Icma.az
close
up
RU
Diplomatik fəallığın Azərbaycan modeli

Diplomatik fəallığın Azərbaycan modeli

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qlobal tədbirlərə ev sahibliyi regional lider mövqeyimizi möhkəmləndirir

Beynəlxalq tədbirlərin əhəmiyyəti müzakirə olunan mövzularla məhdudlaşmır, onların keçirildiyi məkan da siyasi, diplomatik və simvolik baxımdan xüsusi diqqət mərkəzində olur. Azərbaycan beynəlxalq tədbirlər üçün ideal mərkəz kimi qəbul edilir. Belə tədbirlərə evsahibliyi ölkəmizin imicinin güclənməsinə, siyasi etimadın artmasına və beynəlxalq əməkdaşlığın üfüqlərinin genişlənməsinə xidmət edir. Tədbirlər çərçivəsində baş tutan qarşılıqlı səfərlər, ikitərəfli və çoxtərəfli görüşlər münasibətlərə yeni istiqamətlər qazandırır.

Bu isə Azərbaycanın xarici siyasət kursunun əsas hədəflərindən biri olan qarşılıqlı etimad mühitinin qorunması və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi çağırışlarının praktiki təsdiqidir. Prezident İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alan fikirləri bunu bir daha təsdiqləyir. Dövlətimizin başçısı müraciətində bildirib ki, ölkəmizdə regional və qlobal əhəmiyyətli mötəbər tədbirlərin təşkili artıq ənənə halını alıb: “Azərbaycan cari ilin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə Görüşünü təşkil etmiş, oktyabr ayında isə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməyə hazırlaşır. Eyni zamanda 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunduğu etibarlı qlobal məkana çevrildiyinin növbəti əyani göstəricisidir”.

Bəli, Azərbaycan qlobal tədbirlərə evsahibliyi etməklə beynəlxalq dialoqun təşviqinə töhfə verir. Bu kontektdə rəsmi Bakının ötən il evsahibliyi etdiyi ən böyük tədbirlərdən olan COP29 beynəlxalq nüfuzumuzun yüksəlməsində müstəsna hadisə kimi qiymətləndirilir. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq etimad qazandığını sübut etdi. Dünyanın müxtəlif regionlarından 70 mindən çox nümayəndənin, dövlət başçılarının, beynəlxalq təşkilatların, şirkətlərin və ekspertlərin paytaxtımızda toplaşması Azərbaycanın etibarlı tərəfdaş, dialoqa açıq və müasir çağırışlara adekvat cavab verə bilən dövlət olduğunu təsdiqlədi. COP29 Azərbaycanın yaşıl enerji gündəliyini reallaşdırmaq üçün əhəmiyyətli platforma rolunu oynadı. Təsadüfi deyil ki, ölkəmiz bərpa olunan enerji layihələri, xüsusilə külək və günəş enerjisi potensialı ilə beynəlxalq investorların diqqətini çəkir.

Bu ilin oktyabrında Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü ölkəmizdə baş tutacaq. Görüşdə üzv dövlətlərin liderləri regional təhlükəsizlik, iqtisadi inkişaf, nəqliyyat və ticarət əlaqələrinin dərinləşdirilməsi, həmçinin rəqəmsal transformasiya və “yaşıl enerji” sahələrində əməkdaşlığın artırılması məsələlərini müzakirə edəcəklər. Azərbaycan əvvəlki illərdə də TDT Zirvəsinə evsahibliyi edib. TDT-nin 3-cü Zirvə toplantısı məhz Azərbaycanda keçirildi.

2026-cı il mayın 17–22-də Bakı yenidən dünyanın diqqət mərkəzində olacaq. Paytaxtımız Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri sayılan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. Məzmunu və əhatə dairəsi baxımından forum COP-dan sonra ikinci ən böyük və strateji əhəmiyyətli beynəlxalq platforma sayılır. Forumun təşkili Azərbaycan üçün qlobal miqyasda şəhərsalma, dayanıqlı inkişaf və ətraf mühit sahələrində lider mövqeyinin təsdiqi kimi qiymətləndirilir. Bakı Forumunun əhəmiyyəti eyni zamanda “UN-Habitat” və onun tərəfdaşları üçün bir sıra mühüm yubileylərlə də bağlıdır. Çünki 2026-cı il bir sıra tarixi və rəmzi hadisələrin əlamətdar ilinə çevrilib. 1976-cı ildə keçirilmiş və “UN-Habitat”ın yaradılmasının əsasını qoymuş “Habitat I” konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda təşkil olunmuş “Habitat II” konfransının 30 illiyi və 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhər Gündəliyinin” 10 illiyi məhz növbəti il tamam olacaq. Forumun gündəliyinə həm nəzəri, həm də praktik aspektləri əhatə edən şəhərlərin davamlı inkişafı, urbanizasiya və ətraf mühitin qorunması, şəhər infrastrukturlarının innovativ həllərlə təkmilləşdirilməsi və sosial bərabərliyin təmin olunması məsələləri daxil edilib. Eyni zamanda Forum region ölkələri üçün təcrübə mübadiləsi və strateji əməkdaşlıq baxımından da platforma rolunu oynayacaq və Azərbaycanın urbanizasiya siyasətində nüfuzunu artırmaqla beynəlxalq tərəfdaşlarla əlaqələrini dərinləşdirəcək.

Növbəti il keçirilməsi planlaşdırılan İƏT Zirvə Toplantısının Azərbaycanda təşkili ölkəmizin regional liderlik rolunun möhkəmləndiyinin əyani sübutudur. Tədbir Azərbaycanın İslam dünyası ilə siyasi, iqtisadi və mədəni əlaqələrini daha da dərinləşdirməyə xidmət edir. Zirvə toplantısı Azərbaycanın dialoq mərkəzi statusunu təsdiqləyir. İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının bir araya gəlməsi Azərbaycan üçün strateji əməkdaşlıq və tərəfdaşlıq imkanlarının genişlənməsini təmin edəcək, ticarət-iqtisadi, enerji və infrastruktur sahələrində yeni layihələrin müzakirəsinə zəmin yaradacaq.

Sonda onu da qeyd edək ki, multikultural dəyərlərin qorunması, dayanıqlı inkişaf, regional əməkdaşlıq və ən əsası uğurlu ev sahibliyi məsələlərində Azərbaycan praktikasından yararlanmaq mümkündür. Bu təcrübədən qonşu ölkələr faydalana, dövlətimizin yanaşmasını tətbiq edə bilərlər.

P.S. Bir həftədən sonra Bakı trasında start götürəcək “Formula-1” idman aavtomobillərinin yarışı yenə dünyanın diqqətini ölkəmizə cəlb edəcək. Sürət həvəskarlarının Qrani-prisinin növbəti dəfə Bakıda keçirilməsi Azərbaycanın idmanı ölkələr və mədəniyyətləraarası dialoqun bir vasitəsi kimi təşviq etməsinin, ölkəmizin xoşməramlı oyunların təşkilatçısı statusunun təsdiqləyici faktıdır.

Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı

Dövlət başçımızın vurğuladığı kimi, Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu mərkəzə çevrilib. Artıq dəfələrlə şahidi olmuşuq ki, müxtəlif mötəbər toplantılar ölkəmizdə təşkil olunur. Son illərdə təkcə bir neçə dəfə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü, eləcə də İƏT-in sammitləri Bakıda baş tutub. Bundan əlavə, 2026-cı ildə BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası və İslam Həmrəyliyi Zirvə Toplantısının ölkəmizdə keçirilməsi də Azərbaycanın beynəlxalq nüfuzunu göstərən faktlardandır. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan bu gün regionda və qlobal miqyasda etibarlı ünvan, mötəbər platforma statusu qazanıb. Belə tədbirlərin təşkili sadə və asan məsələ deyil: qonaqların təhlükəsizliyi tam təmin olunmalı, təşkilatçılıq yüksək səviyyədə qurulmalıdır. Bu gün Azərbaycanda bütün bu tələblər yüksək standartlara cavab verir. Qonaqların rəyində də daim səslənir ki, ölkəmizdə təşkilatçılıq məsələləri nümunəvi şəkildə həyata keçirilir. Bu, Azərbaycanın artan nüfuzunun və beynəlxalq ictimaiyyətin ölkəmizə göstərdiyi etimadın bariz göstəricisidir. Atılan addımlar, həyata keçirilən işlər onu deməyə əsas verir ki, Azərbaycan qlobal təşəbbüslərlə çıxış edən, dünya gündəminə töhfə verən və beynəlxalq əməkdaşlığı təşviq edən önəmli dövlətə çevrilib. Təbii ki, bütün bunların əsasında Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır. Bu gün Azərbaycan həm Türk Dövlətləri Təşkilatında, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də digər beynəlxalq platformalarda fəal mövqe nümayiş etdirir, gücünü və dəstəyini ən yüksək tribunadan ifadə edir.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see483

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see466

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see444

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see392

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see306

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see306

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see283

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see247

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see237

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see222

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see215

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see208

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see208

Norveç millisi pis şəraitə görə DÇ 2026 nın dörddəbir finalından əvvəl oteli dəyişib

09 İyul 2026 02:17see174

Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı alkoqol zəhərlənməsi...

09 İyul 2026 03:04see174

Vətən Müharibəsi Qəhrəmanı generalın birinci müavini oldu

08 İyul 2026 14:43see173

Milli maraqlar naminə fövqəladə missiya

09 İyul 2026 00:54see166

Yamal Ronaldodan danışdı “Uşaqlığımıza damğa vurub”

09 İyul 2026 03:33see161

“İnsanlar Marsa getmir” Bakı Tiflis qatarının qiymətinə sərt REAKSİYA KONKRET

08 İyul 2026 16:49see161

Avropa çempionatı: Millimiz yarışı beş medalla başa vurdu

09 İyul 2026 01:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri