Türkmənistan və Qırğızıstan nəqliyyat üzrə əməkdaşlığı gücləndirir
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bişkekdə Türkmənistan-Qırğızıstan Nəqliyyat, Tranzit və Logistika üzrə
Birgə Komissiyanın ilk iclası keçirilib.
525.az xəbər verir ki, Türkmənistan nümayəndə heyətinə Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyinin baş direktorunun müavini Allaqulu Xudayberdiyev rəhbərlik edib.
Tərəflər nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinincari məsələlərini nəzərdən keçiriblər. Bunlara tranzit daşımaların aktivləşdirilməsi, multimodal konteyner marşrutlarının inkişafı və avtomobil, dəmir yolu və su nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi daxildir. Qırğızıstandan Qərbə yüklərin daşınması üçün Türkmənbaşı Beynəlxalq Dəniz Limanından istifadə imkanlarına xüsusi diqqət yetirilib. Gündəliyə beynəlxalq daşımalarda iştirak edənlər üçün qarşılıqlı tarif üstünlüklərinin verilməsi və viza prosedurlarının sadələşdirilməsi məsələləri də daxil edilib.
Tərəflər görüşdə əldə olunan razılaşmaların protokolla möhkəmləndirilməsini hədəfləyirlər.
Komissiyanın növbəti iclası 2026-cı ildə Türkmənistanda baş tutacaq.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 30 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















