqda artan fəallığını göstərir. Eyni zamanda, bu format Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında sıx əməkdaşlıq potensialını və Azərbaycan ilə Mərkəzi Asiyanın vahid məkan kimi çıxış etmə imkanlarını nümayiş etdirir", - deyə Q. Məmmədov vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycan rəhbərinin təşəbbüsləri və uzaqgörən siyasəti nəticəsində Türk dünyasında əməkdaşlıq dərinləşir, dünya okeanına birbaşa çıxışı olmayan Türk dövlətləri üçün alternativ nəqliyyat marşrutları inkişaf etdirilir, bununla da qlobal sülhə, əmin-amanlığa və əməkdaşlığa böyük töhfələr verilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri